Deyl Martinsen (ing. Dale Thomas Mortensen; 2 fevral 1939[2][3][…] – 9 yanvar 2014[4][5][…]) — amerikalı iqtisadçı. 2010-cu ildə Qoşalaşdırma nəzəriyyəsi ilə bağlı tədqiqatlarına görə Piter Daymond və Xristofor Pisserideslə birlikdə İqtisadiyyat üzrə Nobel mükafatına layiq görülmüşdür.[6]
Deyl Martinsen | |
---|---|
ing. Dale Thomas Mortensen | |
![]() | |
Doğum tarixi | |
Doğum yeri |
Oreqon ![]() |
Vəfat tarixi | (74 yaşında) |
Vəfat yeri |
İllinoys ![]() |
Vəfat səbəbi | xərçəng xəstəliyi |
Vətəndaşlığı |
![]() |
Elm sahəsi | Əməyin iqtisadiyyatı |
İş yeri | Şimal-Qərb Universiteti |
Təhsili | |
Tanınmış yetirməsi | Xristofor Pisserides |
Üzvlüyü | |
Mükafatları |
![]() |
![]() |
Deyl Martinsen iqtisadiyyat üzrə bakalavr təhsilini Uillametti Universitetində tamamlamışdır. Doktorluq dərəcəsinə isə Karnegi-Mellon Universitetində yüksəlmişdir. "Beta Teta Pi" qardaşlıq dərnəyinin üzvüdür. 1965-ci ildən bəri Şimal-Qərb Universitetində işləyən Martinsen, 1980-ci ildən bəri professor olaraq çalışmaqdadır. Eyni zamanda 2006–2010-cu illərdə Orhus Universitetində qonaq professor olaraq çalışmışdır.
Deyl Martinsenin tədqiqatları əməyin iqtisadiyyatı, makroiqtisadiyyat və iqtisadi nəzəriyyə haqqında olmuşdur. Xüsusilə müvəqqəti işsizliyin uyğunlaşdırma nəzəriyyəsi ilə bağlı tədqiqatları ilə tanınır.
Deyl Martinsen Şimal-Qərb Universitetində professor olan Beverli Martinsenlə evlidir.