Piter Daymond (ing. Peter Arthur Diamond; d. 29 aprel 1940) — amerikalı iqtisadçı. 2010-cu ildə Qoşalaşdırma nəzəriyyəsi ilə bağlı tədqiqatlarına görə Xristofor Pisserides və Deyl Martinsenlə birlikdə İqtisadiyyat üzrə Nobel mükafatına layiq görülmüşdür.[3]
Piter Daymond | |
---|---|
ing. Peter Arthur Diamond | |
![]() | |
Doğum tarixi | (85 yaş) |
Doğum yeri |
Nyu York ![]() |
Vətəndaşlığı |
![]() |
Elm sahələri |
Siyasi iqtisadiyyat Rifah iqtisadiyyatı Davranış maliyyəsi |
İş yerləri |
Massaçusets Texnologiya İnstitutu Berkli Kaliforniya Universiteti |
Təhsili | |
Elmi rəhbəri | Robert Solou[1] |
Üzvlüyü | |
Mükafatları |
![]() |
![]() |
Piter Daymond 1960-cı ildə riyaziyyat üzrə təhsilini Yel Universitetində tamamlamışdır. O, 1963-cü ildə Massaçusets Texnologiya İnstitutunda doktorluq dərəcəsinə yüksəlmişdir.
1964-1965-ci illərdə Berkli Kaliforniya Universitetində köməkçi dosent olaraq çalışmışdır. 1966-cı ildə Massaçusets Texnologiya İnstitutunda işə başlamazdan əvvəl dosent olmuşdur. 1970-ci ildə professor adını qazanmışdır. 1985-1986-ci illərdə İqtisadiyyat Departamentinin başçısı olaraq fəaliyyət göstərmişdir.
1968-ci ildə Ekonometrika Cəmiyyətinin üzvlüyünə seçilmiş və daha sonra bu təşkilatın başçısı da olmuşdur. 2003-cü ildə Amerika İqtisadi Assosiasiyasının başçısı olaraq fəaliyyətə başlamışdır. 1978-ci ildə Amerika İncəsənət və Elmlər Akademiyasında üzv, 1984-cü ildə ABŞ Milli Elmlər Akademiyasının üzvü və 1988-ci ildə Sosial Sığorta üzrə Milli Elmlər Akademiyasının qurucu üzvü olmuşdur. 2008-ci ildə Sosial Sığorta üzrə Milli Elmlər Akademiyası tərəfindən verilən Robert Bol adına Sosial Təhlükəsizlikdə Seçkin Müvəffəqiyyət Mükafatına layiq görülmüşdür.[4][5]