. Love.az

Dina Tumarkina - Wikipedia - Love.az

Ana Səhifə - Dina Tumarkina

Dina İosifovna Tumarkina (16 avqust 1932, Odessa) — Azərbaycan teatr aktrisası, Azərbaycan SSR xalq artisti (1981), Azərbaycan SSR Dövlət mükafatı laureatı (1972).

Dina Tumarkina
Doğum tarixi 16 avqust 1932(1932-08-16) (92 yaş)
Doğum yeri
  • Odessa, Odessa vilayəti, Ukrayna SSR, SSRİ
Fəaliyyəti teatr aktrisası, aktrisa
Fəaliyyət illəri 1956-cı ildən
Mükafatları "Azərbaycan SSR xalq artisti" fəxri adı — 19811981 "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 1972 Azərbaycan SSR Dövlət mükafatı — 19721972

Mündəricat

  • 1 Həyatı
  • 2 Təltif və mükafatları
  • 3 İfa etdiyi əsas rollar
    • 3.1 Filmoqrafiya
  • 4 İstinadlar
  • 5 Xarici keçidlər

Həyatı

redaktə

Dina Tumarkina 16 avqust 1932-ci ildə Odessada anadan olmuşdur. O, Odessa Texnologiya İnstitutunda və M. E. Tilker adına Odessa teatr studiyasında təhsil almışdır.[1] 1955-ci ildə Bakıya köçmüş, yarım il Gənc Tamaşaçılar Teatrının, 1956-cı ildən isə Azərbaycan Dövlət Rus Dram Teatrının aktrisası olmuşdur. Dina Tumarkina bu teatrdakı 34 illik yaradıcılıq fəaliyyəti ərzində 150-dən artıq rol ifa etmişdir.[2]

Aktrisa 1990-cı ilin əvvəlindən İsraildə yaşayır. O, buradakı müxtəlif teatrlarda 6-ı ivrit dilində olmaqla, 11 rol ifa etmişdir.[2]

Təltif və mükafatları

redaktə
  • "Azərbaycan SSR xalq artisti" fəxri adı — 10 aprel 1981[⇨]
  • "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 7 fevral 1972[⇨]
  • Azərbaycan SSR Dövlət mükafatı — 1972 (S. Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrında "Komandorun addımları" tamaşası üçün)[⇨]
  • SSRİ Mədəniyyət Nazirliyinin fəxri fərmanı ("Dairəni genişləndirin" tamaşasında qadın rolunun ifasına görə)[2]

İfa etdiyi əsas rollar

redaktə

Dina Tumarkinanın repertuarında iradəli və işgüzar qadın obrazları yer tutmuşdur.[3] Onun ifa etdiyi əsas rollar:[4]

  • "Komandorun addımları", Vadim Korostılyev — Nataliya
  • "Şıltaq qızın yumşalması", Uilyam Şekspir — Bianka
  • "Sirano de Berjerak", Edmon Rostan — Roksana
  • "Vanya dayı", Anton Çexov — Yelena Andreyevna
  • "Terezanın ad günü", Georgi Mdivani — Amanda
  • "Dairəni genişləndirin", İmran Qasımov — Aliyə
  • "Sən həmişə mənimləsən", İlyas Əfəndiyev — Nəzakət
  • "Şəhərin yay günləri", Anar — Dilarə
  • "Vicdan", Vladimir Tokarev — Valya
  • "Bəyaz gecələrlə vidalaşma", Vera Panova — Kira

Filmoqrafiya

redaktə
  • O qızı tapın (film, 1970)
  • Ən vacib müsahibə (film, 1971)
  • Əgər bir yerdəyiksə (film, 1975)

İstinadlar

redaktə
  1. ↑ "İsraildə yaşayan Azərbaycan xalq artistinin 85 illik yubileyi keçirilib". Trend İnformasiya Agentliyi. 3 iyun 2017. 29 dekabr 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 dekabr 2020.
  2. ↑ 1 2 3 Аграновский А. Звезда под названием Дина Тумаркина // Вышка (rus). 7 августа 2015. С. 6.
  3. ↑ Тумаркина Дина Иосифовна // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. IX ҹилд: Спутник—Фронтон. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1986. С. 371.
  4. ↑ İlham Rəhimli. Azərbaycan Teatr Ensiklopediyası (3 cilddə). 1-ci cild. Bakı: Azərnəşr. 2016. səh. 428. ISBN 978-9952-8306-3-7.

Xarici keçidlər

redaktə
  • "Дина Тумаркина". kino-teatr.ru (rus). 29 dekabr 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 dekabr 2020.
  • "Тумаркина Дина Иосифовна - актриса". ourbaku.com (rus). İstifadə tarixi: 29 dekabr 2020.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Dina_Tumarkina&oldid=7573901"
LOVE.AZ