Dumdi Dumdi (hanqıl: 덤디덤디; YR: Deomdi Deomdi) – Cənubi Koreya qız qrupu "(G)I-dle" tərəfindən buraxılmış ilk sinql albomu. 3 avqust 2020-ci ildə həm koreyaca versiya, həm də çincə versiya ilə buraxılmışdır.[1] Fiziki buraxılış iki versiyadan ibarətdir: "Day" və "Night".[2] Alboma iki sinqldan ibarətdir. Qrup üzvləri albomun hazırlanmasında aktiv iştirak etmişdirlər.[3][4] "Dumdi Dumdi" ən çox satılan ikinci qız qrupu sinql albomu rekordunu yeniləmişdir.
Dumdi Dumdi | ||||
---|---|---|---|---|
![]() Üzlük. | ||||
(G)I-dle tərəfindən ifa olunmuş sinql albomu | ||||
Növü | sinql albomu | |||
Yayımlanma tarixi | 3 avqust 2020 | |||
Janr | K-pop, dans-pop | |||
Müddət | 6:55 | |||
Dil | koreyaca | |||
Leybl | ||||
(G)I-dle albomlarının xronologiyası | ||||
|
14 iyul 2020-ci ildə qrupun avqustun əvvəlində geri dönüş edəcəyi açıqlanmışdır.[5] 17 iyulda qrup alboma daxil olan əsas mahnının adını açıqlamış,[4] yay mövzusunda tizer paylaşmışdır.[6]
21 iyulda "Cube Entertainment" mahnı haqqında fərqi şərhlər yayımlanmış və konsept fotolar buraxılmışdır.[7] "Dumdi Dumdi" albomunun buraxılışı üçün qrup "Naver" şirkətinin "Happybean Good Action" tədbirində iştirak etmişdir. Tədbir ərzində yığılmış məbləğ tibbi və psixoloji sağlamlığa dəstək olmaq üçün bağışlanmışdır.[8][9] 3 avqustda qrup tanıtım performansı gerçəkləşdirmiş, albomu tanıdaraq "Drum Dance" adlı xoreoqrafiyanı ifa etmişdir.[10]
Albomun iki versiyası buraxılmışdır: "Day" və "Night". "Day" versiyasında hovuz və günəş göstərilmişdir, "Night" versiyasında qrupun xüsusi gecə şənliyi əks olunmuşdur.[11]
Albom iki sinqldan ibarətdir. "I'm the Trend" 28 iyun 2020-ci ildə anons edilmişdir.[12] Sinql kimi 7 iyul 2020-ci ildə buraxılmışdır.[13] Minni və Uqi tərəfindən bəstələnmiş[14] bu mahnı latın musiqi ritmində olub qrupun əvvəlki mahnılarından bəhs edir.[13] "Dumdi Dumdi" yay mahnısı olub tropik təbil səsinə və munmbaton ritmə malikdir. Mahnı gənclik və əyləncə mahnısıdır.[15]
"Dumdi Dumdi" buraxılıdığı ilk həftə ərzində 94,587 nüsxə sataraq "Hanteo" hit-paradında ikinci yeri tutmuşdur.[16] Albom ən çox satılan ikinci qız qrupu sinql albomu olmuşdur.[17] Albom "Gaon" albomlar hit-paradında 2-ci yeri tutmuşdur.[18]
№ | Başlıq | Sözlər | Musiqi | Aranjiman | Müddət |
---|---|---|---|---|---|
1. | "Dumdi Dumdi" (kor. 덤디덤디) | Soyon |
|
| 3:30 |
Ümumi müddət: | 3:30 |
№ | Başlıq | Sözlər | Musiqi | Aranjiman | Müddət |
---|---|---|---|---|---|
1. | "Dumdi Dumdi" (kor. 덤디덤디) | Soyon |
|
| 3:30 |
2. | "I'm the Trend" |
|
| 3:25 | |
Ümumi müddət: | 6:55 |