. Love.az

Edqar Longe - Wikipedia - Love.az

Ana Səhifə - Edqar Longe

Edqar Longe (18 avqust 1879, İngiltərə – 12 dekabr 1950[1][2], Alforvill) — Fransanın sosialist aktivisti, həkim, Karl Marksın nəvəsi.

Edqar Longe
fr. Edgar Longuet
Doğum tarixi 18 avqust 1879(1879-08-18)
Doğum yeri
  • İngiltərə, Böyük Britaniya və İrlandiya Birləşmiş Krallığı
Vəfat tarixi 12 dekabr 1950(1950-12-12)[1][2] (71 yaşında)
Vəfat yeri
  • Alforvill
Atası Şarl Longe
Anası Cenni Longe
Fəaliyyəti həkim, siyasətçi
Partiyası
  • Fransa Kommunist Partiyası

Mündəricat

  • 1 Həyatı
  • 2 Əsərləri
  • 3 İstinadlar
  • 4 Xarici keçidlər

Həyatı

redaktə
 
Edqar Longenin Marksizm-Leninizm İnstitutuna bağışladığı, Engelsin Marks ailəsi ilə 1860-cı ildə çəkdirdiyi dagerotip

Edqar Longe 18 avqust 1879-cu ildə İngiltərənin Remsgeyt qəsəbəsində Şarl Longenin və Karl Marksın qızı Cenni Longenin ailəsində dünyaya gəlib.[3][4] Uşaq ikən çox yemək yediyinə görə onu Canavar deyə çağırırdılar.[5] Edqar 18 aylıq olanda ailəsi Fransaya köçmüşdü.[6]

O, Fransa işçi hərəkatında olduqca fəal idi və 1905-ci ildə Jül Gedin dəstəkçisi kimi Sosialist Partiyasına qoşulmuşdu. 1937-ci ildə sosialistlərdən ayrılan Edqar 1938-ci ildə fəal üzvü olduğu Fransa Kommunist Partiyasına daxil oldu.[7] Siyasi cəhətdən o, sadiq Stalinçi kimi Sovet İttifaqına heyran idi.[8]

Longe babası Karl Marksla Karlın qızları Cenni (Longenin anası), Eleonora və Lauranın və ailə dostu Fridrix Engelsin birlikdə çəkdirdiyi dagerotipi 1948-ci ildə Moskvadakı Sov.İKP MK-nın Marksizm-Leninizm İnstitutuna bağışlamışdı.[9] Həmin il o, Fridrix Engelsin və babası Karl Marksın yazdığı "Kommunist Manifesti"nin Sovet İttifaqında və Polşa Xalq Respublikasında 100 illik yubileyinin qeyd edilməsində iştirak etmişdi.

Longe Parisətrafı ərazidə – Alforvildə yaşayırdı.[3] O, 1950-ci ildə vəfat etmiş və ölümündən bir qədər əvvələ qədər həkim kimi çalışmışdı.[8]

Edqar Longe rəssam Frederik Longenin və siyasətçi Pol Longenin atasıdır. Edqarın qardaşı Jan da fəal sosialist və Fransa Deputatlar Palatasının üzvü olub.[4]

Əsərləri

redaktə
  • Some pages of the family life of Karl Marx. In: Mohr and General. Memories of Marx and Engels. Dietz Verlag, Berlin 1964, pp. 359–374

İstinadlar

redaktə
  1. ↑ 1 2 L'Humanité, l'humanité, لومانيتي, لاومانيته (fr.). RF: 1950. ISSN 0242-6870; 2496-8617
  2. ↑ 1 2 Лонге Эдгар // Большая советская энциклопедия (rus.): [в 30 т.]. 3-е изд. Москва: Советская энциклопедия, 1969.
  3. ↑ 1 2 Angelika Limmroth. Jenny Marx: The Biography. Berlin. 2014. səh. 246, 265.
  4. ↑ 1 2 Padover, Saul K. Karl Marx: An Intimate Biography. McGraw-Hill Book Co, New York. 1978. 479-480. ISBN 0070480729.
  5. ↑ Wheen, Francis. Karl Marx. Fourth Estate. 1999. səh. 359. ISBN 9781841151144.
  6. ↑ Wheen, Francis. Karl Marx. Fourth Estate. 1999. səh. 374. ISBN 9781841151144.
  7. ↑ "Entry on Edgar Longuet". Great Soviet Encyclopedia. 27 June 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 November 2019.
  8. ↑ 1 2 "Grandsons of Karl Marx lean Left, but differ on heirs of teaching". St. Petersburg Times, 30 May 1948, p 40. 18 January 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 November 2019.
  9. ↑ "Collections: Karl Marx". International Institute of Social History. 25 October 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 November 2019.

Xarici keçidlər

redaktə
  • Edqar Longe "Böyük Sovet Ensiklopediyası"nda
  • Beynəlxalq Sosial Tarix İnstitutu
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Edqar_Longe&oldid=7519694"
LOVE.AZ