Elçin Quliyev və ya Elçin Səlcuq (10 noyabr 1964, Yengicə, İliç rayonu – 17 dekabr 2009, Bakı) — Azərbaycan jurnalisti.
Elçin Səlcuq | |
---|---|
Elçin Quliyev | |
![]() | |
Doğum tarixi | 10 noyabr 1964(1964-11-10) |
Doğum yeri | |
Vəfat tarixi | 17 dekabr 2009(2009-12-17) (45 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | Sirroz |
Milliyyəti | azərbaycanlı |
Təhsili |
Quliyev Elçin Abdulla oğlu 1964-cü il noyabrın 10-da Naxçıvan MR-nın Şərur rayonunun Yengicə kəndində anadan olmuşdur. 1991-ci ildə Bakı Dövlət Universitetinin Filologiya fakültəsini bitirmişdir. 17 dekabr 2009-cu ildə qaraciyər serrozundan vəfat etmişdir[1].
1980-ci illərin Azadlıq hərəkatı dövründə "Meydan", "FV-ÇP" kimi qeyri-leqal qəzetlərin nəşrində və yayılmasında fəal iştirak etmişdir. 1990-cı ildə "Azadlıq" qəzetinin ilk əməkdaşlarından biri olub, 1997-ci ilə qədər burada çalışmışdır. 1997–1998-ci illərdə "525-ci qəzet"də çalışmış, 1998–2001-ci illərdə "Detektiv" qəzetinin təsisçisi və baş redaktoru olmuşdur[2].
Elçin Səlcuq "Kədərin sirri" kitabında yazıçı-dramaturq, alim Kamal Abdullanın bədii yaradıcılığını araşdırmış, onun əsərlərinin özəlliklərini təhlil etməyə çalışmışdır. Kitabın redaktoru şair Etimad Başkeçid və naşir Əliş Mirzallıdır. Ön sözü müəllifi şair Salam Sarvandır. Kitab 2005-ci ildə çap olunmuşdur[3].
Bu məqalədəki istinadlar müvafiq istinad şablonları ilə göstərilməlidir. |