Embraer (Empresa Brasileira de Aeronáutica S. A.) — Braziliyanın aparıcı aerokosmik şirkətidir və əsasən mülki, hərbi və biznes təyyarələrinin istehsalı ilə məşhurdur.[6][7] Şirkət 1969-cu ildə yaradılıb və hazırda dünyanın ən böyük regional təyyarə istehsalçılarından biridir. Dünyanın ən çox satılan regional təyyarələri olan E-Jet seriyasına malikdir.[8]
Embraer | |
---|---|
Embraer | |
![]() | |
![]() | |
Ümumi məlumatlar | |
Sənaye | silah sənayesi[d], aviakosmos sənayesi[d] |
Məhsulları | Sərnişin təyyarəsi, Hərbi təyyarə, Kənd təsərrüfatı aviasiyası, təyyarə |
Təsis tarixi | 19 avqust 1969 |
Baş qərargahın yeri |
|
İqtisadi göstəriciləri | |
Ümumi kapital |
|
Ümumi aktivlər |
|
Ümumi gəliri |
|
Xalis mənfəəti |
|
Əməliyyat mənfəəti |
|
Struktur | |
İşçi sayı |
|
embraer.com/global/en/ | |
![]() |
Embraer, xüsusilə regional sərnişin təyyarələrinin istehsalında ixtisaslaşıb. E-Jet seriyası (E170, E190, E195 və s.) qlobal aviaşirkətlər tərəfindən geniş istifadə olunur. Şirkət təyyarələrin saxlanılması, modernizasiyası və texniki dəstək xidmətləri də göstərir. Son illərdə təkmilləşdirilmiş E2 seriyası (məsələn, E190-E2) daha yüksək yanacaq effektivliyi ilə diqqət çəkir. Şirkət həmçinin hərbi təyyarələrin istehsalı ilə məşğuldur. Məsələn:[9]
Braziliyanın aerokosmik sahədə lider şirkətlərindən biridir və onun tarixi müasir Braziliyanın sənaye inkişafında mühüm rol oynayır. Şirkət 1969-cu ildə yaradılıb və bu gün regional təyyarə istehsalında dünyanın aparıcı şirkətlərindən biridir.[10]
Embraer Braziliya hökumətinin təşəbbüsü ilə yaradıldı. Şirkətin məqsədi ölkənin aerokosmik sənayesini inkişaf etdirmək və Braziliyanın öz təyyarələrini istehsal etməsinə nail olmaq idi. İlk günlərdən şirkət, əsasən, Braziliyanın Aeronavtika və Aerokosmik Texnologiyalar İnstitutunun (ITA) layihələrinə əsaslanırdı. Embraerin ilk istehsal etdiyi təyyarə EMB 110 Bandeirante oldu (1973). Bu, kiçik sərnişin və yük daşımaları üçün nəzərdə tutulan bir təyyarə idi.[11][12] Bandeirante böyük uğur qazandı və həm yerli, həm də beynəlxalq bazarlarda satıldı.
Embraer, beynəlxalq bazarda rəqabət aparmaq üçün məhsullarını inkişaf etdirdi. Bu dövrdə şirkət EMB 120 Brasilia təyyarəsini təqdim etdi, hansı ki, regional hava yolları üçün ideal idi həmçinin ilk dəfə xarici müştərilər cəlb olundu.[13]
1994-cü ildə Braziliya hökuməti Embraeri özəlləşdirdi. Bu, şirkətin daha çevik idarəetmə modelinə keçməsinə və qlobal bazarda daha rəqabətli olmasına imkan verdi.[14] Embraer özünün məşhur E-Jet seriyasını buraxmağa başladı. Bu təyyarələr orta məsafəli uçuşlar üçün nəzərdə tutulmuşdu və qlobal aviasiya bazarında böyük uğur qazandı. E170, E175, E190, E195 modelləri xüsusilə məşhur oldu. Bu təyyarələr sərnişinlər və hava yolları tərəfindən yanacaq qənaəti və rahatlığına görə bəyənildi.[15]
Embraer öz fəaliyyət sahələrini genişləndirərək biznes və hərbi təyyarələrin istehsalına daha çox diqqət ayırdı Phenom[16] və Praetor seriyaları ilə biznes aviasiyasında yer qazandı. Embraer Super Tucano hərbi təyyarəsi beynəlxalq aləmdə tanındı və müxtəlif ölkələr tərəfindən alındı.[17]
2018-ci ildə Embraer, mülki təyyarə istehsalı bölməsinin 80%-ni Boeing-ə satmaq üçün razılıq əldə etdi.[18][19] Lakin 2020-ci ildə pandemiya və digər səbəblərdən bu razılaşma pozuldu. Embraer hazırda dünyanın ən böyük regional təyyarə istehsalçılarından biridir və innovasiyaya xüsusi diqqət ayırır. Şirkət həm də yeni texnologiyalar, məsələn, elektriklə işləyən uçan taksi layihələri (eVTOL) üzərində işləyir.[20]
İl | 1996 | 1997 | 1998 | 1999 | ||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Təchizat | 4 | 32 | 60 | 96 | ||||||
İl | 2000 | 2001 | 2002 | 2003 | 2004 | 2005 | 2006 | 2007 | 2008 | 2009 |
Təchizat | 160 | 161 | 131 | 101 | 148 | 141 | 130 | 169 | 204 | 244 |
İl | 2010 | 2011 | 2012 | 2013 | 2014 | 2015 | 2016 | 2017 | 2018 | 2019 |
Təchizat | 246[21] | 204[22] | 205[23] | 209 | 208[24] | 221[25] | 225[26] | 210[27] | 181 | 192[28] |
İl | 2020 | 2021 | 2022 | 2023 | 2024 | 2025 | 2026 | 2027 | 2028 | 2029 |
Təchizat | 130[29] | 141[30] | 159[31] | 181[32] | – | – | – | – | – | – |
Rəqəmlərə kommersiya təyyarələrinin hərbi versiyaları daxildir.
30 iyun 2007-ci il tarixinə təhvil verilmiş-yarımçıq variantların ümumi sayı: 862-53-131 145 Family, 256-399-719 170/190 Family
![]() |
18 mart 2024 (2024-03-18) tarixinə olan məlumata əsasən, |
Vikianbarda Embraer ilə əlaqəli mediafayllar var. |