. Love.az

Fazil Cabbarov - Wikipedia - Love.az

Ana Səhifə - Fazil Cabbarov

Siyahı

redaktə
S/S
Şəhid
Rütbəsi
SQ
Qısa tərcümeyi-halı
1.
Cabbarov Fazil Yusif oğlu
əsgər
  1969-cu ildə Kəlbəcərdə anadan olmuşdur. 1992-ci ildə könüllü olaraq Kəlbəcər batalyonunda xidmətə başlamış və özünü bacarıqlı kəşfiyyatçı kimi göstərmişdir. 1992-ci ilin may ayının 29-da Laçının Piçənis kəndində ermənilərlə döyüşdə igidlik göstərmiş və həlak olmuşdur.
2.
Cavadov Elman Xurşud oğlu
polis
  1973-cü il Sumqayıt şəhərində dünyaya gəlib.[1] 19 iyun 1992-ci ildə Ağdərə rayonunun Aterk kəndində həlak olmuşdur. Şəhidlər Xiyabanında dəfn olunmuşdur. 19 noyabr 1992-ci il tarixli müvafiq Fərman ilə "Azərbaycan Respublikasının Fəxri fərmanı" ilə (ölümündən sonra) təltif edilmişdir.[2]
3.
Cəfərov Bəxtiyar Rafiq oğlu
əsgər
  1966-cı il Yevlax rayonunun Xaldan kəndində anadan olub. 1993-cü il 18 yanvarda Ağdərə rayonunda şəhid olmuşdur.[3] Xaldan qəsəbəsində dəfn olunmuşdur.[4]
4.
Cəfərov Bəxtiyar Yaqub oğlu
polis
  1973-cü ildə Xırdalan şəhərində anadan olmuşdur. 19.6.1992-ci ildə Ağdərə rayonunda həlak olmuşdur. Azərbaycan Prezidentinin 19 noyabr 1992-ci il tarixli fərmanı ilə "Azərbaycan Respublikasının Fəxri fərmanı" ilə (ölümündən sonra) təltif edilmişdir.[5] Adı əbədiləşdirilərək oxuduğu 3 saylı Xırdalan şəhər orta məktəbinə onun adı verilmişdir.
4.
Cəfərov Xosrov Mirzə oğlu
əsgər
  1973-cü il fevralın 3-də Göyçay rayonunun Alpout kəndində anadan olub. Kənd orta məktəbini bitirəndən sonra 106 saylı Texniki peşə məktəbin daxil olub. Burada sürücülük peşəsinə yiyələnəndən sonra 1991-ci ildə könüllü olaraq Milli Ordu sıralarına daxil olub. 1992-ci ilin iyulunda Kəlbəcər rayonunun Umudlu kəndi yaxınlığında gedən döyüşlərdə qəhrəmancasına həlak olub. Doğulduğu Alpout kənd qəbristanlığında dəfn olunub. Hazırda Alpout kənd orta məktəbi onun adını daşıyır.
5.
Cəfərov Məsim Cəfər oğlu
əsgər
  25 may 1955-ci ildə Göygöl rayonunun Pənahlılar kəndində anadan olmuşdur. O, 1992-ci ildə könüllü olaraq Göygöl rayonunun Dozular batalyonuna yollanmış və 815 saylı hərbi hissənin tərkibində döyüşmüşdür. 4 iyul 1992-ci ildə Ağdərə uğrunda gedən qızğın döyüşlərin birində qəhrəmancasına şəhid olmuşdur. Pənahlılar kənd orta məktəbi Məsim Cəfərovun adını dayışır.[6]
6.
Cəfərov Rafail Baba oğlu
əsgər
  1956-cı ildə Bakı şəhərində dünyaya gəlib. Bakı şəhəri Xəzər rayonunun Mərdəkan qəsəbəsi Hacı Zeynalabdin Tağıyev adına 123 saylı tam orta məktəbini bitirib. 1994-cü ildə Ağdamda şəhid olmuşdur.[7][8] Mərdəkan bələdiyyəsi Cəfərov Rafail Baba oğlu adını daşıyan küçəyə 2018-ci ilə şəhidimizin xatirə lövhələri hazırlananaraq, onların yaşadıqları küçənin başlanğıcına vurulmuşdur[9]

İstinadlar

redaktə
  1. ↑ "Arxivlənmiş surət". 2021-11-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-11-06.
  2. ↑ "Arxivlənmiş surət". 2022-04-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-04-19.
  3. ↑ "Arxivlənmiş surət". 2021-10-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-04-20.
  4. ↑ "Arxivlənmiş surət". 2023-07-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-04-20.
  5. ↑ "Arxivlənmiş surət". 2022-04-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-04-20.
  6. ↑ "Arxivlənmiş surət". 2023-08-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-04-12.
  7. ↑ "Arxivlənmiş surət". 2021-11-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-11-07.
  8. ↑ "Arxivlənmiş surət". 2021-11-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-11-07.
  9. ↑ "Arxivlənmiş surət". 2021-11-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-11-07.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Birinci_Qarabağ_müharibəsi_şəhidləri_(C)&oldid=8149097"
LOVE.AZ