Firuz Mustafa (Firuz Qədimalı oğlu Mustafayev; 18 fevral 1952, İsalı, Gədəbəy rayonu) — Azərbaycanlı nasir, dramaturq, esseist, filosof. Fəlsəfə elmləri doktoru (2002), Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi (2019).
Firuz Mustafa | |
---|---|
Doğum adı | Mustafayev Firuz Qədimalı oğlu |
Doğum tarixi | 18 fevral 1952(1952-02-18) (73 yaş) |
Doğum yeri | |
Vətəndaşlığı |
![]() ![]() |
Milliyyəti | azərbaycanlı |
Təhsili | |
Fəaliyyəti | filosof, nasir, dramaturq, esseist |
Əsərlərinin dili | Azərbaycan dili |
Üzvlüyü | |
Mükafatları |
![]() ![]() |
18 fevral[1] 1952-ci ildə Gədəbəy rayonunun İsalı kəndində anadan olmuşdur. 1969-cu ildə orta məktəbi, 1971-ci ildə Bakıdakı 1 saylı texniki peşə liseyini bitirmişdir. Əmək fəaliyyətinə tikintidə və Bakı elektrik maşınqayırma zavodunda fəhlə kimi başlamışdır.
1975-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin filologiya fakültəsini bitirmiş, 1975–1977-ci illərdə təyinatla Saatlı rayonunda müəllim işləmişdir. 1977–1978-ci illərdə hərbi xidmətdə olmuş, tank komandiri və zabit kimi ordu sıralarından tərxis edilmişdir.
1978–80-ci illərdə Azərbaycan Televiziyasında müxbir, Kinolaşma idarəsində sərəncamçı direktor, "Azərbaycan gəncləri" qəzetində xüsusi müxbir kimi fəaliyyət göstərmişdir.[2]
1980–84-cü illərdə AMEA Fəlsəfə və Hüquq İnstitutunun aspiranturasında təhsil almış, sonrakı illərdə elmi işçi, baş elmi işçi, habelə fəlsəfə kafedrasında dosent vəzifəsində çalışmışdır.
Firuz Mustafa Ali Diplomatiya Kollecinin ümumi işlər üzrə prorektoru, Bakı Avrasiya Universitetinin elmi işlər və xarici əlaqələr üzrə prorektoru və kafedra müdiri, habelə müxtəlif illərdə "Maarifçi" və "Mədəniyyət" qəzetlərinin baş redaktoru vəzifəsində çalışmışdır.
1985-ci ildə fəlsəfə üzrə namizədlik, 1992-ci ildə doktorluq dissertasiyası müdafiə etmişdir. (O zaman SSRİ Ali Attestasiya Şurası dağıldığı üçün diplomu ala bilməmişdir). 2002-ci ildə Fəlsəfə və Hüquq İnstitunun Elmi Şurasının qərarı ilə ona fəlsəfə elmləri doktoru adı verilmişdir. O, elmi və yaradıcılıq fəaliyyəti ilə yanaşı pedaqoji işlə də məşğul olmuş, ölkənin əksər ali məktəblərində, universitetlərdə fəlsəfə, dünya ədəbiyyatı və türk xalqları mədəniyyəti üzrə mühazirələr demişdir.
Firuz Mustafanın ilk mətbu yazıları "Azərbaycan gəncləri", "Bakı", "Kommunist", "Tərəqqi", "Elektrik" qəzetlərində, "Müxbir", "Təşviqatcı", "Ulduz" jurnallarında çap olunmuşdur. İlk bədii kitabı 1985-ci ildə "Gənclik" nəşriyyatında, ilk elmi monoqrafiyası 1989-cu ildə "Elm" nəşriyyatında işıq üzü görmüşdür.
Onlarla elmi və bədii kitabı nəşr edilmiş, ssenariləri əsasında bir çox filmlər çəkilmişdir. Əsərləri xarici dillərə tərcümə edilmişdir. О, bir sıra xarici filosof, şair və yazıçıların əsərlərini (N. Berdyayev, F. Nitsşe, S. Yesenin, A. Blok, V. Şukşin və s), habelə "Putin. Birinci şəxsdən" kitabını Azərbaycan dilinə tərcümə etmişdir.
Firuz Mustafa 40-dan çox kitabın müəllifidir. Uzun illər Az. Tv-də "İlğım" və "İdrak" verilişlərinin müəllifi və aparıcısı olmuşdur. Onlarla pyesi müxtəlif dövlət teatrlarında tamaşaya qoyulmuşdur. Firuz Mustafanın yazdığı mətnlərə görkəmli bəstəkarlar — Xəyyam Mirzəzadə, Zabitə Məmmədova, Tahir Əkbər, Şahid Əbdülkərimov və b. musiqi bəstələmişlər.
24 may 2019-cu ildə "Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi" fəxri adına layiq görülmüşdür.[3]
Azərbaycan Fəlsəfə Cəmiyyətinin və Jurnalistlər Birliyinin üzvüdür.
Azərbaycan Yazıçılar Birliyi dramaturgiya bölməsinin rəhbəri, "Tac" qəzetinin və "Teatr" jurnalının təsisçidir.
İki övladı var.