Furan (oksol, 1-oksatsiklopenta-2,4-dien) - C4H4O formulu olan üzvi birləşmədir. Bir oksigen atomu olan beş üzvlü heterosikldır. Xloroformu xatırladan xarakterik qoxuya malik rəngsiz mayedir. Furfural, tetrahidrofuran, α-metilfuran kimi bir çox praktiki əhəmiyyətı olan maddələrdən ibarət böyük bir qrup üzvi birləşmənin başlanğıc nümayəndəsidir.
Furan | |
---|---|
![]() | |
![]() | |
Ümumi | |
Kimyəvi formulu | C₄H₄O[1] |
Molyar kütlə | 68,07 q/mol |
Fiziki xassələri | |
Sıxlıq | 0,936 q/sm³ |
Termik xüsusiyyətlər | |
Ərimə nöqtəsi | -85,6 °S |
Qaynama nöqtəsi | 31,4 °S |
Təsnifatı | |
CAS-da qeyd. nöm. | 110-00-9 |
PubChem | 8029 |
SMILES | C1=CC=CO1 |
ChEBI | 35559 |
ChemSpider | 7738 |
Furan maddəsi ilk dəfə təmiz halda 1870-ci ildə Henrix Limprixt tərəfindən əldə olunub, lakin Limprixt onu tetrafenol adlandırmışdı.
Furan rəngsiz, tezalışan, olduqca qeyri-sabit maye olub təqribən otaq temperaturunda qaynayır. Furan toksik və xərçəng əmələ gətirən maddədir.<ref name="xumuk">{{cite web Çox sayda üzvi birləşmənin əsasıdır. Onların əksəriyyəti, məsələn, furfurol, tetrahidrofuran, silvan (α-metilfuran) praktiki əhəmiyyətə malikdir.<ref name="bse">{{cite web
Təmiz furan turşuların təsiri altında tez polimerləşir.
Furan p-elektronlu aromatik birləşmədir.