. Love.az

Fyodor Erisman - Wikipedia - Love.az

Ana Səhifə - Fyodor Erisman

Fyodor Erisman (əsl adı Fridrix Quldreyx) (24 noyabr 1842[1][2] – 1 dekabr 1915[1] və ya 13 noyabr 1915[2], Sürix[3]) — rus–isveç həkim-gigiyenisti. Rusiyada gigiyenanın banilərindən biri.

Fyodor Erisman
Fridrix Quldreyx Erisman
rus. Эрисман, Фёдор Фёдорович
alm. Friedrich Huldreich Erismann‎
Doğum tarixi 24 noyabr 1842(1842-11-24)[1][2]
Vəfat tarixi 1 dekabr 1915(1915-12-01)[1] (73 yaşında) və ya 13 noyabr 1915(1915-11-13)[2] (72 yaşında)
Vəfat yeri
  • Sürix, Sürix kantonu, İsveçrə[3]
Elm sahəsi Gigiyena
Elmi dərəcəsi
  • tibb doktoru[d]
İş yeri
  • Moskva İmperator Universiteti[d]
Təhsili
  • Sürix Universiteti
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Bioqrafiyası

redaktə

1865-ci ildə Sürix Universitetinin tibb fakültəsini bitirmiş, göz xəstəlikləri üzrə ixtisaslaşma keçmişdir. 1869-cu ildə Peterburqa gəlmişdir. 1873–74-cü illərdə Maks İosif Pettenkoferin yanında biliklərini təkmilləşdirmişdir. Rusiyada ilk dəfə olaraq "Gigiyena dәrsliyi" (1–3 c., 1872–77) nəşr etdirmişdir. 1879-cu ildə Moskvaya köçmüş və burada Aleksandr Poqojev, Yevqraf Osipov və Yevstafıy Dementyevlə birgə Moskva quberniyasının sənaye müəssisələrinin sanitariya müayinəsini apararaq, nəticələrini 17 cilddə və 2 əlavə buraxılışda nəşr etdirmişdir. 1882–96-cı illərdə Moskva Universitetinin gigiyena kafedrasında professor işləmişdir. Moskvanın su kəmərinin, kanalizasiyasının və suvarma tarlalarının bir sıra sanitariya məsələlərini və məktəb gigiyenası problemlərini işləyib hazırlamışdır. 1896-cı ildə polis tərəfindən həbs olunan tibb fakültəsi tələbələrini müdafiə etdiyinə görə universitetdən kənar edilmiş və Sürixә köçmüşdür. Rusiyada gigiyenistlər məktəbi yaratmışdır.

İstinadlar

redaktə
  1. ↑ 1 2 3 4 verschiedene Autoren Historische Lexikon der Schweiz, Dictionnaire historique de la Suisse, Dizionario storico della Svizzera (alm.). Bern: 1998.
  2. ↑ 1 2 3 4 Педагоги и психологи мира (rus.). 2012.
  3. ↑ 1 2 Deutsche Nationalbibliothek Record #118685171 // Ümumi tənzimləmə nəzarəti (GND) (alm.). 2012—2016.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Fyodor_Erisman&oldid=8115376"
LOVE.AZ