Güşvər Fətulla qızı Şərifova (30 may 1962, Qacaran, Qafan rayonu) — Azərbaycan aktrisası, Azərbaycan Respublikasının əməkdar artisti (2018).
Güşvər Şərifova | |
---|---|
Güvşər Fətulla qızı Şərifova | |
Doğum tarixi | 30 may 1962(1962-05-30) (62 yaş) |
Doğum yeri | |
Milliyyəti | azərbaycanlı |
Həyat yoldaşı | |
Uşağı | Asiman Ağayev |
Fəaliyyəti | aktrisa |
Fəaliyyət illəri | 1984-cü ildən |
Təhsili | |
Mükafatları |
![]() |
Güşvər Şərifova 30 may 1962-ci ildə Ermənistan SSR-nin Kacaran şəhərində doğulub. 1984-cü ildə M. A. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunu bitirib. 1984-cü ildən 1995-ci ilədək C. Cabbarlı adına Gəncə Dövlət Dram teatrında aktrisa işləyib. 1995-ci ildən 2003-cü ilədək Bakı Kamera teatrında aktrisa işləyib. Həmçinin həmin illər C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının filialında redaktor işləyib. 2003-cü ilin oktyabrın 3-dən Gənc Tamaşaçılar teatrının aktrisasıdır.
10 dekabr 2018-ci ildə Azərbaycan Respublikasının Əməkdar artisti fəxri adına layiq görülmüşdür.[1]
Gəncə Dövlət Dram Teatrı
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı (rus bölməsi)
(azərbaycan bölməsi)
Şuşa Dövlət Musiqili Dram Teatrı
Bakı Kamera teatrı