. Love.az

Genceli Sabahi - Wikipedia - Love.az

Ana Səhifə - Genceli Sabahi

Gəncəli Sabahi (1906, Mərənd – 1990, Tehran) — Azərbaycanlı yazıçı, nasir, tənqidçi, 21 Azər hərəkatının iştirakçısı.

Gəncəli Sabahi
Doğum tarixi 1906
Doğum yeri
  • Mərənd, İran
Vəfat tarixi 1990
Vəfat yeri
  • Tehran, Tehran şəhristanı, Tehran ostanı, İran
Dəfn yeri
  • Behişti-Zəhra
Təhsili
  • Bakı Dövlət Universiteti
Fəaliyyəti yazıçı
Əsərlərinin dili Azərbaycan dili
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

1937-ci ildə həbs olunaraq Qazaxıstana sürgün edilib. Sürgündən qayıtdıqdan sonra Təbrizə gedib. Azərbaycan Milli Hökuməti dövründə Azərbaycan Dövlət Universitetinin Azərbaycan dili və Ədəbiyyatı fakültəsinin dekanı olub. Milli Hökumət dağıldıqdan sonra həbs olunaraq Luristana sürgün edilib. Sürgündən qayıtdıqdan sonra Təbrizdə yaşamağına icazə verilməyib.

Tehranda yaşadığı dövrdə müxtəlif ədəbi məclislərdə iştirak edib və əsasən ədəbi tənqidçiliklə məşğul olub. İran İslam İnqilabından sonra Tehranda "Azərbaycan yazıçıları və şairləri cəmiyyəti"nin eləcə də "Azərbaycan cəmiyyəti"nin yaradılmasında iştirak edib və "Günəş" jurnalının əsasını qoyub.

Mündəricat

  • 1 Həyatı
    • 1.1 İlk illəri
    • 1.2 Azərbaycan Milli Hökuməti dövründə
    • 1.3 Sonrakı illəri
  • 2 Ailəsi
  • 3 Mənbə
    • 3.1 İstinadlar
    • 3.2 Ədəbiyyat
  • 4 Xarici keçidlər

Həyatı

redaktə

İlk illəri

redaktə

Gəncəli Yunis oğlu Sabahi 1906-cı ildə Mərəndin Miyab kəndində anadan olub.[1][2] 1914-cü ildə anası ilə birlikdə Gədəbəydə filiz yataqlarında işləyən atasının yanına köçüb.[3][4] Əvvəlcə Gədəbəydə molla yanında təhsil alıb.[5] Daha sonra Şamxora köçüblər.[4] İbtidadi təhsilini Şamxorda alıb. Məktəbli ikən Şamxorda teatr truppasında çıxış etməyə başlayıb.[6][7] 1924–1929-cu illərdə Gəncədə orta təhsil alıb.[8][9] 1929-cu ildə Bakıda Azərbaycan Dövlət Universitetində Azərbaycan dili və Ədəbiyyatı fakültəsinə daxil olub.[1][9] Universitetdə Həmid Araslı, Həsən Dəmirçizadə, Məmməd Rahim, Əhməd Əhmədzadə ilə qrup yoldaşı olub.[6][9] 1932-ci ildə ali təhsilini bitirdikdən sonra əvvəlcə Gədəbəydə maarif müfəttişi kimi işləməyə başlayıb.[10] 1932-ci ilin senytabr ayında məktəb direktoru təyin olunub.[4] 1933-cü ildə Şamxora göndərilib. Əvvəlcə maarif müfəttişi daha sonra isə Morul kənd orta məktəbinə direktor təyin olunub.[11][12][13]

1937-ci ildə Stalin repressiyaları dövründə atası ilə birlikdə həbs olunub.[12][14] 22 ay həbsdə saxlanıldıqdan sonra 1938-ci il oktyabr ayının 24-də ailəsi ilə birlikdə Qazaxıstana sürgün olunub.[15][4][16] 1943-cü ildə sürgün cəzalarının vaxtının bitməsinə baxmayaraq II Dünya Müharibəsi davam etdiyi üçün müharibə bitənə qədər sürgündə qalıblar.[17] 1946-cı ilin yanvar ayında sürgündən azad olunublar.[4] Bundan sonra yola çıxıb 1946-cı ilin aprelin 15-də ailəsi ilə birlikdə Bakıya gəliblər.[4][18]

Azərbaycan Milli Hökuməti dövründə

redaktə

1946-cı ildə Təbrizə gedib.[19][20] Azərbaycan Milli Hökuməti dövründə Təbrizdə açılan Azərbaycan Dövlət Universitetinin Azərbaycan dili və Ədəbiyyatı fakültəsinin dekanı olub[21][22] və Təbriz radiosunda da fəaliyyət göstərib.[6][15][23]

1946-cı il dekabrın 5-də Miyanə istiqamətində hücum edən şah qoşunları Qulam Yəhyanın rəhbərlik etdiyi fədailər tərəfindən dayandırıldı.[24][25] Azərbaycanın müxtəlif ərazilərindən insanlar silahlanmaq və şah qoşununa qarşı mübarizə aparmaq üçün Milli Hökumətə müraciətlər edirdilər.[26] Bundan sonra Mir Cəfər Pişəvərinin rəhbərliyi ilə Müdafiə Komitəsi quruldu.[27][28] Komitənin ilk işi Təbrizdə hərbi vəziyyət elan edib, "Babək" adlı könüllü dəstələr qurmaq oldu.[26][29][30] Könüllü dəstələrə ilk etapda 600 nəfər üzv oldu.[28][31] Bundan sonra Pişəvəri yenidən hərbi dəstək üçün Sovet İttifaqına müraciət etdi.[26][32] Lakin bu istəyi cavabsız qaldı.[33]

1946-cı il dekabrın 11-də Azərbaycan Əyalət Əncüməni qan tökülməsinin qarşısını almaq məqsədilə Qızılbaş Xalq Qoşunlarına və fədai qüvvələrinə şah qoşunlarına qarşı müqavimət göstərməmək və döyüş meydanlarını tərk etmək haqqında qərar verdi.[34][35][36] Elə həmin gündən etibarən İran ordusu iri şəhərlərə girməzdən əvvəl bu şəhərlərdə ərbabların quldur dəstələri eləcə də mülki geyimli jandarmalar qırğınlar törətməyə başladılar.[37][38] Bu dəstələr Tehran radiosu tərəfindən "İran vətənpərvərləri" adlandırılırdılar.[38] Dəstələrin əsas məqsədi demokratların məhv edilməsi və şah qoşununun şəhərlərə girişini təmin etmək idi.[37][38] Təbriz və Azərbaycanın digər şəhərləri talana və qırğınlara məruz qaldılar.[37][39] Azərbaycan Milli Hökuməti süqut etdi.[40][41] 1946-cı il dekabrın 14-də ABŞ və Böyük Britaniya tərəfindən dəstəklənən İran ordusu Təbrizə daxil oldu.[42][43] Bundan sonra da qırğınlar və talan davam etdi.[39][42] Minlərlə insan həbs olundu, sürgün edildi.[44] Baş verən qırğınlarda ADF üzvləri, fədailər eləcə də tanınan şairlərdən Əli Fitrət, Sədi Yüzbəndi, Cəfər Kaşif və Məhəmmədbağır Niknam qətlə yetirildilər.[45][46][47]

Gəncəli Sabahi də 1946-cı il dekabrın 13-də döyülərək həbs olunub.[8][11][48] Bir neçə ay Təbrizdə həbsdə saxlanıldıqdan sonra əvvəlcə Luristanın Bədrabad şəhərinə,[49] 4 ay sonra isə Qala Müzəffər qəsəbəsinə sürgün olunub.[50][51][52] Sürgündə ikən bərbərlik və fotoqraflıqla məşğul olub.[53]

Sonrakı illəri

redaktə

1948-ci ildə şahın verdiyi ümumi əfv fərmanından sonra sürgündən azad olunaraq Təbrizə qayıdıb.[8][54] Bir neçə müddət sonra özünə fotostudiya açıb. Lakin dövlət qurumlarının təzyiqi ilə fotostudiyanın yerini dəyişməyə məcbur olub.[55] Tərbiyət küçəsində yeni fotostudiya açdıqdan sonra isə Təbrizdən getməyi tələb olunub.[56] Nəticədə Təbrizi tərk edərək 1950-ci ildə Tehrana köçüb.[57][58]

1950-ci illərdə öz əsərlərini Tehranda çap olunan "Bəşəriyyət", "Bəşire ayəndə" qəzetlərində və "Çilingər" jurnalında çap etdirməyə başlayıb.[50][59] "Ovçu" hekayəsini Hüseyin Caviddən təsadüfən eşitdiyi söhbət əsasında, "İnsanı azdıran" hekayəsində isə 21 Azər hərəkatı ilə bağlı yazıb. "Ötən günlərim" adlı xatirə povestində öz həyatı haqda, sürgün olunması, 21 Azər hərəkatında iştirakı və Azərbaycan Milli Hökumətinin süqutundan sonra baş verən qırğınlar və sürgünlər haqqında məlumat verib.[60] Azərbaycan Milli Hökuməti dağıldıqdan sonra Təbrizdə asılmış Qızılbaş Xalq Qoşunları Ordusunun polkovniki, Marağa şəhərinin qubernatoru Qulamrza Cavidan haqda "Şərəfli ölüm" hekayəsini yazıb.[61] 1953-cü ildə İranda baş vermiş dövlət çevirilişindən sonra 1979-cu ilə qədər daim təqiblərə məruz qalıb.[4] 1961-ci ildən "Dostlar görüşü" ədəbi məclislərində iştirak edib.[1][62]

İran İslam İnqilabından sonra aktiv fəaliyyət göstərməyə başlayıb. Tehranda "Azərbaycan yazıçıları və şairləri cəmiyyəti"nin[8][63] eləcə də "Azərbaycan cəmiyyəti"nin yaradılmasında iştirak edib.[1] Öz əsərlərini "Yoldaş" və "Varlıq" jurnallarında çap etdirir.[1][8] Tehranda nəşr olunan "Günəş" jurnalının əsasını qoyub.[4] Yazdığı kiçik hekayələri məcmuə kimi "Qartal" və "Həyat faciələri" adı altında çap edib.[1][8] "Həyat faciələri" povestini 1950-ci ildə yazsa da onu 1980-ci ildə nəşr etdirə bilib.[61]

1990-cı il sentyabrın 6-da Tehranda dünyasını dəyişib və Behişti Zəhra qəbiristanlığında dəfn olunub.[64][56]

Ailəsi

redaktə

Atası Yunis Məşrutə İnqilabında iştirak edib.[65] Daha sonra iş tapmaq üçün Şimali Azərbaycana köçüb.[4] Daşkəsən və Gədəbəydə dağ mədənlərində işləyib.[66] 1937-ci ildə həbs olunub. Bir müddət həbsdə saxlanıldıqdan sonra buraxılıb. Həbsdən çıxdıqdan sonra dünyasını dəyişib.[67]

Qardaşı Səməd Sabahi 1914-cü ildə anadan olub.[6] Bakı Konservatoriyasında və Bakı Rəssamlıq Məktəbində təhsil alıb. Təbrizdə nəşr olunan "Vətən Yolunda" qəzetində yazılarla çıxış edib. Azərbaycan Milli Hökuməti dövründə Səməd Sabahi bir neçə teatr truppası qurub və Azərbaycan dilində yazılmış bir çox əsərləri Təbrizdə səhnələşdirib. Bu əsərlərə "Arşın mal alan" və "Qaçaq Kərəm" pyeslərini göstərmək olar.[19] Azərbaycan Milli Hökuməti dağıldıqdan sonra İran hökuməti tərəfindən üç il sənət fəaliyyətindən uzaqlaşdırılıb. Daha sonra isə ona Azərbaycanı tərk etmək şərtilə işləməyinə icazə verilib.[19] 1978-ci ildə Tehranda vəfat edib.[19]

1921-ci ildə Həbibə xanımla ailə qurub.[4] Bu evlilikdən Heydər, Əli, Nəriman, Arif adlı oğulları və Sona adlı qızları olub.[68] Oğulları Arif ailə Qazaxıstanda sürgündə olarkən dünyasını dəyişib.[12][69]

Mənbə

redaktə

İstinadlar

redaktə
  1. ↑ 1 2 3 4 5 6 Cənubi Azərbaycan Ədəbiyyati Antologiyası, 1988. səh. 377
  2. ↑ Sabahi, 2010. səh. 4
  3. ↑ Sabahi, 2010. səh. 19
  4. ↑ 1 2 3 4 5 6 7 8 9 10 Həmraz, Rza. "گنجعلی صباحی گونئی آذربایجانین چاغداش نثری نین آتاسی". www.webcitation.org. 2012-08-19. İstifadə tarixi: 2025-04-23.
  5. ↑ Sabahi, 2010. səh. 21
  6. ↑ 1 2 3 4 Məmmədli, Pərvanə. Gəncəli Sabahinin ədəbi mühiti və yaradıcılığı (PDF) (az.). Bakı: AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu. 2023. 159. eISSN 2709-2699 (#bad_issn). ISSN 2663-4406. 2023-12-16 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2025-04-22.
  7. ↑ Sabahi, 2010. səh. 29
  8. ↑ 1 2 3 4 5 6 Kafkasyalı, 2002. səh. 452
  9. ↑ 1 2 3 Sabahi, 2010. səh. 32
  10. ↑ Sabahi, 2010. səh. 34
  11. ↑ 1 2 Mehdibəyova, 2007. səh. 162
  12. ↑ 1 2 3 Cənubi Azərbaycan Ədəbiyyatı tarixi, 2013. səh. 534
  13. ↑ Sabahi, 2010. səh. 40
  14. ↑ Sabahi, 2010. səh. 43
  15. ↑ 1 2 Sultanlı,İsmayıl, 2017. səh. 161
  16. ↑ Sabahi, 2010. səh. 54
  17. ↑ Sabahi, 2010. səh. 104
  18. ↑ Sabahi, 2010. səh. 110
  19. ↑ 1 2 3 4 Təbrizli, Anar. "İranda müstəqil Azərbaycan kinosu". Milliyyət Araşdırmalar Mərkəzi. 2021-10-27. İstifadə tarixi: 2025-04-22.
  20. ↑ Sabahi, 2010. səh. 116
  21. ↑ Cənubi Azərbaycan Ədəbiyyatı tarixi, 2013. səh. 234
  22. ↑ Behzadi, 2004. səh. 21
  23. ↑ Sabahi, 2010. səh. 118
  24. ↑ Rəhmanifər, Məhəmməd. "Güney Azərbaycanda Milli Hökumətin süqutundan sonra nələr yaşandı?". Apa.az (az.). 2015-01-04. 2025-01-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2025-02-06.
  25. ↑ Həsənli, 2006. səh. 437
  26. ↑ 1 2 3 Həsənli, 2006. səh. 438
  27. ↑ Rəhimli, Əkrəm. Güney Azərbaycan: tarixi, siyasi və kulturoloji müstəvidə. / S.C.Pişəvəri gənclik illərində (PDF) (az.). Bakı: Azərnəşr. 2010. 83. ISBN 9952310031. 2022-07-08 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2025-02-06.
  28. ↑ 1 2 Hasanli, 2006. səh. 366
  29. ↑ Atabaki, 2000. səh. 172
  30. ↑ Sultanlı, 2010. səh. 83
  31. ↑ Rəhimli, 2003. səh. 143
  32. ↑ Rəhimli, Əkrəm. Pişəvəri S.C. Məqalə və çıxışlarından seçmələr (Təbriz 1945-1946-cı illər) (az.). Bakı: Nurlar nəşriyyatı. 2016. 415. ISBN 9789952504444.
  33. ↑ Həsənli, 2006. səh. 441
  34. ↑ Rossow, 1956. səh. 30
  35. ↑ Rəhimli, 2003. səh. 149
  36. ↑ Hasanli, 2006. səh. 370
  37. ↑ 1 2 3 Hasanli, 2006. səh. 373
  38. ↑ 1 2 3 Balayev, 2018. səh. 36
  39. ↑ 1 2 Duqlas, Vilyam. Strange lands and friendly people (ingilis). Nyu-York: Harper & Brothers Publishers. 1951. 45.
  40. ↑ Lenczowski, George. United States' Support for Iran's Independence and Integrity, 1945–1959 (ingilis). 401. Annals of the American Academy of Political and Social Science. 1972. 49. doi:10.1177/000271627240100106. ISSN 0002-7162.
  41. ↑ Həsənli, 2006. səh. 445
  42. ↑ 1 2 Həsənli, 2006. səh. 448
  43. ↑ McEvoy, Joanne; O'Leary, Brendan. Power Sharing in Deeply Divided Places. Filadelfiya: University of Pennsylvania Press. 2013. 191. ISBN 9780812245011.
  44. ↑ Hasanli, 2006. səh. 375
  45. ↑ Balayev, 2018. səh. 137
  46. ↑ Əmirov, 2000. səh. 51
  47. ↑ Əliqızı, 2001. səh. 24
  48. ↑ Sabahi, 2010. səh. 121
  49. ↑ Sabahi, 2010. səh. 129
  50. ↑ 1 2 "گنجعلی صباحی‌؛ اؤتن گونلرین قوجا قارتالی / ائلدار موغانلی – ایشیق" (fars). İstifadə tarixi: 2025-04-23.
  51. ↑ Mərəndli, 2017. səh. 203
  52. ↑ Sabahi, 2010. səh. 131
  53. ↑ Sabahi, 2010. səh. 140
  54. ↑ Sabahi, 2010. səh. 145
  55. ↑ Sabahi, 2010. səh. 146
  56. ↑ 1 2 Sultanlı,İsmayıl, 2017. səh. 162
  57. ↑ Sabahi, 2010. səh. 147
  58. ↑ Məmmədli, Pərvanə. Gəncəli Sabahinin ədəbi mühiti və yaradıcılığı (PDF) (az.). Bakı: AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu. 2023. 160. eISSN 2709-2699 (#bad_issn). ISSN 2663-4406. 2023-12-16 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2025-04-22.
  59. ↑ Muğanlı, Eldar. Müasir Demokratik Ədəbiyyatımızın nəsr atası (az.). 5. Tehran: Azəri məcəlləsi. 2005.
  60. ↑ Cənubi Azərbaycan Ədəbiyyatı tarixi, 2013. səh. 537
  61. ↑ 1 2 Mehdibəyova, 2007. səh. 163
  62. ↑ Kafkasyalı, 2002. səh. 453
  63. ↑ Cənubi Azərbaycan ədəbiyyatında demokratik ideyalar, 1990. səh. 201
  64. ↑ "Güney Azərbaycanın müasir nəsr ədəbiyyatının banilərindən olan Gəncəli Sabahinin anım günüdür". Aznews TV (az.). 2022-09-06. İstifadə tarixi: 2025-04-22.[ölü keçid]
  65. ↑ Sabahi, 2010. səh. 20
  66. ↑ "Gəncəli Yunis oğlu Səbahi - 115". Azərbaycan ruznaməsi. İstifadə tarixi: 2025-04-22.
  67. ↑ Sabahi, 2010. səh. 47
  68. ↑ Sabahi, 2010. səh. 35
  69. ↑ Sabahi, 2010. səh. 71

Ədəbiyyat

redaktə
  • Atabaki, Touraj. Azerbaijan: Ethnicity and the Struggle for Power in Iran (ingilis). London: I.B.Tauris. 2000. səh. 288. ISBN 9781860645549.
  • Balayev, Xaqan. Azərbaycanın sosial-siyasi həyatında cənublu mühacirlərin iştirakı (1947-1991) (az.). Bakı: Elm və təhsil nəşriyyatı. 2018. səh. 198. ISBN 9789952370911.
  • Behzadi, Behzad. Demokratik Azərbaycan - Azərbaycanda 1324-1325-ci illərdə baş vermiş hadisələrə baxış (fars). Tehran: Düzgün xəbər nəşriyyatı. 2004. səh. 0.
  • Cənubi Azərbaycan Ədəbiyyati Antologiyası (az.). III. Bakı: Elm nəşriyyatı. 1988. səh. 552.
  • Cənubi Azərbaycan Ədəbiyyatı tarixi (az.). II. Bakı: Qanun nəşriyyatı. 2013. səh. 148.
  • Cənubi Azərbaycan ədəbiyyatında demokratik ideyalar (az.). Bakı: Elm nəşriyyatı. 1990. səh. 216.
  • Əliqızı, Almaz. Azadlıq və istiqlal poeziyası (PDF) (az.). Bakı: Bakı Dövlət Universiteti nəşriyyatı. 2001. səh. 160. ISBN 9789952817607. 2025-01-28 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2025-03-14.
  • Əmirov, Sabir. Cənubi Azərbaycan milli-demokratik ədəbiyyatı (1941-1990) (az.). Bakı: Elm nəşriyyatı. 2000. səh. 257. ISBN 5806612600.
  • Hasanli, Jamil. At the Dawn of the Cold War: The Soviet-American Crisis over Iranian Azerbaijan, 1941–1946 (az.). Lanham: Rowman & Littlefield Publishers. 2006. səh. 416. ISBN 978-0742540552.
  • Həsənli, Cəmil. СССР-Иран: Азербайджанский кризис и начало холодной войны: 1941-1946 гг (PDF) (rus). Moskva: Герои Отечества. 2006. səh. 560. ISBN 5910170120. 2024-12-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-11-28.
  • Kafkasyalı, Ali. İran türk edebiyatı antolojisi (türk). V. Ərzurum: Atatürk Üniversitesi Basımevi. 2002. səh. 573. ISBN 9757698113. 2025-01-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2025-01-06.
  • Mərəndli, Barış. "21 Azər" soyqırımı: 1946-1947-ci illərdə Cənubi Azərbaycanda kütləvi qırğınlar (az.). Bakı: Elm və təhsil nəşriyyatı. 2017. səh. 376. ISBN 978-9952-8312-8-3. 2024-12-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-12-25.
  • Mehdibəyova, Mahmizər. Cənubi Azərbaycan mühacirət nəsri: 1947-1990-cı illər (az.). Bakı: Nurlan nəşriyyatı. 2007. səh. 192.
  • Rəhimli, Əkrəm. Güney Azərbaycan milli-demokratik hərəkat (1941-1946) (az.). Bakı: Meqa nəşriyyatı. 2003. səh. 207. 2024-12-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-12-26.
  • Rossow, Robert. "The Battle of Azerbaijan, 1946". Middle East Journal (ingilis). X (1). 1956: 17–32. JSTOR 4322770. 4 February 2022 tarixində arxivləşdirilib.
  • Sabahi, Gəncəli. Ötən günlərim (az.). Bakı: Elm nəşriyyatı. 2010. səh. 152. ISBN 9789952453157.
  • Sultanlı, Vaqif. Güney Azərbaycan tarixi siyasi və kulturoloji müstəvidə (məqalələr toplusu) (az.). Bakı: Azərnəşr. 2010. səh. 172.
  • Sultanlı, Vaqif; İsmayıl, İrəc. Güney Azərbaycan nəsri: başlanğıcdan bu günə qədər: antologiya (az.). Bakı: Nurlar NPM. 2017. səh. 517. ISBN 9789952507164. İstifadə tarixi: 2025-01-08.

Xarici keçidlər

redaktə
  • Gəncəli Sabahi — Ötən günlərim, Bakı, 2010.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Gəncəli_Sabahi&oldid=8130292"
LOVE.AZ