G2 Esports və ya qısaca G2 – Almaniya kiberidman klubu. 2014-cü ildə yaradılmış klub Berlin şəhərində məskunlaşmışdır.[1]
![]() Klubun loqosu. | |
İdman | kiberidman |
---|---|
Yaranma tarixi | 24 fevral 2014 |
Region | ![]() |
Rənglər | qırmızı-qara-ağ |
Bölmələr | League of Legends, Valorant, Apex Legends, Counter-Strike 2, Fortnite, Rocket League, Rainbow Six Siege |
Sayt | Rəsmi saytı |
Klubun "League of Legends" komandası Avropanın ən yüksək liqası olan League of Legends EMEA Çempionatında (LEC) çıxış edir və 13 dəfə liqanı qazanmışdır. "G2" 2019-cu ildə Mövsüm Ortası Turnirinin qalibi olaraq bunu bacaran ilk və yeganə Qərb komandası olmuşdur. "League of Legends" komandası ilə yanaşı klubun "Valorant", "Fortnite", "Apex Legends", "Counter-Strike 2", "Fortnite", "Rocket League", "Rainbow Six Siege" komandaları fəaliyyət göstərir.
Klub 24 fevral 2014-cü ildə keçmiş oyunçu Karlos "ocelote" Rodriges Santyaqo[2] and investisiyaçı Cens Hilgers tərəfindən "Gamers2" adı ilə qurulmuşdur. 15 oktyabr 2015-ci ildə adı dəydirilərək "G2 Esports" olmuşdur. Rodriges 23 sentyabr 2022-ci ildə klubdan ayrılmışdır.[3]
Klubun "League of Legends" komandası 2014-cü ildə yaradılsa da,[4][5] ilk ciddi uğurunu 2016-cı ildə qazanmışdır.[6] Həmin mövsümün yaz splitində finalda "Fnatic" komandasına qalib gələrək ilk dəfə LEC çempionu olmuşdur. Komanda 2016 Mövsüm Ortası Turnirinə qatılmaq haqqı qazansa da, 10 oyunun 8-ni uduzmuş və turnirdən kənarlaşmışdır.
"G2" 2018-ci ildə baş tutmuş dünya çempionatında uğurla çıxış edərək yarımfinala qədər irəliləmiş, sonda "Invictus Gaming" komandasına məğlub olmuşdur.[7] 2019-cu ildə komanda orta koridora "Fnatic" komandasında çıxış edən Caps-ı transfer etmişdir.[8] Komanda həmin mövsümün yaz splitində "Origen" komandasına 3–0 hesabı ilə qalib gələrək növbəti LEC çempionluğunu əldə etmişdir.[9] 2019 Mövsüm Ortası Turnirinin finalında "Team Liquid" komandasına 3–0 hesabı ilə qalib gələrək turnirdə qalib gələn ilk Avropa komandası olmuşdur.[10][11] 2019-cu ilin yay splitində finalda "Fnatic" komandasını 3–2 hesabı ilə məğlub edərək 6-cı LEC çempionluğunu əldə etmişdir.[12][13] Dünya çempionatında finala qədər irəliləsə də, "FunPlus Phoenix" komandasına 0–3 uduzmuşdur.[14]
2020-ci ildə "G2 Esports" həm yaz, həm də yay splitində finalda "Fnatic" komandasını məğlub edərək iki dəfə LEC çempionu olmuşdur.[15] Dünya çempionatında isə yarımfinalda mübarizəni dayandırmışdır. 2021-ci ildə komandaya Rekkles qoşulsa da,[16] komanda həmin mövsüm uğursuz çıxış edərək ilk dəfə dünya çempionatına qatıla bilməmişdir.[17] 2022 LEC mövsümünün yaz splitində finalda "Rogue" komandasını 3–0 hesabı məğlub edərək 9-cu LEC çempionluğunu əldə etmişdir.[18] Həmin Mövsüm Ortası Turnirinin yarımfinalında "T1" komandasına uduzmuşdur. 2023-cü ildə komandaya Hans Sama qoşulmuşdur.
1 sentyabr 2022-ci ildə klubun "G2 Hel" adlı qadın "League of Legends" komandası yaradılmışdır.[19]
G2 Esports "League of Legends" heyəti | |||||||||||||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Oyunçular | Məşqçilər | ||||||||||||||||||||||||
|
| ||||||||||||||||||||||||
| |||||||||||||||||||||||||
Legenda:
|
Ən son heyət tarix: 7 may 2024. |