. Love.az

Gelada - Wikipedia - Love.az

Ana Səhifə - Gelada

Gelada və yaxud Qanlı ürək (lat. Theropithecus gelada) — yalnız Efiopiya yaylasında rast gəlinən və dəniz səviyyəsindən 1,800–4,400 m yüksəklikdə yaşayan Köhnə dünya meymunlarının bir növü. Bəzən "qanlı ürək meymunu" adlanan bu "canavar-meymun" mənasını verən yunan köklü sözlərdən törənmiş Theropithecus cinsinin yeganə yaşayan nümayəndəsidir.[3][4] Pavianlar kimi yaxın qohumları ilə oxşar olaraq, gelada əsasən quru üzərində yaşayır və vaxtının çoxunu otlaqlarda qidalanaraq keçirir.

Gelada
Elmi təsnifat
XƏTA: parent və rang parametrlərini doldurmaq lazımdır.
???:
Gelada
Beynəlxalq elmi adı
  • Theropithecus gelada Rüppell, 1835[1][2]
Vikianbarın loqotipi
Şəkil
axtarışı
ITIS  573034
NCBI  9565
EOL  311178
FW  233450

Mündəricat

  • 1 Təsviri
  • 2 Taksonomiyası
  • 3 Xüsusiyyətləri
  • 4 Qalereya
  • 5 İstinadlar
  • 6 Ədəbiyyat
  • 7 Xarici keçidlər

Təsviri

redaktə

Geladanın açıq sarıya çalan tünd qəhvəyiyə qədər dəyişən tükləri, tünd rəngli üzü və solğun göz qapaqları var. Yetkin erkəklərin belində daha uzun tüklər və sinələrində saatqulası formasında parlaq qırmızı dəri ləkəsi olur. Dişilərdə də çılpaq dəri ləkəsi var, lakin bu daha az nəzərə çarpır. Ancaq cinsiyyət dövründə bu ləkələr parlaqlaşır və maye ilə dolu qabarcıqlardan ibarət "boyunbağı" əmələ gətirir. Erkəklərin orta çəkisi 18.5 kq, dişilərin isə orta çəkisi 11 kq təşkil edir. Baş və bədən uzunluğu 50–75 sm, quyruq uzunluğu isə 30–50 sm arasında dəyişir.

Taksonomiyası

redaktə

1979-cu ildən bəri gelada adətən öz cinsində təsnif edilsə də, bəzi genetik tədqiqatlar göstərir ki, bu meymun pavianlarla birlikdə qruplaşdırılmalıdır.[5] Digər tədqiqatçılar isə bu növü Papio cinsindən daha uzaq təsnif edirlər. Theropithecus gelada öz cinsinin yeganə yaşayan növü olsa da, fosil qeydlərindən ayrı, daha böyük növlər məlumdur: T. brumpti, T. darti və T. oswaldi, əvvəllər Simopithecus cinsinə aid edilirdi.[6] Theropithecus cinsi hal-hazırda yalnız Efiopiyada məhdudlaşsa da, Afrika və Aralıq dənizindən Asiyaya qədər, o cümlədən Cənubi Afrika, Malavi, Konqo Respublikası, Tanzaniya, Uqanda, Keniya, Əlcəzair, Mərakeş, İspaniya və Hindistan kimi yerlərdə tapılmış fosil nümunələrindən də məlumdur.[7][8]

Xüsusiyyətləri

redaktə

Gelada iri və möhkəm bədən quruluşuna malikdir. Onun bədəni açıq bejdən tünd qəhvəyiyə qədər dəyişən qaba tüklərlə örtülüdür və tünd rəngli üzü ilə solğun göz qapaqları var. Qolları və ayaqları demək olar ki, qaradır. Qısa quyruğunun ucunda bir cüt tük topası var. Yetkin erkəklərin belində uzun və ağır tük paltarı var. Geladanın tüksüz üzü və qısa burnu var ki, bu da onu əntərdən çox şimpanzeyə bənzədir. Geladanı əntərdən fiziki olaraq fərqləndirən əsas xüsusiyyət sinəsindəki parlaq dəri ləkəsidir. Bu ləkə saatqülləsi formasındadır. Erkəklərdə bu ləkə parlaq qırmızı rəngdədir və ətrafı ağ tüklərlə əhatələnib, dişilərdə isə bu ləkə daha az nəzərə çarpır. Bundan əlavə, dişilərin dəri ləkəsi ətrafında dəri yumruları var.[9]

Qalereya

redaktə
  •  
    Qida axtaran gelada dəstəsi
  •  
    Erkək
  •  
    Dişi
  •  
    Erkəyin başı
  •  
    Gənc erkək
  •  
    Dişi gelada belində balası ilə
  •  
    Erkək quraq mövsümdə
  •  
    Erkək gelada
  •  
    Gelada balası
  •  
    Gelada dəstəsi

İstinadlar

redaktə
  1. ↑ Integrated Taxonomic Information System (ing.). 2000.
  2. ↑ Mammal Species of the World (ing.): A Taxonomic and Geographic Reference. / D. E. Wilson, D. Reeder 3 Baltimore: JHU Press, 2005. 35, 2142 p. ISBN 978-0-8018-8221-0
  3. ↑ "Classic Roots P". Phthiraptera Central. 2006-12-26 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2006-12-26. thero (G) - A wild beast; summer; hunt for
  4. ↑ "Classic Roots T". Phthiraptera Central. 2004-11-07 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2006-12-26. pithec, -o, -us (G) - An ape
  5. ↑ Goodman, M.; Porter, C. A.; Czelusniak, J.; Page, S. L.; Schneider, H.; Shoshani, J.; Gunnell, G.; Groves, C. P. "Toward a Phylogenetic Classification of Primates Based on DNA Evidence Complemented by Fossil Evidence". Molecular Phylogenetics and Evolution. 9 (3). 1998: 585–598. Bibcode:1998MolPE...9..585G. doi:10.1006/mpev.1998.0495. PMID 9668008.
  6. ↑ Hughes, K.; Elton, S.; O'Regan, J. "Theropithecus and 'Out of Africa' dispersal in the Plio-Pleistocene". Journal of Human Evolution. 54 (1). Jan 2008: 43–77. Bibcode:2008JHumE..54...43H. doi:10.1016/j.jhevol.2007.06.004. ISSN 0047-2484. PMID 17868778.
  7. ↑ Iwamoto, Toshitaka; Mori, Akio; Kawai, Masao; Bekele, Afework. "Anti-predator behavior of gelada baboons". Primates (ingilis). 37 (4). 1996-10-01: 389–397. doi:10.1007/BF02381374. ISSN 1610-7365.
  8. ↑ Dunbar, R. Dunbar, P. Social Dynamics of Gelada Baboons | Karger Book (ingilis). S.Karger AG. 29 July 1975. ISBN 978-3-8055-2137-6.
  9. ↑ Bergman, T.J.; Azanaw Haile, A; Beehner, J.C. "What is (not) a baboon?". International Journal of Primatology. 39 (6). December 2018: 1005–1008. doi:10.1007/s10764-018-0063-5.

Ədəbiyyat

redaktə
  • Thomas Geissmann: Vergleichende Primatologie, Springer-Verlag 2002, ISBN 3-540-43645-6
  • Ronald M. Nowak: Walker’s Mammals of the World. Johns Hopkins University Press, 1999 ISBN 0-8018-5789-9

Xarici keçidlər

redaktə
  Vikianbarda Gelada ilə əlaqəli mediafayllar var.
  • Gelada Baboons in the Simien Mountains in Ethiopia
  • Gelada Baboons feeding high on the plateau in the Simian Mountains, Ethiopia Arxiv surəti 10 mart 2020 tarixindən Wayback Machine saytında
  • Gelada Baboons in the Simien Mountains Ethiopia, filmed 11/04/2007 on a stills camera
  • Beside the mythical baboons Simien Mountain is home to a variety of endemic mammals, birds and plants
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Gelada&oldid=8271331"
LOVE.AZ