Həsən Mehdi oğlu Seyidbəyli (22 dekabr 1920, Bakı – 25 iyun 1980, Bakı) — Azərbaycan nasiri, kinodramaturq, kinorejissor, Azərbaycan Yazıçılar Birliyinin üzvü (1946), Azərbaycan SSR xalq artisti (1976).[1][2]
Həsən Seyidbəyli | |
---|---|
![]() | |
Azərbaycan Kinematoqrafçılar İttifaqı İdarə Heyətinin birinci katibi | |
23 dekabr 1964 – 1981 | |
Sonrakı | Rüstəm İbrahimbəyov |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 22 dekabr 1920(1920-12-22) |
Doğum yeri | |
Vəfat tarixi | 25 iyun 1980(1980-06-25) (59 yaşında) |
Vəfat yeri | |
Partiya | |
Təhsili |
|
Fəaliyyəti | kinorejissor, yazıçı, ssenarist |
Uşaqları |
|
|
|
Təltifləri |
![]() ![]() ![]() ![]() |
![]() |
Həsən Seyidbəyli 22 dekabr 1920-ci ildə Bakı şəhərində anadan olmuşdur. Burada 132 saylı şəhər orta məkətbini bitirmişdir.[2] Həsən Mehdi oğlu Seyidbəyli 1938–1939-cu illərdə Leninqrad Kino Mühəndisləri İnstitutunda, 1943–1951-ci illərdə Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun kinorejissorluq fakültəsində təhsil almışdır.[3] "Azərbaycanfilm" kinostudiyasında kinorejissor, 1963–1980-ci illərdə Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi və sədri vəzifəsində işləmişdir. "İmtahan", "Qızıl axtaranlar", "Bağlı qapılar" adlı dram əsərləri Azərbaycanda və xaricdə səhnəyə qoyulmuşdur. "Kür sahillərində" (1953), "Bizim Astrada" (1956), "Telefonçu qız" (1960) povestləri, "Cəbhədən-cəbhəyə" (1961), "İllər keçir" (1973, İ. Qasımovla birgə), "Tərsanə" (1975), "Çiçək" (1978) romanları, "Dəniz cəsurları sevir" (1954), "Sən nə üçün yaşayırsan" (1959, hər ikisi İ. Qasımovla birgə) pyesləri müasirlərinin əməyindən, mənəvi-əxlaqi saflığından bəhs edir. "Uzaq sahillərdə" (1954, İ. Qasımovla birgə) romanı Sovet İttifaqı Qəhrəmanı M. Hüseynzadəyə həsr olunmuşdur. Əsərləri bir sıra xarici dillərə tərcümə edilmişdir.
Həsən Seyidbəyli 1963–1980-ci illərdə Azərbaycan Kinematoqrafçılar İttifaqı İdarə Heyətinin I katibi olmuşdur.
Filmləri Ümumittifaq Kino festivallarında mükafat və diplomlara layiq görülmüşdür.
Film Fondunda rejissor Həsən Seyidbəylinin şəxsi arxivi yaradılmışdır.[4]