Bu məqaləni vikiləşdirmək lazımdır. Lütfən, məqaləni ümumvikipediya və redaktə qaydalarına uyğun şəkildə tərtib edin. |
Seyidovlar — Azərbaycan xalqının tanınmış soylarından biri. Hacı Mahmud Əfəndinin soyundandırlar.
Seyidovlar | |
---|---|
Titul | Şeyx |
Əcdadı | Hacı Mahmud Əfəndi |
Mənşəyi | Aslanbəyli, Qazax, Azərbaycan |
Təbəəliyi | Qazax qəzası, Rusiya imperiyası |
Torpaqları |
![]() |
Qazax rayonunun Aslanbəyli kəndinə mənsub Şeyx nəsli və ziyalı soydur. Soyun 2 qolu var: Molla Seyid törəmələri və Hacı Mahmud Əfəndi törəmələri. Hacı Mahmud Əfəndi və Molla Seyidin yaşayış evləri Aslanbəyli məscidinin ətrafındadır.
Molla Seyidin törəmələri Azərbaycanda yaşayırlar və Molla Seyidlilər kimi tanınırlar. Bir çox ziyalıları, müxtəlif sahələrdə nüfuz qazanmış nümayəndələri ilə tanınırlar.
Hacı Mahmud Əfəndinin törəmələri isə əksəriyyəti Türkiyədə, digərləri isə Azərbaycanda yaşayırlar. Onların arasında Türkiyə Böyük Millət Məclisinin deputatları, bir çox ziyalılar, İlahiyyat alimləri və müxtəlif sahələrdə nüfuz qazanmış şəxslərdə var. Türkiyədə yaşayanların əksəriyyəti Amasya ilində və Amasya şəhərindədirlər. Amasya ili ölkənin şimalında, orta qaradəniz bölgəsində, Samsun ilindən cənubda, Çorum ilindən şərqdə, Tokat ilindən qərbdə, Yozğad ilindən şimalda yerləşir.