Hacı Qara filmi rejissor Abbas Mirzə Şərifzadə tərəfindən 1929[3]-ci ildə ekranlaşdırılmışdır. Film Azdövlətkinoda istehsal edilmişdir. Film Azərbaycan dramaturgiyasının banisi Mirzə Fətəli Axundovun eyniadlı pyesinin motivləri əsasında çəkilmişdir. Kinolentin mövzu və süjeti bir qədər genişləndirilmiş, dramaturqun başqa əsərlərindən istifadə edilərək, əlavə obrazlar salınmış, habelə milli adət və ənənələrdən istifadə edilmişdir.[4] Filmdə Azərbaycan bəylərinin, tacirlərinin, kəndlilərinin həyatı öz əksini tapmışdır.[5]
Hacı Qara | |
---|---|
![]() | |
Janr |
komediya macəra |
Rejissor | Abbas Mirzə Şərifzadə |
Əsərin müəllifi | Mirzə Fətəli Axundov |
Ssenari müəllifi | Cəfər Cabbarlı |
Baş rollarda |
Mirzəağa Əliyev Mustafa Mərdanov K.Vyaznova Ağasadıq Gəraybəyli |
Operator | İvan Tartakovski |
Rəssam | Aleksandr Qonçarski |
İstehsalçı | Azdövlətkino |
İlk baxış tarixi | 9 mart 1929[1] |
Filmin digər adı | Sona[2] |
Filmin növü | tammetrajlı bədii film |
Müddət | 65 dəq. |
Ölkə |
![]() |
Dil | səssiz |
Texniki məlumatlar |
6 hissə 1780 metr |
Rəng | ağ-qara |
IMDb | ID0499490 |
Filmdə Azərbaycan bəylərinin, tacirlərinin, kəndlilərinin həyatı öz əksini tapmışdır.