. Love.az

Haqverdiyevler - Wikipedia - Love.az

Ana Səhifə - Haqverdiyevler

Haqverdiyevlər — Azərbaycan xalqının soylarından biri.

Haqverdiyevlər
Titul Bəy
Əcdadı Mirzə Haqverdi bəy Kəbirli
Qohum soylar Vəlibəyovlar
Mənşəyi Qarabağ, Şuşa
Təbəəliyi Qarabağ xanlığı,
Rusiya İmperiyası Rusiya imperiyası
Torpaqları Mirzəhaqverdili, Ağbulaq
Mülki fəaliyyəti Hakim, Vəkil
Dini fəaliyyəti Qazı, Axund

Mündəricat

  • 1 Soyun yaranması
  • 2 Soyun məşhur nümayəndələri
  • 3 Şəkillər
  • 4 Mənbə
  • 5 Həmçinin bax

Soyun yaranması

redaktə

Mirzə Haqverdi bəy Qarabağın tanınmış mülkədarlarından biri idi. Şuşa şəhərində imarətin, çox sayda rəiyyətin, Kəbirli mahalında Mirzəhaqverdilər adlı obanın, Mərzili, Avşar obalarının bir hissəsinin, Vərəndə mahalında Ağbulaq adlı kəndin sahibi idi.

Onun adı ilə bağlı Kəbirli mahalında "Mirzəhaqverdi kəhrizi" adlı yurd yeri var idi. Mirzə Haqverdi bəy 1806-cı ildə İbrahimxəlil xanla bərabər gülləbaran edildi. Mirzə Haqverdi bəyin nəslinin nümayəndələri Haqverdiyev soyadını daşıyırlar.

Soyun məşhur nümayəndələri

redaktə
  • Mirzə Məhəmmədkərim bəy Kəbirli — xəttat.
  • Mirzə Əli bəy Qarabaği — Azərbaycan şairi.
  • Mirzə Əbülqasım bəy Haqverdiyev (1803-?) — Şuşa qazısı, Mirzə Əli bəy Qarabağinin oğlu.
  • Mirzə Əbdürrəhim bəy Haqverdiyev (1809-?) — Qarabağ bəyi, mülkədar, hüquqşünas, Əbdürrəhim bəy Haqverdiyevin babası.
  • Əbdürrəhim bəy Haqverdiyev — məşhur Azərbaycan yazıçısı və dramaturqu.
  • Mirzə Haqverdi Səfa — şair, qazı.

Şəkillər

redaktə
  •  
    Uşaqlıq illərində Şuşada
  •  
    Gənclik illərində
  •  
    Əbdürrəhim bəy Haqverdiyev Həbib bəy Mahmudbəyovla birlikdə (1890-cı il)
  •  
    Əbdürrəhim bəy Haqverdiyev Tiflisdə
  •  
    Əbdürrəhim bəy Haqverdiyev Peterburqda

Mənbə

redaktə
  • Ənvər Çingizoğlu, Haqverdiyevlər, "Soy" dərgisi, 1 (33), 2010. səh.3–9.

Həmçinin bax

redaktə
  • Qarabağ
  • Şuşa
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Haqverdiyevlər&oldid=7590736"
LOVE.AZ