. Love.az

Heysaku Kosava - Wikipedia - Love.az

Ana Səhifə - Heysaku Kosava

Heysaku Kosava (古沢平作, Kosava Heysaku?, 17 iyul 1897, Atsuqi[d], Kanaqava prefekturası – 5 oktyabr 1968, Tokio[d]) – Yaponiya psixiatrı və psixoanalitiki. Yaponiyada psixoanalizin əsasını qoymuşdur.[1]

Heysaku Kosava
yap. 古沢平作
Doğum tarixi 17 iyul 1897(1897-07-17)
Doğum yeri
  • Atsuqi[d], Kanaqava prefekturası, Yaponiya
Vəfat tarixi 5 oktyabr 1968(1968-10-05) (71 yaşında)
Vəfat yeri
  • Tokio[d], Tokio, Yaponiya
İş yeri
  • Tohoku Universiteti
Təhsili
  • Tohoku Universiteti

Mündəricat

  • 1 Həyatı
  • 2 Elmi fəaliyyəti
  • 3 İstinadlar
  • 4 Ədəbiyyat

Həyatı

redaktə

Heysaku Kosava 17 iyul 1897-ci ildə Yaponiyanın Kanaqava prefekturasının Atsuqi şəhərində doğulmuşdur.[1] 1926-cı ildə Tohoku Universitetinin Tibb Məktəbindən məzun olmuş, burada professor Kiyoyasu Maruinin tələbəsi olmuşdur.[1] 1931-ci ildə Tohoku Universitetindəki psixiatriya professoru olmuşdur.[1]

1932–1933-cü illərdə Vyana Psixoanaliz İnstitutunda təhsil almış, burada Rixard Şterba və Paul Federnin tələbəsi olmuşdur.[1] Vyanada yaşayarkən Ziqmund Freydin evini ziyarət etmiş və ona alman dilində yazdığı "Günahkarlıq hissinin iki növü" adlı məqaləsini təqdim etmişdir.[1] Bu məqalədə onun tərəfindən irəli sürülmüş Acase kompleksindən bəhs etmişdir.[1] O, Visbaden şəhərində baş tutmuş XX Beynəlxalq Psixoanaliz Assosiasiya konqresində iştirak etmiş ilk yapon olmuşdur.[1] Burada Haynts Hartman və Karl Mennincerlə tanış olmuş, onlarla dostlaşmışdır.[1] 1934-cü ildə Yaponiyaya qayıtdıqdan sonra Tokioda şəxsi klinikasını açmışdır.[1] O, uzun müddət psixoanaliz ilə məşğul olan yeganə yapon olmuşdur.[1]

Kosava 1950-ci illərdə yapon psixiatrlar və psixoloqlar üçün psixoanaliz təlimləri keçməyə başlamışdır.[1] 1955-ci ildə Yaponiya Psixoanaliz Cəmiyyətini yaratmış və 1957-ci ilə qədər prezidenti olmuşdur.[1]

Elmi fəaliyyəti

redaktə

Kosava ABŞ və Avropa pasiyentlərinə nəzərən Yaponiya pasiyentlərinin ana-uşaq münasibətinə daha asan gerilədiklərini müşahidə etmiş, bu cür münasibətlərdə tez-tez müşahidə olunan fundamental konfliktin uşağın anaya qarşı olan qərarsızlığı olduğunu düşünmüşdür.[1] Bu düşüncələri əsasən Freydin Edip kompleksi ilə təzadlıq təşkil edən Acase kompleksi nəzəriyyəsini inkişaf etdirmişdir.[1]

Kosava psixoanalizi təlimlərlə yaymağa üstünlük verdiyi üçün elmi işləri azdır.[1] Lakin onun bir çox tələbəsi Yaponiyada psixoanaliz, dinamik psixiatriya, klinik psixologiya və psixosomatik tibbin yayılmasında əhəmiyyətli rol oynamışdır.[1]

İstinadlar

redaktə
  1. ↑ 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 International Dictionary of Pychoanalysis

Ədəbiyyat

redaktə
  • Mijolla, Allan de. International Dictionary of Pychoanalysis (ingiliscə). Thomson Gale. 921–922. ISBN 0-02-865994-5. İstifadə tarixi: 13 dekabr 2022.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Heysaku_Kosava&oldid=6798948"
LOVE.AZ