. Love.az

Hidayet Rustemov - Wikipedia - Love.az

Ana Səhifə - Hidayet Rustemov

Hidayət Rüstəmov (19 avqust 1970, Ağdam – 23 dekabr 1991, Şuşa, DQMV) — Azərbaycanın Milli Qəhrəmanı, Birinci Qarabağ müharibəsi şəhidi.

Hidayət Rüstəmov
Hidayət Eldar oğlu Rüstəmov
Şəxsi məlumatlar
Doğum tarixi 19 avqust 1970
Doğum yeri Xıdırlı, Ağdam rayonu, Azərbaycan SSR, SSRİ
Vəfat tarixi 23 dekabr 1991 (21 yaşında)
Vəfat yeri Meşəli, Şuşa rayonu, Azərbaycan
Vəfat səbəbi şəhid
Dəfn yeri Ağdam Şəhidlər Xiyabanı
Vətəndaşlığı SSRİ SSRİ→
Azərbaycan Azərbaycan
Hərbi fəaliyyəti
Qoşun növü Azərbaycan Respublikasının Daxili Qoşunları
Rütbəsi çavuş
Döyüşlər
  • Birinci Qarabağ müharibəsi
Təltifləri "Qızıl ulduz" medalı

Mündəricat

  • 1 Həyatı
  • 2 Döyüşlərdə iştirakı
  • 3 Ailəsi
  • 4 Milli Qəhrəman
  • 5 Həmçinin bax
  • 6 Mənbə
  • 7 İstinadlar

Həyatı

redaktə

19 avqust 1970-ci ildə Ağdam rayonunun Xıdırlı kəndində anadan olmuşdur. Burada orta məktəbi bitirən Hidayət daha sonra Ağdam 50 saylı texniki-peşə məktəbində təhsilini davam etdirir. 1988-1990-cı illərdə Sovet Ordusunda hərbi xidmətdə olmuşdur. 1991-ci il Ağdam rayonu Daxili İşlər Şöbəsinin post–patrul alayına daxil olur.

Döyüşlərdə iştirakı

redaktə

Vətənimizin cəsur övladı qaynar döyüşlərə girərdi. Şərəfli döyüş yolu keçən Hidəyət bu yolda çox yürüyə bilmədi. 23 dekabr 1991-ci il erməni işğalçıları Meşəli kəndinə hücum edərək ağılasığmaz vəhşiliklər törədirdilər. Boş evlərin birini özünə istehkam seçən cəsur polis çavuşu Hidayət qəfil sərrast atəşlərlə erməni quldurlarının xeyli qüvvəsini məhv etdi. Murdar erməni faşistləri evə od vurdular. Qorxunun nə olduğunu bilməyən Azərbaycan döyüşçüsü son nəfəsinə qədər vuruşdu və qəhrəmancasına həlak oldu.

Ailəsi

redaktə

Subay idi.

Milli Qəhrəman

redaktə

Azərbaycan Respublikası prezidentinin 8 oktyabr 1992-ci il tarixli 264 saylı fərmanı ilə Rüstəmov Hidayət Eldar oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adı verilmişdir.

Ağdam rayonunun Şəhidlər xiyabanında dəfn edilib.

Həmçinin bax

redaktə
  • Birinci Qarabağ müharibəsi
  • Erməni terrorizmi
  • Azərbaycanlıların Soyqırımı Günü

Mənbə

redaktə
  • Vüqar Əsgərov. "Azərbaycanın Milli Qəhrəmanları" (Yenidən işlənmiş II nəşr). Bakı: "Dərələyəz-M", 2010, səh. 245.

İstinadlar

redaktə
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Hidayət_Rüstəmov&oldid=7939089"
LOVE.AZ