I Am (azərb. Mənəm) – Cənubi Koreya qız qrupu "(G)I-dle" tərəfindən buraxılmış ilk minialbom. 2 may 2018-ci ildə rəqəmsal, 3 may 2018-ci ildə fiziki olaraq buraxılmışdır.[1] Əsas sinqlı "Latata" olan alboma 6 trek daxildir.
I Am | ||||
---|---|---|---|---|
![]() Rəqəmsal üzlük. | ||||
(G)I-dle tərəfindən ifa olunmuş minialbom | ||||
Növü | minialbom | |||
Yayımlanma tarixi | 2 may 2018 | |||
Janr | K-pop | |||
Müddət | 21:14 | |||
Dil |
|
|||
Leybl | Cube Entertainment | |||
(G)I-dle albomlarının xronologiyası | ||||
|
5 aprel 2018-ci ildə "Cube Entertainment" növbəti qız qrupununun adını – "(G)I-dle"ı açıqlamışdır.[2] Agentlik qrupun üzvlərini cütlüklə anons etmişdir: 8 apreldə Miyon və Uqi, 10 apreldə Şuhua və Sucin, 12 apreldə Soyon və Minni.[3] 18 apreldə qrupun 2 mayda buraxılacaq "I Am" minialbomu ilə debüt edəcəyi açıqlanmışdır.[4] 23–24 apreldə hər bir üzvü əks etdirən konsepsiya şəkilləri buraxılmışdır.[5][6]
26 apreldə minialboma daxil olan treklərin siyahısı və əsas sinql "Latata" açıqlanmışdır.[7] 29 apreldə minialbom üçün tizer buraxılmışdır.[8] 30 apreldə "Latata" üçün 6 fərdi musiqi tizeri buraxılmışdır.[9][10]
Soyon albomu təsvir edərkən "6 fərqli şəxsiyyəti ehtiva edən albom" ifadəsindən istifadə etmişdir: "Mən "Latata" mahnısını yazarkən hər bir üzvünü düşünərək yazmışam".[11]
"(G)I-dle" 2 mayda Blue Square iMarket Zalında "Latata" və "Maze" mahnılarını ifa etmişdir.[12] Qrup "Latata" mahnısını 3 mayda Mnet-in "M Countdown" verilişində tanıtmağa başlamışdır.[13] Qrup 22 mayda 2018-ci ildə SBS MTV-nin "The Show" verilişində ilk musiqi verilişi qalibiyyətini əldə etmişdir.[14]
Albom 9 may 2018-ci ildə "Billboard"un dünya albomları hit-paradında 5-ci yerə yüksəlmişdir.[15] 2018-ci ilin avqustuna qədər Amerikada 1000 nüsxəsi satılmışdır.[16] "I Am" "Billboard"un 2018-ci ilin ən yaxşı K-pop albomları siyahısında 11-ci yeri tutmuşdur.[17]
№ | Başlıq | Sözlər | Musiqi | Aranjiman | Müddət |
---|---|---|---|---|---|
1. | "Latata" | Soyon |
|
| 3:22 |
2. | "$$$" (달라 / Dalla (Dollar)) |
|
| Yun Çon Sun | 3:31 |
3. | "Maze" |
|
|
| 3:20 |
4. | "Don't Text Me" |
|
|
| 3:36 |
5. | "What's in Your House?" (알고 싶어 / Algo Shipeo) |
|
|
| 3:27 |
6. | "Hear Me" (들어줘요 / Deuleojwoyo) |
| Son Yon Çin | 3:56 | |
Ümumi müddət: | 21:14 |