. Love.az

I Presian Xan - Wikipedia - Love.az

Ana Səhifə - I Presian Xan

Presian xan (bolq. Кан Пресиян; bilinmir, Bolqarıstan – 852) — Bulqar xanı (836–852).

Presian xan
bolq. Кан Пресиян
Birinci Bulqar dövlətinin XVI imperatoru
836 – 852
ƏvvəlkiMalamir xan
SonrakıI Boris
Şəxsi məlumatlar
Doğum tarixi bilinmir
Doğum yeri
  • Bolqarıstan
Vəfat tarixi 852
Atası Zvinitsa
Uşağı I Boris
Dini Tenqriçilik
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

  • 1 Həyatı
    • 1.1 Bizansla münasibətlər
  • 2 Son illəri
  • 3 Toponimlər
  • 4 İstinadlar

Həyatı

redaktə

Presian xan övladsız, cavan yaşında ölən Malamir xanın qardaşı Zvinitsanın oğlu idi.[1] Kiçik olduğu üçün dövləti kovxan İsbul idarə edirdi.

Bizansla münasibətlər

redaktə

İmperator Feofilə qarşı 837-ci ildə Saloniki şəhərində üsyan başlamışdı. Xana kömək üçün müraciət edən imperator eyni zamanda gizli-gizli xanlıqdan əsir yunanları qaytarmağa başlamışdı. Buna qəzəblənən kovxan, hücuma keçərək Salonikinin özünü ələ keçirmişdi. Feofil serb knyazı Vlastimirin vassallığını tanıyaraq bulqarlar üçün yeni təhlükə mənbəyi yaratmağı planlaşdırırdı[2]. 3 il çəkən Serb-Bulqar müharibələri imperatorun ölümü bitdi.

Son illəri

redaktə

Presian 852-ci ildə vəfat etdi. Presian yazısı onun dövründə yazılmışdır.

Toponimlər

redaktə

Antarktikada Livinqston adasında Presian təpəsi mövcuddur.

İstinadlar

redaktə
  1. ↑ Jordan Andreev, Ivan Lazarov, Plamen Pavlov, Koj koj e v srednovekovna Bălgarija, Sofia 1999.
  2. ↑ L. Kovacevic & L. Jovanovic, Историjа српскога народа, Belgrade, 1894, Book 2, p. 38–39
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=I_Presian_xan&oldid=6905510"
LOVE.AZ