Küçələrə su səpmişəm | |
---|---|
Fayl:Küçələrə Su Səpmişəm (2004).JPG | |
Janr | dram |
Rejissor | Nicat Feyzullayev |
Ssenari müəllifləri | İsi Məlikzadə, Nicat Feyzullayev |
Baş rollarda |
Fuad Poladov-Xəlil Rasim Balayev-Bəhmən Mehriban Zəki-Teybə Əlabbas Qədirov-Çərkəz Amid Qasımov-Gənc Xəlil Elnur Kərimov-Gənc Bəhmən Vüqar Hacıyev-Tağı |
Operator | Kənan Məmmədov |
Bəstəkar | Rauf Əliyev |
Rəssamlar | Rafiz İsmayılov, Rafiq Nəsirov |
İstehsalçı | "Azərbaycanfilm" Kinostudiyası |
İlk baxış tarixi | 2 avqust 2004, Bakı |
Filmin növü | tammetrajlı bədii film |
Müddət | 80 dəq. |
Ölkə |
![]() |
Dil | Azərbaycan dili |
Texniki məlumatlar |
8 hissə 35 mm |
Rəng | rəngli |
Çəkiliş yeri |
Abşeron, Xırdalan qəsəbəsi Qəbələ, Savalan kəndi Qəbələ, Türyançay qoruğu Quba Bakı Bakı, Sulutəpə kəndi Abşeron, Masazır kəndi Bakı, Umbakı qəsəbəsi, qəbiristanlıqdakı Sofi Həmid piri Bakı, kinostudiyanın pavilyonu |
IMDb | ID1051834 |
Xəlil (Fuad Poladov) və Bəhmən (Rasim Balayev) əmioğludurlar. Tale elə gətirib ki, Xəlil heç bir günahı olmadan Bəhmənin yerinə uzun illər həbsxanada yatmışdır. Bu illər ərzində isə Bəhmən ali təhsilini başa vurmuş, həkim kimi professor mərtəbəsinə yüksəlmişdir. Xəlil isə həbsxanadan azad olunduqdan sonra doğma kəndində sadə bir həyat tərzi keçirir. Bəhmən uzun illər sonra təsadüfən kəndə gəlir və iki əmioğlu yenidən rastlaşır. Xəlil hər şeyi bir anlıq unudaraq Bəhməni çox yaxşı qarşılayır, hətta evinə qonaq gətirir. Lakin o Bəhmənin ova getmək istəyini biləndə bir anlıq hər şeyi xatırlayır və anlayır ki, ov tüfəngi ilə adam öldürən əmisi oğlu Bəhmənə bütün bunlar nəinki dərs olmamış, hətta vicdan, şərəf və s. xüsusiyyətlərini də artıq çoxdan itirmişdir.
Həyat mübarizədir. İnsan etdiyi bütün günahlara görə cəzasını özü çəkməlidir ki, bir daha bu səhvə yol verməsin. Filmin müəllifləri tamaşaçılara bunları çatdırmağa çalışmışlar.