. Love.az

Li Con Ce - Wikipedia - Love.az

Ana Səhifə - Li Con Ce

Li Conce (kor. 이정재; 15 dekabr 1972[1], Seul[2]) — Cənubi Koreya aktyoru və modeli.

Li Con Ce
kor. 이정재
Doğum tarixi 15 dekabr 1972(1972-12-15)[1] (52 yaş)
Doğum yeri
  • Seul, Cənubi Koreya[2]
Fəaliyyəti aktyor, kino aktyoru, televiziya aktyoru, kinorejissor
Fəaliyyət illəri 1993-cü ildən
Mükafatları Order of Cultural Merit, 1st class (Cənubi Koreya) — 2022
IMDb ID0497631
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Li Conce Dongguk Universitetində aktyorluq təhsili alıb. 1993-cü ildə model kimi fəaliyyətə başlayıb, sonra isə aktyorluq karyerasına başlayıb. O, müxtəlif janrlarda rol alıb: romantik film, melodram, komediya, döyüş filmi, triller, tarixi film.

2021-ci ildə Li Kalmar oyunu serialında rol aldı və bütün dünyada məşhurlaşdı. Buradakı roluna görə o, bir sıra mükafatlara namizəd olub. Bu seriyanın ikinci sezonu 2024-cü ilin dekabrında ekranlara çıxdı.

2022-ci ildə Linin rejissorluq etdiyi və onun da baş rolda oynadığı Ov filminin premyerası oldu[3].

İstinadlar

redaktə
  1. ↑ 1 2 이정재Lee Jung Jae 李政宰. Artist Company.
  2. ↑ 1 2 Freebase Data Dumps. Google.
  3. ↑ Лаврецкий, Никита. "Хоакин Феникс, Джеки Чан и Эзра Миллер в роли Дали: на кого стоит пойти в кино в мае". Daily Afisha. 2023-05-04. 2023-05-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-05-16.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Li_Con_Ce&oldid=8059544"
LOVE.AZ