Bu, tənha məqalədir, çünki hansısa məqalədən bu məqaləyə verilmiş keçid yoxdur. Lütfən, əlaqəli məqalələrdən bu səhifəyə keçid verməyə çalışın. (fevral 2023) |
Kamal Burkay (türk. Kemal Burkay; 1937[1][2], Mazgirt[d], Tuncəli ili) — Türkiyə yazıçısı və siyasətçisi.
Kamal Burkay | |
---|---|
![]() | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1937[1][2] |
Doğum yeri |
|
Təhsili |
|
Fəaliyyəti | siyasətçi, yazıçı, şair-vəkil[d], şair, vəkil |
![]() |
Kamal Burkay 1937-ci ildə Türkiyənin Tuncəli vilayətində, kürd mənşəli ailədə anadan olmuşdur. İbtidai təhsilini Tuncəlidə almış və 1960-cı ildə Ankara Universitetinin Hüquq fakültəsini bitirmişdir.[3]
Kamal Burkay 1965-ci ildə Türkiyə Fəhlə Partiyasına qoşulmuşdur. O, 1966-cı ildə dərc olunmuş məqaləyə görə həbs edilmişdir.[4] 1971-ci ildəki dövlət çevrilişindən sonra siyasi fəaliyyətlə məşğul olan kürdlərin çoxu həbs olunmuşdur.[5] Burkay bir il həbsdə qalmış və yeni həbs qərarı çıxdıqdan sonra 1972-ci ildə Almaniyaya qaçmışdır.[3] O, 1980-ci ildə Türkiyədə dövlət çevrilişi ərəfəsində ölkəni yenidən tərk edərək İsveçdə məskunlaşmışdır.[6] Jurnalist Oral Çalışlar 1993-cü ildə o zaman Kürdüstan Sosialist Partiyasının sədri olan Burkay və Abdullah Öcalandan 18 gün müsahibə almışdır. Müsahibə daha sonra "Cumhuriyet"də, daha sonra isə kitabça şəklində çap olunmuşdur. Kitabçanın nəşri qadağan olunduğu üçün Türkiyə siyasətində kifayət qədər mübahisələrə gətirib çıxarmışdır.[7] Burkay Kürdüstan Fəhlə Partiyasının (PKK) 17 mart 1993-cü ildə elan etdiyi atəşkəsi dəstəkləymişdi. O, 19 mart 1993-cü ildə Öcalanla gələcək əməkdaşlıq müqaviləsi imzalamışdır.[8] 2011-ci ildə Ədalət və İnkişaf Partiyası (AKP) hökumətinin danışıqlara getməsindən sonra İsveçdəki sürgündən qayıtmış[7] və 2012-ci ildə HAK-PAR partiyasının prezidenti seçilmişdir.[9][10]
Evlidir. 5 uşağı var.[6]