Kanserogenlər (lat. cancer, q.yun. γεννάω sözlərindən götürülmüş doğuş və xərçəng mənalarını verir) insan və ya heyvan orqanizminə təsir edərək bədxassəli şişlərin yaranma ehtimalını artıran ətraf mühit amilləridir. Bu amillər kimyəvi, fiziki (ionlaşdırıcı şüalanma, ultrabənövşəyi şüalar), bəzən də bioloji (onkogen viruslar, bəzi bakteriyalar) xarakterli ola bilirlər. Onkoloqlar təsdiqləmişdirlər ki, insanda rast gəlinən xərçəng formalarının 80–90%-i belə amillərin təsiri [1] nəticəsində əmələ gəlirlər. Ümumdünya Səhiyyə Təşkilatının mütəxəssisləri kanserogenlərin fiziki və ya kimyəvi xassələrinə görə, genetik aparatın somatik hüceyrələrinə nəzarəti həyata keçirən hissələrində dəyişikliklərə və zədələnmələrə səbəb ola bilən maddələrin olduğunu müəyyən etmişdirlər.[1]
Ümumdünya Səhiyyə Təşkilatının Xərçəng üzrə Beynəlxalq Tədqiqat Agentliyi kanserogen xüsusiyyətlərinə görə maddələri dörd qrupa ayırd etmişdirlər:[2]
Beynəlxalq Xərçəng Araşdırmaları Agentliyi Kaprolaktam adlanan [4] maddəni kanserogenliyi sübuta yetirilməyən yeganə maddə olduğunu qeyd etmişdir.[5] 2019-cu ilə qədər maddələr 4 qrupda təsnif olunmuşdurlar. Lakin, sonradan kanserogen olmayan maddələr qrupu siyahıdan çıxarıldı və Kaprolaktam 3-cü qrupa aid edildi.
Kimyəvi kanserogenlər arasında ən çox yayılanlar aşağıdakılardır:
Kimyəvi kanserogenlərin əksəriyyəti üzvi maddələrdir. Çox az sayda qeyri-üzvi birləşmələr bu qabiliyyətə malik olurlar. Millerin fikrincə, bütün kanserogenlər, bu və ya digər dərəcədə, nuklein turşularının azot əsaslarının nukleofil qrupları ilə, xüsusən də DNT ilə asanlıqla qarşılıqlı əlaqədə olan və onlarla güclü kovalent bağlar yaradan elektrofillərdir.[30] Kanserogenlərin mənfi təsirləri nuklein turşusunun kimyəvi modifikasiyasında özünü göstərir. Belə bir modifikasiyanın nəticələri düzgün transkripsiya və DNT replikasiyası proseslərinin qeyri-mümkünlüyündə özünü göstərir. Bunun səbəbi ona kovalent olaraq bağlanmış DNT əlavələrinin meydana gəlməsidir. Məsələn, nukleotidləri kanserogenlə əlaqəli olan, dəyişdirilmiş DNT-nin replikasiyası zamanı DNT polimeraza tərəfindən səhv oxuna bilir və nəticədə mutasiyalar baş verir. Genomda çoxlu sayda mutasiyaların toplanması, normal hüceyrənin kanserogenezin əsasını təşkil edən şiş hüceyrəsinə çevrilməsinə gətirib çıxarır.
Kimyəvi kanserogenləri iki böyük qrupa bölmək olar:
Genotoksik kanserogenlər kimyəvi birləşmələrdir, DNT komponentləri ilə qarşılıqlı əlaqədə olduqda hüceyrə genomunun zədələnməsinə və mutasiyaya səbəb olurlar. Mutasiyalar, öz növbəsində, hüceyrə transformasiya proseslərinə, yəni şiş hüceyrələrinin meydana gəlməsinə səbəb olurlar.
Qeyri-genotoksik kanserogenlər yalnız yüksək konsentrasiyalarda, çox uzun və demək olar ki, davamlı məruz qalma ilə genomun zədələnməsinə səbəb ola bilən kimyəvi maddələrdir. Onlar nəzarətsiz hüceyrə proliferasiyasına səbəb olur, apoptozu maneə törədir və hüceyrələr arasında qarşılıqlı əlaqəni pozurlar (hüceyrə yapışması). Qeyri-genotoksik kanserogenlərin əksəriyyəti kanserogenezin təşviqatçılarıdır, məsələn: orqanik xlor pestisidləri, hormonlar, lifli materiallar, asbest və s.
Fəaliyyət üsuluna görə genotoksik kanserogenlər aşağıdakı növlərə bölünürlər:
Ən məşhur fiziki kanserogen ionlaşdırıcı radiasiya (α, β, γ radiasiya, rentgen şüaları, neytron şüaları, proton radiasiyası, klaster radioaktivliyi, ion axını, parçalanma fraqmentləri) hesab olunur. Lakin bu şüalardan xərçəngin müalicəsində də istifadə olunur. Ultrabənövşəyi şüalanma dəri tərəfindən tamamilə udulur və buna görə də yalnız dəri xərçənginə (melanoma daxil olmaqla) və bəzi bədxassəli göz şişlərinə səbəb ola bilər. Bundan əlavə, bədənə sərbəst nüfuz edən ionlaşdırıcı şüalanma bədənin istənilən toxuma və orqanlarının radiogen şişlərinə (yüksək həssaslığa görə hematopoetik), sümük toxumasının bədxassəli yenitörəmələrinə, osteogen sarkomaya və Yuing sarkomasına səbəb ola bilir. Sümük toxumasının bədxassəli yenitörəmələri kimyəvi cəhətdən kalsiuma bənzəyən, stronsium-90 və radium-226 kimi bir sıra qələvi torpaq metallarına aid olan radionuklidlərdən əmələ gəlirlər.
İonlaşdırıcı radiasiyaya məruz qalma demək olar ki, bütün növ bədxassəli neoplazmalara səbəb olur. Bu cür istisnalara misal olaraq viruslar, prostat vəzi xərçəngi, uşaqlıq boynu xərçəngi, limfositar leykemiya səbəb olduğu limfoqranulomatoz və digər limfomaları göstərmək olar. Bəzi şişlər osteosarkoma kimi əsasən radiogen etiologiyaya malikdir.
Kanserogenezdə bioloji faktorların rolu kimyəvi və fiziki amillərin rolu qədər böyük olmasa da, bəzi bədxassəli şişlərin yaranmasına səbəb olurlar.[1] Beləliklə, Asiya və Afrikada ilkin hepatosellular xərçəngi hallarının 25% -ə qədəri hepatit B virusu ilə yoluxma ilə əlaqədardır. Hər il təxminən 300.000 uşaqlıq boynu xərçəngi və penis xərçənginin əhəmiyyətli bir hissəsi cinsi yolla ötürülən papillomaviruslarla əlaqələndirilir. Hodgkin lenfoma hallarının təxminən 30–50% -i Epstein-Barr virusu ilə insan orqanizminə daxil olur.[36]
1990-cı illərdə mədə xərçənginin əksər növlərinin Helikobakter pulori bakteriyası ilə yoluxma nəticəsində əmələ gəldiyi irəli sürülmüşdür.