Karel Vasak (çex. Karel Vašák; d. 26 iyun 1929, Çexoslovakiya – ö. 1 may 2015, Strasburq, Fransa) — çex-fransız professor, beynəlxalq hüquq üzrə mütəxəssis.[5][6]
Karel Vasak | |
---|---|
çex. Karel Vašák | |
Doğum tarixi | 26 iyun 1929(1929-06-26)[1][2] |
Doğum yeri | |
Vəfat tarixi | 1 may 2015(2015-05-01)[3][2] (85 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Fəaliyyəti | diplomat, universitet müəllimi[d], hüquqşünas |
![]() |
Vasak Çexoslovakiyada anadan olmuş, daha sonra hüquq oxumaq üçün Fransaya köçmüşdür. 1948-ci ilin fevralında Praqada kommunistlərin çevrilişindən sonra orada qalmağa qərar vermişdir. O, Fransa vətəndaşlığını əldə etmiş və Avropa Şurasında müxtəlif vəzifələrdə çalışmışdır.
1969-cu ildə Vasak Strasburqda Beynəlxalq İnsan Hüquqları İnstitutunun ilk baş katibi vəzifəsinə təyin edilmiş, 1980-ci ilə qədər bu vəzifədə fəaliyyət göstərmişdir. O, İnsan hüquqları və sülh Şöbəsinin müdiri,[7] sonra YUNESKO-nun və Ümumdünya Turizm Təşkilatının hüquq məsləhətçisi vəzifələrində çalışmışdır.
Professor 1979-cu ildə Fransız İnqilabının ideallarından ilhamlanaraq[8] məşhur "insan hüquqlarının üç nəsli" konsepsiyasını irəli sürmüşdür.[9]
Vasak 1982-ci ildə İnsan Hüquqlarının Beynəlxalq Ölçüləri (ISBN 0-313-23394-2) adlı kitabın redaktoru olmuşdur.
Karel Vasak 1 may 2015-ci ildə vəfat etmişdir.