Kişi sözü — rejissor Cahangir Mehdiyevin filmi.[1]
Kişi sözü | |
---|---|
Janr |
dram komediya musiqili məhəbbət |
Rejissor | Cahangir Mehdiyev |
Ssenari müəllifi | İsi Məlikzadə |
Baş rollarda |
Əjdər Həmidov — Qasım Muxtar Avşarov — Ələmdar Cəvahir Bayramova — Nübar Tələt Rəhmanov — Bayandur Əfrasiyab Məmmədov — Nəbi Cahangir Mehdiyev — Niyaz Sənubər İsgəndərli — Solmaz |
Operatorlar |
Eduard Qalakçiyev Fikrət Əsgərov |
Bəstəkar | Vasif Adıgözəlov |
Rəssam | Fikrət Əhədov |
İstehsalçı | Azərbaycanfilm |
İlk baxış tarixi | 31 may 1988 |
Filmin növü | Tammetrajlı bədii film |
Müddət | 71 dəq. |
Ölkə |
![]() |
Dil | Azərbaycanca |
Texniki məlumatlar |
8 hissə 2065 metr genişekranlı 35 mm "Svema" kinolenti (Şostka kimya kombinatı) |
Rəng | Rəngli |
IMDb | ID0299050 |
Ömrü kişi kimi yaşamaq, öz sözünün ağası olmaq asandırmı? Adam həyatda öz yerini necə tapmalıdır? Film bu suallara cavab verir. Müasir Azərbaycan kəndindən bəhs edən kinolentdə namus, ləyaqət və şan-şöhrət kimi məsələlərə toxunulur.
Hər bir valideyn üçün cəmiyyətdə yerini tapan, öz mənliyini təsdiq edən övlad böyütmək əsl səadətdir. Lakin həyatın özünəməxsus qanunları var. Məhz buna görə bəzən həyat hər kəsin arzuladığı kimi olmur. Filmin qəhrəmanı Qasım (Əjdər Həmidov) üçün də həyat sınaq məktəbinə çevrilir...