. Love.az

Kinkan - Wikipedia - Love.az

Ana Səhifə - Kinkan

Kinkan (lat. Fortunella) — sədokimilər fəsiləsinə aid bitki cinsi. Kinkan çox zaman Kumkvat da adlandırılır. Vətəni cənub-şərqi Çin və Hindçindir.

Mündəricat

  • 1 Etimologiya
  • 2 Təsviri
    • 2.1 Meyvə
  • 3 Becərməsi və istehlakı
  • 4 Növləri
    • 4.1 Hibridlər
  • 5 İstinadlar

Etimologiya

redaktə

Azərbaycan dilindəki kinkan sözü bu meyvənin yapon dilindəki adından gəlir (yap. キンカン; 金柑). Bu ad yapon kinkanı növü ilə bağlıdır və kinkan cinsinə yapon dilində həmçinin "kinkitsu" (yap. キンキツ; 金橘), yəni qızıl portağal deyilir. Bu ad yapon dilinə Çin dillərindən gəlib (çin. 金桔). Bir sıra dil (məs. ing. kumquats/cumquats və rus. кумкват) "kumkvat" sözünü həmin Çin herogiflərinin Kanton dilindəki oxunuşdan alıb (金 - gām 桔 - gwāt, yəni qızı portağal).[1][2]

Təsviri

redaktə

Meyvə

redaktə
 
Kinkan meyvələri

Ölçüsünə görə sitrus meyvələrinin ən xırda meyvəlisidir. Portağala oxşayır, lakin diametri 2-3 sm, uzunluğu isə 2,5-4 sm-dir. Bir meyvənin kütləsi 12-15 qr olur. Forması yumru və ya ovaldır. Qabığı nazik, narıncı və ya qırmızı-narıncıdır. Ətirli, şirin və xoşagələn dadlıdır. Dadına görə portağalı xatırladır. Ən çox yayılmış sortlarından Naqami və Meiva göstərilə bilər.

Tərkibində 14,5% karbohidrat, o cümlədən 10,8% şəkər, 0,7% zülal, 0,3% yağ, 2,7% üzvi turşu, 0,6% minerallı maddə (o cümlədən 188 mq% kalium, 0,6 mq% dəmir), 38 mq% C vitamini, 0,09 mq% B1, 0,08 mq% B2, 0,21 mq% β-karotin vardır. 100 qr-ı 65 kkal və ya 272 kCoul enerji verir.[3]

Becərməsi və istehlakı

redaktə
 
Yunanıstanın Kerkira adasından kinkan likörları

Kinkan bitkisinin mənşəyi Cənubi Çindən gəlir.[4][5] Onu qeyd edən, aşkar olunmuş, ən qədim Çin mənbələri XII əsrə aiddir.[6] O, əsrlər boyu Şərqi, Cənubi və Cənub-Şərqi Asiyada becərilir.[7] Avropaya kinkan ilk dəfə London Bağbançılıq Cəmiyyəti üçün Robert Fortyun tərəfindən 1846-cı ildə gətirilmişdi.[8]

Növləri

redaktə
Kinkan növləri
Şəkil Elmi adı Ümumi adı Mənşəyi
  Citrus hindsii Honq Konq kinkanı Çin
  Citrus crassifolia Meiva kinkanı Çin, Yaponiya
  Citrus margarita oval kinkan, Naqami kinkanı Yaponiya
  Citrus japonica yumuru kinkan, Marumi kinkanı, Morqani kinkanı Çin, Yaponiya
  Citrus obovata Szyansu kinkanı, Fukuşu kinkanı Çin, Yaponiya
  Citrus swinglei Malay kinkan Malay yarımadası

Hibridlər

redaktə
  • Kalamansi (naringi x kinkan)
  • Laymkvat (laym x kinkan)
  • Oranjekvat (yapon mandarini x kinkan)
  • Sitrumkvat (üçyarpaq ponsirus x kinkan)

İstinadlar

redaktə
  1. ↑ Сокольский И., Замятина Н. «Золотые плоды» / Кумкват или фортунелла? Arxivləşdirilib 2016-08-04 at the Wayback Machine, Статья в научно-популярном журнале «Наука и жизнь», № 2, 2009 г., ISSN 0028-1263, с. 126—134. С. 128.
  2. ↑ "Kumquat". Online Etymology Dictionary, Douglas Harper. 2020. 2020-06-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-06-20.
  3. ↑ "Əhmədov Ə-C.İ., Əliyev N.T. Meyvə və tərəvəzin əmtəəşünaslığı. Ali məktəb tələbələri üçün dərslik. Bakı, ADIU-nin nəşriyyatı, 2009" (PDF). 2022-03-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2011-06-21.
  4. ↑ Julia F Morton. "Kumquat, Fortunella sp. Swingle; In: Fruits of Warm Climates, Miami, FL". NewCROP, New Crop Resource Online Program, Center for New Crops and Plant Products, Purdue University. 1987. 182–185. 26 February 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 January 2020.
  5. ↑ Citrofortunella microcarpa.pl?313479 Kinkan: GRIN saytında informasiya
  6. ↑ "Kumquat (Citrus japonica)" (PDF). Florida Gulf Coast University (ingilis). Florida. 2015. 2023-05-12 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-07-07.
  7. ↑ Experts from Dole Food Company; Experts from The Mayo Clinic; Experts from UCLA Center for H. Encyclopedia of Foods: A Guide to Healthy Nutrition. Elsevier. 2002. səh. 182. ISBN 9780080530871. 2023-09-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-07-07.
  8. ↑ "Robert Fortune". The Royal Parks. 29 April 2019. 19 May 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 May 2023.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Kinkan&oldid=8077919"
LOVE.AZ