Kiyevə hücum - Rusiyanın Ukraynanı istila etməsi kampaniyası çərcivəsində Rusiya Silahlı Qüvvələrinin Belarus üzərindən Kiyev vilayətinin və Ukraynanın paytaxt şəhəri Kiyevə doğru irəliləməsi əməliyyatı.[2][3] Rusiyanın əsas məqsədi Kiyev şəhərinə tam nəzarəti ələ keçirməkdir.
Rus-Ukrayna müharibəsi | |||
---|---|---|---|
Kiyev döyüşü (2022), Rusiyanın Ukraynanı istila etməsi | |||
![]() Rus ordusunun Belarusla sərhəddən Kiyev şəhərinə doğru irəliləməsi. | |||
Tarix | 24 fevral, 2022 - 4 aprel, 2022 | ||
Yeri | Kiyev şəhəri və Kiyev vilayəti | ||
Nəticəsi | Ukraynanın qələbəsi[1] | ||
Münaqişə tərəfləri | |||
|
|||
Tərəflərin qüvvəsi | |||
|
|||
|
|||
![]() |
Fevralın 24-də səhər tezdən Rusiya Silahlı Qüvvələri Kiyev vilayətindəki hədəflərə, o cümlədən Kiyevin əsas hava limanı olan Borispol Beynəlxalq Hava Limanına artilleriya və raket zərbələri endirməyə başlayıb.[3][4][5] Ümumi hücum əməliyyatından bir necə saat əvvəl ölkənin şimalında, Belarusla sərhəddə cəmlənmiş rus qoşunları qəfildən sərhəddi keçərək Kiyev vilayətinə daxil olublar. Tərəflər arasındakı ilk böyük toqquşma Çernobıl Atom Elektrik Stansiyasının inzibati ərazisində baş verib və bir necə saatlıq döyüşdən sonra AES, rus tərəfinin nəzarətinə keçib.[6]
Axşama yaxın rus paraşütçüləri Qostomel hava limanına eniş edərək hava limanını ələ keçirməyə cəhd ediblər. İlk başlarda hava limanı ələ keçirilsə də, sonradan tərəflər arasında gərgin döyüşlər baş verib.[7] Ukrayna rəsmilərinin bildirdiyinə görə, rus paraşütçülərin növbəti hücumu dəf edilib.[8] Hava limanı üzərində döyüşlərin getdiyi bir vaxtda, bir digər paraşütçü dəstə Kiyev su anbarı və ətrafına eniş edərək su anbarı uğrunda gərgin döyüş əməliyyatlarına başlayıblar.[9]
24 fevralın gecəsi Ukrayna prezidenti Vladimir Zelenski bəyan edib ki, təxribatçı qruplar Kiyevə doğru irəliləyir.[10][11] Həmin gecə Amerika Birləşmiş Ştatların Müdafiə Naziri Lloyd Ostin konqresmenlərlə söhbəti zamanı bildirib ki, bəzi rus mexanikləşdirilmiş piyada birlikləri Kiyevdən 20 mil (32 km) məsafədədirlər.[10]
Fevralın 25-də səhər saatlarında Rusiya Hərbi Hava Qüvvələrinə aid qırıcılar Kiyevin mərkəzini bombardman etməyə başlayıblar.[12] Səhər saat 09:00-da Ukrayna qüvvələri ilk Rusiya Hərbi Hava Qüvvələrinə məxsus qırıcını vurmağa nail olublar və həmin qırıcı Kiyev şəhərində yerləşən yaşayış komplekslərindən birinə çırpılıb.[13] Saat 06:47-də (GMT+2) Ukrayna ordusunun bölməsi İvankov yaxınlığında Teteriv çayı üzərindəki körpünü partladıb, sözügedən partlayış Çernobıl istiqamətindən irəliləyən rus tank kalonunun hərəkətini dayandırıb.[14][15]
Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı daha sonra bildirib ki, Ukrayna hava desant-hücum polkunun əsgərləri İvankov və Daymerdə ruslarla döyüşə giriblər.[13][16] Həmin günün səhər saatlarında Ukrayna ordusuna məxsus hərbi paltarlar geyinmiş rus diversantları Obolon rayonuna daxil olublar.[17][18] Rus diversantların görüldüyü ərazi Kiyevin şimal hissəsində, Ukrayna Ali Radasının binasından cəmi 9.7 km məsafədə yerləşməkdədir.[19] Ukrayna tərəfi Obolon rayonundan etibarən baş verən döyüşləri Kiyev şəhəri uğrunda aparılan döyüşlər kimi qəbul edir və Müdafiə Nazirliyinin verdiyi məlumata görə gün ərzində şəhər uğrunda rus qüvvələri ilə bir necə toqquşma qeydə alınıb.[18][19]
Bəzi rus əsgərləri İvankovda Ukrayna müdafiəsini yarmağa müvəffəq olublar, ancaq şiddətli döyüşlər gün boyu davam edib. Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, xüsusi əməliyyatla Qostomel Hava Limanını ələ keçirə biliblər və beləliklə də, Rusiya Hərbi Hava Qüvvələrinin təyyarələri üçün Kiyevdən cəmi 10 kiloemtr məsafədə xüsusi əhəmiyyətli eniş-qalxış zolağı yaranıb.[20] Günün irəliləyən saatlarında Qostomel Hava Limanından cənubda yerləşən İrpin şəhərindəki bir körpü üzərində baş verən döyüş zamanı rus qüvvələrinə məxsus hərbi kolon məhv edilib.[21]
Ukrayna prezidenti Vladimir Zelenski vətəndaşları Molotov kokteyli ilə mübarizə aparmağa çağırıb.[22][23] Paytaxtın müdafiəsi üçün ehtiyatda olan Ərazi Müdafiə Qoşunları hazır vəziyyətə gətirilib. Döyüşmək qabilyyətində olan 18.000 nəfərə yaxın Kiyev sakininə silah paylanılıb.[24]
Fevralın 26-da səhər tezdən rus paraşütçüləri Vasilkov aviabazasını ələ keçirmək üçün Kiyevdən bir qədər cənubda yerləşən Vasilkov şəhərinə eniş etməyə başlayıblar. Enişdən az sonra şəhərə nəzarət uğrunda şiddətli döyüşlər başlayıb.[25] Ukrayna Silahlı Qüvvələrinin iddiasına görə Ukrayna HHQ-yə məxsus Su-27 qırıcıları Vasilkov səmasında paraşütçüləri daşıyan Rusiyaya məxsus İlyuşin İL-76 təyyarəsini zərərsizləşdiriblər.[26][27]
Təxminən saat 03:20 radələrində Ukrayna Dövlət Xüsusi Rabitə Agentliyi Bila Tserkva üzərində ikinci İlyuşin İL-76 təyyarəsinin vurulduğunu elan edib.[28]
Ukraynanın hava hücumundan müdafiə sistemlərinin cəhdlərinə baxmayaraq, rus paraşütçüləri Kiyevin cənubunda yerləşən Vasilkova eniş etməyi bacardılar və şəhər istiqamətində hərəkət edən Rus ordusu ilə təmasa keçdilər. Səhər 7:30-da Ukrayna Silahlı Qüvvələrinin yaydığı məlumata görə düşmənin növbəti paraşütçü dəstələrinin eniş cəhdlərinin qarşısı uğurla dəf edilib.[29]
Rus ordusu səhər saatlarından etibarən şəhər mərkəzini ələ keçirmək məqsədilə hücuma başlayıb. Şəhər ağır artilleriya atəşi ilə bombalandıqdan sonra mərkəzi elektrik stansiyasının və şəhər daxilindəki ordu bazasının ələ keçirilməsinə cəhd edilib. Ukrayna Silahlı Qüvvələri hər iki əməliyyatın qarşısını ala biliblər.[30][31]
Vasilkivin meri Natalya Balasinoviç bildirib ki, meri olduğu şəhər Ukrayna qüvvələri tərəfindən uğurla müdafiə olunub və döyüşlər başa çatıb.[32] Günortaya yaxın Kiyev vilayətinə daxil olan Vışqorod şəhərin şimalında yerləşən Kiyev Su Elektrik Stansiyası rus qoşunları tərəfindən ələ keçirilib.[33][34] Su Elektrik Stansiyası uğrunda davam edən bir necə saatlıq gərgin döyüşdən sonra stansiya Ukrayna qüvvələri tərəfində geri alınıb.[35] İddialara görə, Ukrayna hava hücumundan müdafiə qüvvələri də Kiyev Su Elektrik Stansiyasına doğru atılmış bir roketi havada zərərsizləşdirib.
İnterfaks xəbər verir ki, Kiyev Su Elektrik Stansiyasının mərkəzi bəndi sıradan çıxsa, baş verə biləcək daşqınlar Kiyevin bütün sol sahilini su altında qoya bilər.[36]
27 fevralın ilk saatlarında Rusiya Qüvvələri tərəfindən atılan raket Vasilkovda yerləşən neft tankerini partladıb. Eyni zamanda, Kiyevin şimal-şərqindəki Kalynivka ətrafında şiddətli gecə döyüşləri baş verib.[37] Kiyev yaxınlığındakı radioaktiv tullantıların utilizasiyası sahəsi də hava hücumlarına məruz qalıb, lakin anbar sahəsinin özü zərbədən xilas olub.[38]
Kalynivkada döyüşlərin baş verdiyi barədə məlumatlar var; lakin hər ikisinin eyni adı daşıdığı üçün bunun Kiyevə, yoxsa Vasilkivana aid olduğu məlum deyil.[37] Günün səhər saatlarında Ukrayna Silahlı Qüvvələri, Qostomel yaxınlığında 56 tankdan ibarət Kadırovtsı karvanını məhv etdiyini və çeçen generalı Maqomed Tuşayevi öldürdüyünü açıqlayıb.[39][40]