. Love.az

Kondaxsaz - Wikipedia - Love.az

Ana Səhifə - Kondaxsaz

Kondaksaz — İrəvan quberniyasının Aleksandropol qəzasında, indiki Alagöz (Araqadz) rayonunda kənd.[3]

Kondaxsaz
40°42′ şm. e. 44°18′ ş. u.HGYO
Ölkə
  •  Ermənistan
Tarixi və coğrafiyası
Əsası qoyulub 1830[1]
Mərkəzin hündürlüyü 2.050 m
Saat qurşağı
  • UTC+04:00
Əhalisi
Əhalisi
  • 531 nəf. (2011)[2]
Rəsmi dili
  • erməni dili
Xəritəni göstər/gizlə
Kondaxsaz xəritədə
Kondaxsaz
Kondaxsaz
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Tarixi

redaktə

Rayon mərkəzindən 11 km məsafədə, Abaran çayının sahilində yerləşir. Alagöz (Araqadz) rayonu təşkil edilənədək (15 mart 1972-ci ilə kimi) Abaran rayonunun tərkibində olmuşdur.

Erməni mənbələrində Qondaksaz[4], Qondaxsaz[5] formalarında, Qafqazın 5 verstlik xəritəsində Kondaxsaz kimi[6] qeyd edilmişdir.

Toponim türk dilində "silah qundağı" mənasında işlənən kondak sözü ilə[7][8] türk dilində "bataqlıq, torpaq (qrunt) suların çıxdığı yerin bataqlaşmış sahəsi, gil" mənalarında işlənən saz sözünün[9][10] birləşməsindən əmələ gəlmişdir. Türk dilində kondak sözü "yanan kükürd qutusu və yanğın vaxtı açılan qov" (rus. пачка из горючей cepы и тpyбa, кoтopyю пeдбpacывaют пpи пoджочах)[8], "həyətə və ya pilləkən altına atılan yandırıcı maddələr toplusu"[11] mənasında da işlənir.

Relyef əsasında yaranan mürəkkəb quruluşlu toponimdir.

Erm. SSR AS RH-nin 25. I. 1978-ci il fərmanı ilə adı dəyişdirilib Rya təzə (Təzə həyat) qoyulmuşdur.

Əhalisi

redaktə

İstinadlar

redaktə
  1. ↑ https://www.cadastre.am/storage/files/pages/pg_8945925618_pg_907871769_HH_bnak._bar..pdf.
  2. ↑ Հայաստանի 2011 թ. մարդահամարի արդյունքները (erm.).
  3. ↑ İbrahim Bayramov, "Qərbi Azərbaycanın türk mənşəli toponimləri" Arxivləşdirilib 2015-07-21 at the Wayback Machine, Bakı, "Elm", 2002.
  4. ↑ erm. Խորհրդային Հայաստանի բնակչությունը վերջին հարյուրամյակում (1831–1931) Arxivləşdirilib 2020-09-24 at the Wayback Machine. Հեղինակ: Զավեն Կորկոտյան. Յերեվան: Մելքոնյան ֆոնդի հրատ, 1932.; rus. Население Советской Армении за последние сто лет (1831–1931) Arxivləşdirilib 2016-02-29 at the Wayback Machine. Автор: Завен Коркотян. Ереван: Издательство "Мелконян фонд", 1932.; azərb. Son yüzildə Sovet Ermənistanının əhalisi (1831–1931). Müəllif: Zaven Korkotyan. İrəvan: "Melkonyan fond" nəşriyyatı, 1932. s.4
  5. ↑ Ermənistan SSR. İnzibati ərazi bölgüsü, (erməni dilində). İrəvan, "Ayastan", 1976. s.28
  6. ↑ Д. Д. Пагиревь. Алфавитный указатель кь пятиверстной картѣ Кавказскaго края, изданiя Кавказскaго Военно–Топографическaго Отдѣла. Записки Кавказскаго отдѣла Императорскаго Русскаго Географическаго общества. Книжка XXX. Тифлись: Типографія К. П. Козловскаго, 1913. s.140
  7. ↑ Будагов Л.З. Сравнительный словарь турецкотатарских наречий, т, II, СПб, 1871. II, s.95
  8. ↑ 1 2 Радлов В.В. Опыт словарья тюркских наречий, т. II, ч.1, СПб, 1899. s.544
  9. ↑ Радлов В.В. Опыт словарья тюркских наречий, т. IV, ч.1, СПб, 1911. s.397
  10. ↑ Мурзаев Э.М. Словарь народных географических терминов, М., "Мысль", 1984. s.491
  11. ↑ Будагов Л.З. Сравнительный словарь турецкотатарских наречий, т, II, СПб, 1871. II, s. 95
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Kondaxsaz&oldid=7259221"
LOVE.AZ