Adaçayı (lat. Salvia) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi.
Adaçayı | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
![]() | ||||||||||
Elmi təsnifat | ||||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Yarımfəsilə: Triba: Cins: Adaçayı |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
Sürvə çiçək qruplarında toplanan efir yağlarına görə becərilir. Onun çiçək qruplarında 0,11–0,3 % efir yağı vardır. Bu yağların tərkibinə linalilasetat (58–70 %), linalol (10–15 %) və başqa maddələr daxildir. Sürvə yağı və ondan hazırlanan məhsullar ətriyyat kosmetika sənayesində, qida və əczaçılıq sənayesində istifadə edilir. Sürvənin meyvələrində 31 %-ə qədər quruyan yağ vardır. İstehsal tullantılarından qiymətli ətir tənzimləyicisi – sklyarol alınır. Sürvə bitkisi gözəl bal verən bitkidir.
Sürvə elə də çox qədimdən becərilən bitki deyildir. O birinci dəfə 1909-cu ildə Fransada mədəniləşdirilmişdir. MDB ölkələrində 1929-cu ildən becərilir. Hazırda sürvə ən çox Moldovada, Qırğızıstanda, Krasnodar vilayətində Krımda və s. becərilir. Onun əkin sahəsi 13 min hektara yaxındır. Çiçək məhsuldarlığı hektardan 30–40 sentnerdir.