Leonid Bretanitski (rus. Леонид Семёнович Бретаницкий, 23 iyul (5 avqust) 1914, Odessa, Xerson quberniyası – 27 iyun 1979) — sovet sənətşünası, Yaxın və Orta Şərq üzrə memarlıq və incəsənət tədqiqatçısı, Azərbaycan SSR EA Memarlıq və İncəsənət İnstitutunun baş elmi işçisi, sənətşünaslıq doktoru.[1] O, sovet incəsənət tarixinin görkəmli nümayəndələrindən biri hesab edilir.[2]
Leonid Bretanski | |
---|---|
Doğum tarixi | 23 iyul (5 avqust) 1914 |
Doğum yeri |
|
Vəfat tarixi | 27 iyun 1979(1979-06-27) (64 yaşında) |
Atası | Semyon Bretanitski |
Elm sahələri | memarlıq, sənətşünaslıq |
Elmi dərəcəsi | |
İş yerləri | Azərbaycan SSR Elmlər Akademiyasının Memarlıq və İncəsənət İnstitutu |
Alma-mater |
Azərbaycan Dövlət Politexnik İnstitutu; Leninqrad Rəssamlıq, Heykəltəraşlıq və Memarlıq İnstitutu |
Elmi rəhbəri | Nikolay Baklanov |
Leonid Bretanitski 23 iyul 1914-cü ildə Odessada[2] musiqiçi, skripkaçı[2] və sonradan Bakı Konservatoriyasının professoru olmuş Semyon Bretanitskinin ailəsində anadan olmuşdur. 1938-ci ildə Bretanitski Azərbaycan Dövlət Politexnik İnstitutunun memarlıq fakültəsini bitirmişdir.[1]
Azərbaycanın memarlıq abidələri gənc Bretanitskidə Şərq memarlığına qarşı böyük bir maraq hissi oyatmış, bunun sayəsində Leonid Semenoviç Leninqraddakı Rəssamlıq, Heykəltəraşlıq və Memarlıq İnstitutunun aspiranturasına daxil olaraq burada professor Nikolay Baklanovun rəhbərliyi altında təhsil almışdır. Bu dövrdə Bretanitski Dövlət Ermitaj Muzeyinin Şərq şöbəsi ilə əməkdaşlıq etmişdir. Məhz bu dövrdə onun elmi baxışları formalaşmışdır.[1]
Müharibədən sonrakı ilk illərdə Bretanitski Bakı buxtasının dibindən tapılmış istehkamlar və Qarabağlar türbəsi kimi tikililər haqqında bir sıra elmi əsərlər dərc etdirmişdir. Bretanitski həmçinin də, Mərkəzi Asiyanın memarlıq abidələrini də tədqiq etmiş, Tacikistan arxeoloji ekspedisiyasının işində iştirak etmişdir. 1949-cu ildə birinci dəfə olaraq Bretanitski Şərq ölkələrinin memarlığında mövcud olmuş olan memarlıq məktəblərini ayrı-ayrılıqda müəyyən etmişdir.[1]
1951-ci ildən etibarən Leonid Bretanitski Azərbaycan SSR Elmlər Akademiyasının Memarlıq və İncəsənət İnstitutunda Azərbaycan memarlığı abidələrinin bərpasının elmi problemləri laboratoriyasına rəhbərlik etmişdir.[2]
Leonid Semenoviç Bretanitski 27 iyun 1979-cu ildə vəfat etmişdir.[1]