. Love.az

Melikovlar - Wikipedia - Love.az

Ana Səhifə - Melikovlar
Bu məqaləni vikiləşdirmək lazımdır.
Lütfən, məqaləni ümumvikipediya və redaktə qaydalarına uyğun şəkildə tərtib edin.
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var.
Lütfən, məqaləyə etibarlı mənbələr əlavə edərək onu təkmilləşdirməyə kömək edin. Mənbəsiz məzmun problemlər yarada və silinə bilər. Problemlər həll edilməmiş şablonu məqalədən çıxarmayın. Daha ətraflı məlumat və ya məqalədəki problemlərlə bağlı müzakirə aparmaq üçün məqalənin müzakirə səhifəsinə diqqət yetirə bilərsiniz.

Məlikovlar — Azərbaycan xalqının tanınmış soylarından biri.

Məlikovlar
Əcdadı Məlik Rəhim bəy
Qohum soylar Adıgözəlovlar, Vəliyevlər
Mənşəyi Zərdab, Şirvan
Təbəəliyi Şirvan xanlığı, Rusiya İmperiyası Rusiya imperiyası
Torpaqları Zərdab

Mündəricat

  • 1 Soyadın tarixi
  • 2 Soyun tanınmış nümarəndələri
  • 3 Mənbə
  • 4 Həmçinin bax

Soyadın tarixi

redaktə

Bu soyun ulu babası Məlik Rəhim bəydir. Məlik Rəhim bəy, Məlik Mahmud bəy, Məlik Fətəli bəy, Məlik Niftalı bəy Qarasubasar mahalının Zərdab kəndinin yiyəsi idilər.

E.Həsənovun kitabında H.Zərdabinin nəsil şəcərəsi və həyatı ilə bağlı yeni faktlar kifayət qədər çoxdur. Onlardan biri də Məlik Rəhim bəyin övladlarının sayıdır. Müəllif yazır ki, "mənbələrdə Məlik Rəhim bəyin yanız Səlim bəy adlı oğlu olduğu bildirilsə də, apardığımız araşdırmalar deməyə əsas verir ki, Məlik Rəhim bəyin Səlim bəydən başqa Hidayət bəy, Əsəd bəy, Qasım bəy adlı oğulları, Tubu və Ayna adlı qızları olmuşdur". Deməli, H.Zərdabinin 3 əmisi və 2 bibisi varmış.[1]

Soyun tanınmış nümarəndələri

redaktə
  • Səlim bəy Məlikov — Həsən bəy Zərdabinin atası, uzun müddət çar ordusunda praporşik rübəsində qulluq edib.
  • Həsən bəy Zərdabi (1837–1907) — Azərbaycan jurnalisti, pedaqoqu, maarifçisi və naşiri, islam dünyasının ilk təbiətşünas alimi.
  • Rəhim bəy Məlikov (1886–1936) — Azərbaycanın ilk fizika alimi, tanınmış publisist və teatrşünas, milli ali təhsil qurucularından biri.
  • Səfvət bəy Məlik-Zərdabi — Həsən bəy Zərdabinin oğlu, Cümhuriyyət tələbəsi, memar.
  • Pəri xanım Topçubaşova — Həsən bəy Zərdabinin qızı, Əlimərdan bəy Topçubaşovun həyat yoldaşı.
  • Qüdrət Muğanlı — Azərbaycan jurnalisti, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Azərbaycan Respublikasının əməkdar jurnalisti (2005).

Mənbə

redaktə
  • Ənvər Çingizoğlu, Məlikovlar, "Soy" dərgisi, Bakı, 2010.

Həmçinin bax

redaktə
  • Qarasubasar mahalı
  • Şirvan xanlığı
   Soylarla əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. Etdiyiniz redaktələri mənbə və istinadlarla əsaslandırmağı unutmayın.
  1. ↑ "Arxivlənmiş surət". 2021-07-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-06-15.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Məlikovlar&oldid=8126197"
LOVE.AZ