. Love.az

Mariya Petrova - Wikipedia - Love.az

Ana Səhifə - Mariya Petrova

Petrova Mariya Qriqoryevna (1906[1], Sankt-Peterburq – 24 yanvar 1992, Sankt-Peterburq) — RSFSR Xalq artisti (1978), rejissor və Leninqrad radiosunun diktoru.

Mariya Petrova
rus. Мария Григорьевна Петрова
Doğum tarixi 1906[1]
Doğum yeri
  • Sankt-Peterburq, Rusiya imperiyası
Vəfat tarixi 24 yanvar 1992(1992-01-24)
Vəfat yeri
  • Sankt-Peterburq, Rusiya
Dəfn yeri
  • Boqoslovskoye qəbiristanlığı[d]
Fəaliyyəti diktor, radioaparıcı[d]
Mükafatları "Qırmızı əmək bayrağı" ordeni "Leninqradın müdafiəsinə görə" medalı
RSFSR xalq artisti

Bioqrafiya

redaktə

1906-cı ildə Sankt-Peterburqda fəhlə ailəsində anadan olmuşdur. Leninqrad Teatr İnstitutunda təhsil almışdır. Təhsilini bitirdikdən sonra Leninqrad Gənc Tamaşaçılar Teatrında əmək fəaliyyətinə başlamışdır. M. Petrova eyni zamanda Leninqrad radiosu ilə əməkdaşlıq etmiş, uşaq verilişlərində iştirak etmişdir. 1934-cü il 1 apreldə Mariya Petrova Leninqrad radiosu əməkdaşı təyin edilmiş və fasiləsiz olaraq 56 il bu radioda çalışmışdır. Bu illərdə o, padio-tamaşalarda yüzlərlə rol canlandırmışdır.

1959-cu ildə Mariya Petrova RSFSR-nın əməkdar artisti, 1978-ci ildə isə RSFSR-nın xalq artisti adına layiq görülmüşdür.

M. Petrova 24 yanvar 1992-ci ildə vəfat etmişdir. O, Sankt-Peterburqun Boqoslav qəbiristanlığında, rəssam əri Yaroslav Sergeyeviç Nikolayevin yanında dəfn olunmuşdur.

Xarici keçid

redaktə
  • Голос блокадного Ленинграда. Мария Петрова
  • Могила М. Г. Петровой и Я. С. Николаева на Богословском кладбище Санкт-Петербурга

İstinadlar

redaktə
  1. ↑ 1 2 Mariâ Grigor'evna Petrova // MAK (pol.).
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Mariya_Petrova&oldid=8116589"
LOVE.AZ