. Love.az

Mark Rutte - Wikipedia - Love.az

Ana Səhifə - Mark Rutte

Mark Rutte (nid. Mark Rutte; 14 fevral 1967[2][1][…], Haaqa, Niderland[1]) — Niderlandın baş naziri.

Mark Rutte
nid. Mark Rutte[1]
NATO baş katibi
Vəzifədədir
1 oktyabr 2024-cü ildən
ƏvvəlkiYens Stoltenberq
Şəxsi məlumatlar
Doğum tarixi 14 fevral 1967(1967-02-14)[2][1][…] (58 yaş)
Doğum yeri
  • Haaqa, Niderland[1]
Təhsili
  • Leyden Universiteti (1984–1992)[1]
Fəaliyyəti siyasətçi, tarixçi, müəllim
Elmi fəaliyyəti
Elm sahəsi siyasət[3], xarici siyasət[3], Beynəlxalq təhlükəsizlik[3], Beynəlxalq təşkilat[3]

Təltifləri Knight Grand Cross in the Order of the Netherlands Lion (Niderland) — 2024 1-ci dərəcəli "Knyaz Yaroslav Mudrı" ordeni (Ukrayna) — 2023 Grand Cross of the Order of the Crown (Belçika) "İtaliya qarşısında xidmətlərə görə" ordeninin böyük cəngavər xaçı — 2022 Honorary Companion of the Order of Australia (Avstraliya)
İmzanın şəkli
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

redaktə

14 fevral 1967-ci il tarixində Haaqada anadan olmuşdur. 1984-cü ildə Haaqada orta məktəbi bitirmişdir. 1984–1992-ci illərdə Leyden Universitetində Niderland tarixi üzrə təhsil almışdır. 1988–1991-ci illərdə "İnsanların Azadlığı və Demokratiyası Partiyası"nın (VVD) gənclər təşkilatının milli sədri olmuşdur.

1992–1997-ci illərdə "Unilever" şirkətində kadrlar üzrə menecer vəzifəsində çalışmışdır. 1993–1997-ci illərdə VVD partiyasının icra aparatının üzvü olmuşdur. 1997–2002-ci illərdə "Unilever" şirkətinin "Van den Bergh Nederland" bölümündə kadrlar üzrə menecer vəzifəsində çalışmışdır. 2002–2002-ci illərdə "Unilever" şirkətinin "İGLOMora Group BV" şöbəsində kadrlar üzrə direktor vəzifəsində çalışmışdır .

2002–2004-cü illərdə I və II Belkenende hökumətlərində Sosial Təminat və Məşğulluq üzrə Dövlət Katibi vəzifəsində çalışmışdır. 2004–2006-cı illərdə II Balkenende hökumətində Təhsil, Mədəniyyət və Elm məsələləri üzrə Dövlət Katibi vəzifəsində çalışmışdır. 2003-cü ildə VVD partiyasının Nümayəndələr Palatasının təmsilçisi olmuşdur. 29 iyun 2006-cı ildə Parlamentdə çoxluq təşkil edən VVD partiyasının lideri olub. 31 may 2006-cı ildən VVD partiyanın siyasi lideridir.

İstinadlar

redaktə
  1. ↑ 1 2 3 4 5 6 https://www.rijksoverheid.nl/regering/bewindspersonen/mark-rutte/cv.
  2. ↑ 1 2 Mark Rutte // Brockhauz Ensiklopediyası (alm.).
  3. ↑ 1 2 3 4 Rutte, Mark // Çex Milli Hakimiyyət Məlumat bazası.

Xarici keçidlər

redaktə
Siyasətçi haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Mark_Rutte&oldid=7541920"
LOVE.AZ