Martin Tovmasyan (rus. Мартин Товмасян; erm. Մարտին Թովմասյան; 5 mart 1925, İrəvan – 16 sentyabr 2008, İrəvan) — SSRİ-Ermənistan memarı, professor, Ermənistanın əməkdar memarı (2007).
Martin Tovmasyan | |
---|---|
![]() | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 5 mart 1925(1925-03-05) |
Doğum yeri | |
Vəfat tarixi | 16 sentyabr 2008(2008-09-16) (83 yaşında) |
Vəfat yeri | |
Vətəndaşlığı | |
Təhsili |
|
1925-ci ildə İrəvanda anadan olub. 1929-cu ildə atasının işi ilə əlaqədar ailə Tiflisə köçür. 1942-ci ildə Qızıl Ordu sıralarına çağırılmış, Böyük Vətən müharibəsinin iştirakçısı olmuşdur. Tərxis olunduqdan sonra Azərbaycan Sənaye İnstitutunun Memarlıq fakültəsinə daxil olub. Təhsilini tamamladıqdan sonra "Bakproekt" və "Azpromproekt" institutlarında işləyib. 1953-cü ildə Moskva Memarlıq İnstitutunun Memarlıq Təkmilləşdirmə Fakültəsinə daxil olmuşdur. "Pİ Bakqiproqor"da baş planın memarlıq-planlaşdırma emalatxanasının rəisi vəzifəsində çalışmışdır.
1969-cu ildə İrəvana köçüb. O, "Pİ Yerevanproekt"də memarlıq-planlaşdırma emalatxanasının rəisi, sonra isə şəhərsalma üzrə direktor müavini işləyib. 1970-ci ildən ErPİ-nin (indiki İrəvan Dövlət Memarlıq və İnşaat Universiteti) memarlıq və şəhərsalma kafedrasında dərs demişdir.