. Love.az

Maykl Smit - Wikipedia - Love.az

Ana Səhifə - Maykl Smit

Maykl Smit (26 aprel 1932[1][2][…], Bləkpul, Lankaşir – 4 oktyabr 2000[1][3][…], Vankuver, Britaniya Kolumbiyası) — ingilis əsilli kanadalı biokimyaçı[4][5]. 1993-cü ildə "DNT əsaslı kimyadaki metodların təkmilləşdirməsindəki töhfələrinə görə, Oliqonukleotid əsaslı, sayt istiqamətlənmiş mutagenezin qurulmasına və protein tədqiqatlarında təkmilləşdirməsində verdiyi fundamental töhfələrə görə" Keri Mullis ilə də paylaşdığı Kimya üzrə Nobel mükafatı laureatıdır. London Kral Cəmiyyətinin üzvü (1986 il)[6], ABŞ Milli Elmlər Akademiyasının xarici üzvüdür (1996 il)[7].

Maykl Smit
ing. Michael Smith
Doğum tarixi 26 aprel 1932(1932-04-26)[1][2][…]
Doğum yeri
  • Bləkpul, Lankaşir, İngiltərə, Birləşmiş Krallıq
Vəfat tarixi 4 oktyabr 2000(2000-10-04)[1][3][…] (68 yaşında)
Vəfat yeri
  • Vankuver, Metro-Vankuver[d], Britaniya Kolumbiyası, Kanada
Elm sahələri Molekulyar biologiya, biokimya
İş yeri
  • Britaniya Kolumbiyası Universiteti
Təhsili
  • Mançester Universiteti
Üzvlüyü
  • London Kral Cəmiyyəti,
  • ABŞ Milli Elmlər Akademiyası (1996–)
Mükafatları "Kanada" ordeninin üzvü
Kimya üzrə "Nobel" mükafatı (İsveç) — 1993
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

  • 1 Bioqrafiyası və elmi işi
  • 2 Mükafatları
  • 3 İstinadlar
  • 4 Xarici keçidlər

Bioqrafiyası və elmi işi

redaktə

Maykl Smit 26 aprel 1932-ci ildə İngiltərənin Blekbörn şəhərində anadan olub. Orta məktəbi bitirdikdən sonra 1950-ci ildə Mançester Universitetinə daxil olmuşdu. Universiteti bitirdikdən sonra 1956-cı ildə dissertasiya müdafiə etmişdir. M. Smit dissertasiyasını müdafiə etdikdən sonra Vankuverdəki Britaniya Kolumbiya Universitetinə getdi və 2000-ci ildə ölümünə qədər bütün həyatı boyu burada çalışdı. M. Smit molekulyar biologiya sahəsində çalışdı və müasir biologiyada son dərəcə geniş istifadə olunan sahəyə yönəldilmiş mutagenezi icad etdi. 1993-cü ildə buna görə kimya üzrə Nobel mükafatı aldı.

Mükafatları

redaktə
  • 1986 — Beynəlxalq Gairdner Mükafatı
  • 1992 — Flavel medalı
  • 1993 — Kimya üzrə Nobel mükafatı
  • 1995 — Kanada Tibb Şöhrət Zalına daxil edildi[8][9]

İstinadlar

redaktə
  1. ↑ 1 2 3 4 Michael Smith // Encyclopædia Britannica (ing.).
  2. ↑ 1 2 Michael Smith (Biochemist) // L'Encyclopédie canadienne, The Canadian Encyclopedia (ing.).
  3. ↑ 1 2 Michael Smith // Brockhauz Ensiklopediyası (alm.).
  4. ↑ Michael Smith (Biochemist) // L'Encyclopédie canadienne, The Canadian Encyclopedia (англ.)
  5. ↑ Michael Smith // Brockhaus Enzyklopädie (нем.) / Hrsg.: Bibliographisches Institut & F. A. Brockhaus, Wissen Media Verlag
  6. ↑ Smith; Michael (1932–2000 il) (англ.)
  7. ↑ Smith; Michael (1932–2000) (англ.)
  8. ↑ Dr. Michael Smith | Canadian Medical Hall of Fame. Дата обращения: 9 мая 2017. Архивировано 14 апреля 2017 года.
  9. ↑ "Arxivlənmiş surət". 2023-02-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-02-12.

Xarici keçidlər

redaktə
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Maykl_Smit&oldid=7587459"
LOVE.AZ