Namiq Məsim oğlu Məmmədov (1 fevral 1976, Arçut, Böyük Qarakilsə rayonu) — Azərbaycanlı iş adamı, mesenat, ictimai xadim. "Caspel" MMC şirkətinin idarə heyətinin sədri. İctimai Televiziya və Radio Yayımları Şurasının üzvü (2009–2015), "Tərəqqi" medalı laureatı (2014).
Namiq Məmmədov | |
---|---|
azərb. Məmmədov Namiq Məsim oğlu | |
![]() Namiq Məmmədov (2010) | |
Digər adı | Namiq |
Doğum tarixi | 1 fevral 1976(1976-02-01) (49 yaş) |
Doğum yeri | |
Atası | Məsim |
Milliyyəti | Azərbaycanlı |
İxtisası | Hüquq |
Təhsili |
Azərbaycan Dövlət İqtisad Universiteti, Bakı Dövlət Universiteti, Moskva Dövlət Hüquq Universiteti |
Fəaliyyəti |
İctimai xadim, Biznesmen, Mesenat |
Fəaliyyət illəri | 1992 – indi |
Mükafatları |
![]() |
![]() |
Namiq Məmmədov 1 fevral 1976-cı ildə Ermənistan SSR–in Quqark rayonunun Arçut kəndində (tarixi Qərbi Azərbaycanın Pəmbək mahalı) müəllim ailəsində anadan olmuşdur.[1]
Azərbaycanlıların Ermənistandan deportasiyası nəticəsində 1988-ci ildə doğulduğu kənddən ailəsi ilə birlikdə Bakı şəhərinə köçmüşdür.[2]
Namiq Məmmədov 1983–1988-ci illərdə M. F. Axundov adına Arçut kənd orta məktəbində, 1988–1992-ci illərdə Bakı şəhəri 115 nömrəli tam orta məktəbdə oxumuş, 1992–1993-cü illərdə isə Bakı şəhərindəki 43 saylı Gənc İstedadlar Liseyində məktəb təhsilini başa vurmuşdur.
1993-cü ildə Xəzər Universitetinin "İqtisadiyyat və İdarəetmə" fakültəsinə daxil olmuş, sonradan köçürmə yolu ilə ali təhsilini Azərbaycan Dövlət İqtisad Universitetində "Mühəndis İqtisadiyyatı və İdarə olunması" fakültəsində davam etdirmiş, 2003-cü ildə ali təhsilini bitirmişdir.
2004–2008-ci illərdə Bakı Dövlət Universitetinin hüquq fakültəsində təhsilinə davam etmiş, oranı hüquqşünas ixtisası üzrə bitirmişdir. Daha sonra O. Y. Kutafin adına Moskva Dövlət Hüquq Universitetində (MDHU) hüquq təhsili almışdır.
Hal-hazırda hüquq üzrə fəlsəfə doktoru (Phd) səviyyəsində təhsilini davam etdirir. 4 elmi məqaləsi nəşr edilmişdir.
"Rusiya Federasiyasında və Azərbaycan Respublikasında elektron hökumətin fəaliyyətinin məlumat-hüquqi təminatı (müqayisəvi-hüquqi araşdırma)" mövzusunda elmi dissertasiya üzərində işləyir.
Azərbaycan, rus, türk və ingilis dillərində sərbəst danışır.
Namiq Məmmədovun rəhbərliyi altında bir sıra mühüm layihələr həyata keçirilmişdir. O cümlədən:
2009-cu ilin aprel ayından 2015-ci ilə qədər Azərbaycan Respublikası Milli Məclisinin Qərarına əsasən, İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının üzvü seçilmişdir.[5][6][7][8][9][10]
6 fevral 2014-cü ildə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin fərmanı ilə "Tərəqqi" medalı ilə təltif edilmişdir.[11][12][13][14][15]
Namiq Məmmədov ailəlidir, 2 övladı var.