. Love.az

Natrium Hidrokarbonat - Wikipedia - Love.az

Ana Səhifə - Natrium Hidrokarbonat

Natrium-hidrokarbonat (Natrium-bikarbonat, İçməli soda, Çay sodası, Ərzaq sodası) - Karbonat turşusunun turş natrium duzudur. Kimyəvi formulu NaHCO3 kimidir. Ağ narın kristal maddədir. Spirtsiz içkilər, qənnadı və çörək-bulka məmulatı istehsalında, əczaçılıqda, tibbdə işlədilir.[2][3]

Natrium-hidrokarbonat
Molekulyar modelin şəkli
Ümumi
Sistematik adı Natrium-hidrokarbonat
Kimyəvi formulu NaHCO3
Molyar kütlə 0 kq[1]
Fiziki xassələri
Sıxlıq 2.16-2.22 q/sm³
Təsnifatı
CAS-da qeyd. nöm. 144-55-8
PubChem 516892
RTECS VZ0950000
ChEBI 32139
ChemSpider 8609

Mündəricat

  • 1 Fiziki-kimyəvi xassələri
  • 2 Tibdə istifadəsi
  • 3 Həmçinin bax
  • 4 Xarici keçidlər
  • 5 İstinadlar

Fiziki-kimyəvi xassələri

redaktə

Ərzaq sodası 50oC-yə yaxın temperaturda karbon qazı (CO2) çıxarmağa başlayır. 100-150oC-də isə tamam parçalanaraq Na2CO3-ə çevrilir. Suda məhlulları zəif qələvi reaksiyalıdır. Dəriyə turşu düşdükdə turşu dəyən yerlər natrium-hidrokarbonat məhlulu ilə yuyulur.[2]

Tibdə istifadəsi

redaktə

Natrium-hidrokarbonat insan orqanizmində turşuluğu azaltdığından (PH-ı artırdığından) bir çox xəstəliklərin (iltihabi xəstəliklər, xərçəng və s.) müalicəsində istifadə olunur.

Həmçinin bax

redaktə
  • Soda

Xarici keçidlər

redaktə
  1. Canan Karatay: Hastalık savar sodyum bikarbonat!!! - youtube.com

İstinadlar

redaktə
  1. ↑ SODIUM BICARBONATE (ing.).
  2. ↑ 1 2 "Azərbaycan Sovet Ensiklopediyası, VII c.". (#cite_web_url)
  3. ↑ Vikulov, Georgiy. "Boğaz ağrısı zamanı soda ilə olan qarqaralar kömək edir". 2023. 2023-12-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-12-07.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Natrium-hidrokarbonat&oldid=7913915"
LOVE.AZ