. Love.az

Nikol Zelikman - Wikipedia - Love.az

Ana Səhifə - Nikol Zelikman

Nikol Zelikman (ivr. ‏ניקול זליקמן‏‎; 30 yanvar 2001, Kfar-Sava[d], İsrail)— israilli gimnast, 2020-ci il Olimpiya Oyunlarının iştirakçısı.

Nikol Zelikman
ivr. ‏ניקול זליקמן‏‎
Nikol Zelikman 2019-cu ildə
Nikol Zelikman 2019-cu ildə
Şəxsi məlumatlar
Doğum tarixi 30 yanvar 2001(2001-01-30) (24 yaş)
Doğum yeri
  • Kfar-Sava[d], İsrail
Boyu 174 sm
Gimnastika karyerası
Təmsil etdiyi ölkə İsrail İsrail
Gimnastika növü bədii gimnastika, gimnastika
Fəaliyyət illəri 2012 — 2022
Klub Makkabi Təl-Əviv
Baş məşqçisi Ella Samofalova[1]
Medallar
Dünya çempionatı
Gümüş Bakı 2019 komanda
Avropa çempionatı
Bürünc Varna 2021 komanda
Bürünc Bakı 2019 halqa
Gənclər arasında Avropa çempionatı
Gümüş Holon 2016 halqa
Bürünc Holon 2016 top
Bürünc Minsk 2015 qrup çoxnövçülük

Mündəricat

  • 1 Həyatı
  • 2 Karyerası
    • 2.1 Erkən illəri
    • 2.2 Sonrakı dövr
  • 3 Həmçinin bax
  • 4 İstinadlar

Həyatı

redaktə

Zelikman İsrailin Kfar-Sava şəhərində doğulub və böyüyüb. Onun babası, atası və anası Azərbaycanda, Bakıda anadan olublar.[2][3][4] Onlar orada yaşamış, tanış olmuş və evlənmişdilər, 1993-cü ildə Rusiyaya, sonra isə İsrailə köçüblər.[2] Onun bir əkiz qardaşı və özündən böyük iki qardaşı da vardır.

Onu bədii gimnastikaya anası yönləndirib. Elena "Lena" Zelikman, həmçinin onun şəxsi köməkçi məşqçisi olub.[5] 2019-cu ildə Zelikman İsrail Silahlı Qüvvələrinə yazılıb, eyni zamanda peşəkar təcrübə keçməyə davam edib. Onun baş məşqçisi Ella Samofalovadır.[1]

Karyerası

redaktə

Erkən illəri

redaktə

Zelikman 2012-ci ildə Miss Valentina və Vitri Kuboku kimi yeniyetmələrin beynəlxalq yarışlarında iştirak etdi. O, 2014-cü ildən bəri Gənclər Qran-prisi və Dünya Kuboku seriyalarında çoxsaylı yarışlarda çıxış edib. 2015-ci ildə Zelikman Kazanda keçirilən "Yoldız" Kubokunda iştirak edib. Zelikman komanda hesabında 4-cü olub və 2016-cı ildə Moskva Yeniyetmələr Qran-prisində halqa ilə hərəkətdə gümüş, topla hərəkətdə bürünc medal qazanıb. O, 2016-cı il Lissabon Gənclər Dünya Kubokunda topla hərəkətdə gümüş medal qzanıb, iplə hərəkətdə isə 4-cü olub. Zelikman İsrailin komanda yarışında 4-cü yeri tutduğu 2016-cı il Avropa Gənclər çempionatında da yarışıb, o, halqa ilə hərəkətdə gümüş medal, topla hərəkətdə bürünc medal qazanıb.[6][7]

Sonrakı dövr

redaktə

2017-ci ildə Zelikman böyüklər arasında Moskva Beynəlxalq turnirində debüt edərək, çoxnövçülükdə bürünc medal qazandı. Martın 24–26-da, Zelikamn çoxnövçülükdə 7-ci yeri tutaraq Te Qran-prisində yarışdı, o, lentlə hərəkətdə 5-ci, halqa və gürzlərlə hərəkətdə 6-cı yeri tutaraq, 3 yarış finalına vəsiqə qazandı.[8] 31 mart-2 aprel tarixlərində Zelikman 2017-ci il Marbella Qran-prisində yarışaraq, çoxnövçülükdə 5-ci yeri tutdu. 7–9 aprel tarixlərində Zelikman özünün ilk Dünya Kuboku yarışında, 2017-ci il Pezaro Dünya Kubokunda çoxnövçülükdə 10-cu yeri və klublar arası finalda da 4-cü yeri tutdu. Onun növbəti yarışı 2017-ci il Bakı Dünya Kubokunda oldu və o, çoxnövçülükdə 8-ci yeri tutdu və halqa ilə yarışda finala vəsiqə qazandı. 5–7 may tarixlərində Zelikman 2017-ci il Sofiya Dünya Kubokunda belaruslu Katsiarina Qalkinadan sonra çoxnövçülükdə 6-cı yeri tutdu və finala vəsiqə qazandı. Zelikman qolundan zədələnərək, 2 sümüyünü sındırdığı üçün Avropa çempionatına seçimlərdə iştirak edə bilmədi.

2018-ci ildə Te Qran-prisində Zelikman Arina Averinadan sonra çoxnövçülükdə 6-cı yeri tutdu. 6–8 aprel tarixlərində MTM Lyublyana turnirində çoxnövçülükdə qızıl medal qazandı. 2018-ci ilin 20–22 apreldə Daşkənddə keçirilən Dünya Kubokunda Zelikman çoxnövçülükdə 5-ci yeri tutdu, o, bütün finallara vəsiqə qazanaraq; top, gürzlə hərəkətlərdə 4-cü, halqa, lentlə hərəkətlərdə isə 7-ci oldu. 2018-ci il mayın 4–6-da keçirilən Qvadalaxara Dünya Çağırış Kubokunda yarışaraq, çoxnövçülükdə 11-ci oldu. O, italiyalı Milena Baldassarridən sonra bürünc medal mükafatçısı olub, ilk dünya kuboku medalını qazandı. 2018-ci il mayın 11–13-də baş tutan Portimao Dünya Çağırış Kubokunda, Zelikman uğurunu davam etdirərək, çoxnövçülükdə rusiyalı Mariya Sergeyevadan sonra ikinci yerin qalibi olub, gümüş medal qazandı.

2019-cu ildə Bakıda keçirilən Avropa çempionatında Zelikman halqa ilə hərəkətdə bürünc medal qazandı.

2021-ci ildə Zelikman Bakı Dünya Kubokunda iştirak edərək, Çisaki Oivadan sonra iyirmi altıncı, topla yarış finalında isə yeddinci oldu. Pezaro Dünya Kubokunda o, Anastasiya Salosdan sonra altıncı yeri tutdu və finalda halqa ilə yarışda yeddinci, topla yarışda isə beşinci oldu. 2021-ci il, 9–13 iyun tarixləri arasında o, Bolqarıstanın Varna şəhərində keçirilən bədii gimnastika üzrə Avropa çempionatında iştirak edərək, fərdi ümumi finalda Sofiya Raffaelidən sonra doqquzuncu yeri tutdu. İyulun əvvəlində o, Minsk Challenge Dünya Kubokuna qayıtdı və burada Daria Trubnikovadan sonra ümumi hesabda beşinci yeri tutdu. İyulun əvvəlində o, Minsk Challenge Dünya Kubokuna qatıldı, Darya Trubnikovadan sonra ümumi hesabda beşinci yeri tutdu. O, həmçinin halqa, top və lentlə yarış finalında beşinci yeri tutdu və gürzlərlə yarışda bürünc medal qazandı. İki həftə sonra o, Tokio Olimpiya Oyunları öncəsi, öz ölkəsində keçirilən, Təl-Əviv Qran-prisində iştirak edərək, Anastasiya Salosdan sonra dördüncü yerin sahibi oldu. O, həmçinin halqa ilə finalda dördüncü, top və lentlə finalda altıncı, klub finalında isə beşinci yerin sahibi oldu. 6–8 avqust tarixlərində Zelikman və onun komanda yoldaşı Linoy Aşram, Tokio 2020 Olimpiya Oyunlarının fərdi yarışında mübarizə apardılar. İlk onluğa daxil olaraq həm Zelikman (təsnifatda yeddinci yeri tutmuş), həm də Aşram (üçüncü yeri tutmuş) fərdi ümumi finala yüksəlmişdilər. Fərdi ümumi yarışda Zelikman Milena Baldassarridən sonra yeddinci yeri təkrarlayıb. Aşram qızıl medal qazandı. Oyunlardan sonra İsrail Gimnastika Federasiyası Zelikmanın fərdi gimnast kimi təqaüdə çıxdığını açıqladı.

2022-ci ilin əvvəlində o, idmandan getdiyini elan etdi.[9]

Həmçinin bax

redaktə
  • İsraildə idman

İstinadlar

redaktə
  1. ↑ 1 2 ""ראיון השבוע" עם אלה סמופלוב, מאמנת ההתעמלות האמנותית של נטע ריבקין וניקול זליקמן". הוועד האולימפי (ivrit). 2019-06-01. İstifadə tarixi: 2022-10-03.
  2. ↑ 1 2 "Nicole Zelikman tells about Baku roots". 2019-09-20 tarixində orijinalından arxivləşdirilib.
  3. ↑ "ZELIKMAN Nicol". FIG Athlete Profile (kinyarvanda). 2018-09-17. İstifadə tarixi: 2022-10-03.
  4. ↑ "Nicole Zelikman: World Rhythmic Gymnastics Championships in Baku will be great". 2019-05-18 tarixində orijinalından arxivləşdirilib.
  5. ↑ "ניקול זליקמן - התעמלות אמנותית". Ynet. ynet.co.il. 19 November 2015.
  6. ↑ "Israel exceeds expectations at their first ever European Championships". European Union of Gymnastics. 22 June 2016. 10 May 2017 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 5 August 2016.
  7. ↑ "Israeli national anthem to conclude Rhythmic Europeans". European Union of Gymnastics. 19 June 2016.
  8. ↑ "Résultats édition 2017". grandprixthiais.fr. 28 March 2017 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 27 March 2017.
  9. ↑ "התעמלות: דריה אטמנוב זכתה בזהב בגביע האיגוד" (Hebrew). 11 February 2022.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Nikol_Zelikman&oldid=8146095"
LOVE.AZ