. Love.az

Nikolay Zinin - Wikipedia - Love.az

Ana Səhifə - Nikolay Zinin

Zinin Nikolay Nikolayeviç (13 (25) avqust 1812[1], Şuşa[1][4] – 6 (18) fevral 1880[1], Sankt-Peterburq[4]) – rus kimyaçısı (üzvi kimya).

Nikolay Zinin
Doğum tarixi 25 avqust 1812
Doğum yeri Şuşa, Qarabağ xanlığı
Vəfat tarixi 18 fevral 1880 (67 yaşında)
Vəfat yeri Peterburq, Rusiya imperiyası
Dəfn yeri
  • Smolensk qəbiristanlığı[d]
Elm sahəsi Üzvi kimya
Elmi dərəcələri
  • təbiət elmləri doktoru[d]
Elmi adı Akademik (1865)
İş yerləri
  • Kazan İmperator Universiteti[d],
  • İmperator Tibbi Cərrahiyyə Akademiyası[d]
Təhsili
  • Kazan Dövlət Universiteti (1830–1833)[1],
  • Kazan İmperator Universiteti[d]
Elmi rəhbəri Yustus fon Libix
Tanınmış yetirmələri Aleksandr Butlerov[2], Nikolay Beketov[3], Aleksandr Borodin[2]
Üzvlüyü
  • Rusiya Elmlər Akademiyası,
  • Peterburq Elmlər Akademiyası,
  • Fransa Elmlər Akademiyası[2]
İmza
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

redaktə

25 avqust 1812-ci ildə Şuşa şəhərində anadan olmuşdur. Peterburq Elmlər Akademiyasınin akademiki (1865), Paris Elmlər Akademiyasının üzvü (1873). Kazan universitetini bitirdikdən (1833) sonra Almaniya, Fransa və İngiltərədə ixtisasını artırmış, 1841–48 illərdə Kazan universitetinin, 1848–64 illərdə Peterburq Tibb-Cərrahlıq Akademiyasının professoru olmuşdur. O, 1842 ildə ammonium sulfidlə təsir etmək yolu ilə aromatik nitrobirləşmələrin aromatik aminlərə reduksiya reaksiyasını (Zinin reaksiyasını) kəşf etmiş, sonralar bu üsulla anilin, α -naftilamin, metafenilendiamin (1844) və metaaminbenzoy turşusu (1845) almışdır. Zininin təklif etdiyi həmin sintez üsulu əsasında Rusiyada sintetik boya, partlayıcı maddə və əczaçılıq sənayeləri yaradılmışdır. 3. 1867–68 illərdə Rus Kimya Cəmiyyətinin (D.İ.Mendeleyev ad. Ümumittifaq Kimya Cəmiyyəti) yaradılmasında fəal iştirak etmiş və həmin cəmiyyətin ilk prezidenti (1868–78) olmuşdur. Zinin müasiri A. A. Voskresenski ilə birlikdə böyük kimyaçılar məktəbi (A.M.Butlerov, N.N.Beketov, A.P.Borodin, L.N.Şişkov və o.) yaratmışdır.

Zinin 18 fevral 1880-ci ildə Peterburqda vəfat etmişdir.

İstinadlar

redaktə
  1. ↑ 1 2 3 4 Меншуткин Б. Зинин, Николай Николаевич (rus.). // Русский биографический словарь Петроград: 1916. Т. 7. С. 377–390.
  2. ↑ 1 2 3 В. Як. Зинин, Николай Николаевич (rus.). // Энциклопедический словарь СПб: Брокгауз — Ефрон, 1894. Т. XIIа. С. 593–594.
  3. ↑ Бекетов, Николай Николаевич (rus.). // Энциклопедический словарь / под ред. И. Е. Андреевский СПб: Брокгауз — Ефрон, 1891. Т. III. С. 339–340.
  4. ↑ 1 2 Зинин Николай Николаевич // Большая советская энциклопедия (rus.): [в 30 т.]. 3-е изд. Москва: Советская энциклопедия, 1972. Т. 9 : Евклид — Ибсен. С. 537.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Nikolay_Zinin&oldid=6650793"
LOVE.AZ