Nobel sülh mükafatı konserti (Norveç və İsveç dilində: Nobels fredspriskonsert) — mükafatların təqdim edilməsi və nobel şam yeməyi ilə birlikdə nobel həftəsinin üç tərkib hissəsindən biri sayılır. Nobel sülh mükafatı konserti Avropa ölkələrində ilin əsas musiqi hadisələrindən biri sayılır, Skandinaviya ölkələrində isə ilin əsas musiqi hadisəsi hesab olunur.
Konsert, 11 dekabr 1994-cü ildən hər il Norveçin paytaxtı Oslo şəhərində keçirilir. Konsertdə zəmanəmizin ən görkəmli klassik musiqiçiləri və sənətçiləri iştirak edirlər. Konsert 2015-ci ilə qədər Oslo Şəhər Ratuşasında təşkil olunurdu. 2015-ci ildən Telenor Arenada keçirilir. Konsert dünyanın bir çox ölkələrində canlı nümayiş olunur.
Vikianbarda Nobel sülh mükafatı konserti ilə əlaqəli mediafayllar var. |