Nuriel Rubini (ing. Nouriel Roubini, rus. Нуриэль Рубини 29 mart 1958-ci il, İstanbul) — amerikalı iqtisadçıdır, Nyu-York Universitetinin beynəlxalq iqtisadi münasibətlər üzrə professoru. Qlobal maliyyə problemlərində dünyadakı ən nüfuzlu mütəxəssislərdən biridir. Dünya maliyyə böhranını (2008-2012)[2][3][4] proqnozlaşdıran , RGE Monitor şirkətinin prezidentidir. Ləqəbi Dr. Doom.
Nuriel Rubini | |
---|---|
ing. Nouriel Roubini, rus. Нуриэль Рубини | |
![]() | |
Doğum tarixi | (67 yaş) |
Doğum yeri | İstanbul , Türkiyə |
Milliyyəti | ABŞ |
Elm sahəsi | Beynəlxalq iqtisadi münasibətlər |
Elmi dərəcəsi | Fəlsəfə doktoru |
Elmi adı | Professor |
İş yerləri | |
Təhsili |
Nyu-York Universiteti Bokkoni Universiteti (Bakalavr dərəcəsi 1982) Harvard Universiteti ( Fəlsəfə doktoru 1988) |
Elmi rəhbəri | Ceffri Saks[1] |
roubini.com | |
![]() |
İranlı yəhudilərin ailəsində anadan olub [5]. İki yaşındaykən valideynləri ilə birlikdə Tehrana daha sonra isə İsrailə köçdülər. 1962-ci ildən 1983-cü ilə qədər Milanda yaşamış, Bokkoni Universitetində təhsil almışdır. Sonra Harvard Universitetində aspiranturada dərəcəsini almışdır. İngilis, İtalyan, Fars və İvrit dillərində səlis şəkildə danışır.
1982-ci ildə Milan şəhərində Bokkoni Universitetini iqtisadiyyat üzrə bitirmişdir. 1988-ci ildə Harvard Universitetini beynəlxalq iqtisadi münasibətlər üzrə bitirmişdir.