. Love.az

Oktay Seyidov - Wikipedia - Love.az

Ana Səhifə - Oktay Seyidov
Bu məqalə silinməyə namizəddir
Bu səhifənin səhifə silmə qaydasına əsasən silinə biləcəyi güman edilir. Əgər səhifənin silinməsinə dair etirazınız varsa, silinməyə namizəd səhifələr səhifəsində bu barədə fikrinizi bildirin.
Müzakirə davam etdiyi müddət ərzində səhifədəki bu xəbərdarlığı silməyin.

Bu məqalə sonuncu dəfə 34 gün əvvəl Yousiphh (müzakirə | töhfələr) tərəfindən redaktə olunub. (Yenilə)
Bu məqalənin ensiklopedik tələblərə cavab vermədiyinə dair şübhələr var.
Lütfən, ensiklopedikliyi təsdiq etmək üçün məqalənin mövzusuna uyğun tərəfsiz, etibarlı mənbələr əlavə edin. Əgər belə mənbələr göstərilməzsə, məqalə birləşdirilə, köçürülə, yönləndirilə və ya silinə bilər.

Oktay Xəlil oğlu Seyidov, Oqtay Xalloğlu[1] (1959, Aslanbəyli, Qazax rayonu – 26 mart 2003) — Azərbaycan Respublikasının Gəncə şəhərinin və Goranboy, Tovuz, Culfa, Babək, Göygöl, Daşkəsən rayonlarının keçmiş Hərbi komissarı, Polkovnik-leytenant, Şair. Azərbaycanda ən gənc hərbi komissar olmuşdur.

Oktay Seyidov
Oktay Xəlil oğlu Seyidov
Azərbaycan Respublikasının Gəncə şəhərinin və Goranboy, Tovuz, Culfa, Babək, Göygöl, Daşkəsən rayonlarının keçmiş Hərbi Komissarı
Şəxsi məlumatlar
Doğum tarixi 1959
Doğum yeri Aslanbəyli, Qazax rayonu, Azərbaycan SSR, SSRİ
Vəfat tarixi 26 mart 2003
Vəfat səbəbi avtomobil qəzası[d]
Təhsili Azərbaycan Dövlət Neft Akademiyası (AZİ)
Fəaliyyəti şair
Rütbəsi Polkovnik-leytenant

Mündəricat

  • 1 Həyatı
  • 2 Ailəsi
  • 3 Fəaliyyəti
  • 4 Mənbə
  • 5 İstinadlar

Həyatı

redaktə

Oqtay Seyidov 1959-cu ildə Azərbaycan Respublikasının Qazax rayonunun Aslanbəyli Kəndində anadan olmuşdur. 1976-cı ildə Aslanbəyli kənd tam orta məktəbini bitirmişdir. Orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Neft Akademiyasına daxil olur. Universiteti bitirdikdən sonra hərbçi kimi fəaliyyətə başladı. 1982-ci ildən keçmiş SSRİ silahlı qüvvələrində hərbi xidmətə başlamışdır. Ailə qurduqdan sonra Gəncə şəhərində yaşamışdır. 26 mart 2003-cü il tarixdə Daşkəsən Rayon Rərbi Komissarı polkovnik-leytenant Oktay Seyidov xidməti vəzifəsini yerinə yetirərkən yol qəzasında vəfat etmişdir.

Ailəsi

redaktə

1 qardaşı və 2 bacısı var. Atasının adı Xəlil olduğundan "Oqtay Xalloğlu" deyirlər. 1 oğlu və 1 qızı var.

Fəaliyyəti

redaktə

Polkovnik-leytenant Oktay Seyidov hərbi komissar kimi daim öz xidməti vəzifəsinə vicdanla yanaşmış, vəzifəsinin peşəsinin məsuliyyətini dərk etmişdir. Bir hərbçi kimi ilk əvvəl fəaliyyət göstərdiyi culfa, babək, rayon hərbi komissarı vəzifələrində daha da püxtələşmişdir. Azərbaycan Silahlı Qüvvələrinin formalaşdığı və eyni zamanda Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan hərbi əməliyyatlar zamanı Gəncə, Goranboy, Tovuz rayon hərbi komissarı kimi məsul vəzifələrdə çalışmışdır. Ermənilər Goranboya qəflətən hücum edəndə, Oktay Seyidov hərbi komissarlığın işçiləri ilə bərabər, özü irəlidə hücuma keçib, düşməni pərən-pərən saldı və ayağından yaralandı. Sonralar Göygöl və Daşkəsən rayonlarında hərbi komissar işləmişdir.

Oqtay Seyidovun şairlik istedadı vardı və gözəl saz çala bilirdi. Bir çox şerlər yazmışdır. Məşhur "Layla de layla" sözünün və şerinin müəllifidir.

Mənbə

redaktə
  • Fikrət Seyidov. Aslanbəylidən başlanan xatirələr. Bakı: 2000, 350 səh.
  • Bakı.OKA.Ofset 2004, 95 səh. Oktayı Dübeyti.

İstinadlar

redaktə
  1. ↑ Məhərrəm Qasımlı, Mahmud Allahmanlı. "Aşıq şeirinin poetik biçimləri və çeşidləri" (az.). Elm və təhsil. 2018. 2021-10-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-04-13.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Oktay_Seyidov&oldid=8111251"
LOVE.AZ