Oxtar (erm. Օխտար) və yaxud Oxdar[1] — Ermənistan Respublikasının cənubunda, Sünik mərzinin şərqində Qafan şəhərindən 15 km məsafədə yerləşən kənd.
Tarixi Zəngəzur mahalı əraziləri | |
![]() | |
---|---|
Ümumi məlumatlar | |
Ölkə |
![]() |
Bölgə | Sünik mərzi |
İnzibati mərkəz | Qafan |
Sahəsi |
|
Əhalisi | 87 (2010) |
Saat qurşağı | |
Xəritədə yeri | |
Kənd Oxtar çayının sol sahilində dağlıq-meşəlik ərazidə yerləşir.
Qafqazın 5 verstlik xəritəsində Zəngəzurda Oxtar adlı iki kəndin olduğu göstərilir: Yuxarı Oxtar, Aşağı Oxtar. Görünür, sonralar bu iki kənd birləşdirilməsindən Oxtar kəndi yaradılıb.
Toponim qədim türk dilində «boy, qəbilə» mənasını verən ox (> ok) sözünə dialekt və şivələrimizdə cəm şəkilçisi kimi işlənən -tar / -dar (Azərbaycan ədəbi dilində -lar, -lər) şəkilçisinin artırılması əsasında əmələ gəlmişdir. «Tayfa», «tayfa ittifaqı» mənasını verir. Etnotoponimdir. Quruluşca sadə toponimdir.[2]
Açması “dəyirman” olan tapmacanın Oxtar variantı[3]:
Atdım atana,
Düzdə kotana,
Çayda balığa,
Çöldə ceyrana.