Pireney yarımadası (digər adı İberiya yarımadası, port. , isp. , qalis. , astur. Península Ibérica, bask Iberiar penintsula, araq. Peninsula Iberica, kat. península Ibèrica, estr. península Ibérica, fr. péninsule Ibérique, lat. Iberia Paeninsula) — Avropanın cənub-qərbində yerləşən və İspaniya, Portuqaliya, Andorra, Cəbəllütariq və Fransa ərazisinin kiçik bir hissəsini əhatə edən yarımada. Şərq və cənub-şərqdən Aralıq dənizi, şimal, qərb və cənub-qərbdən Atlantik okeanı ilə əhatə olunmuşdur. Yarımadanın şimal hissəsi Biskay körfəzinin sahilində yerləşir. Şimal-şərqindən Pireney dağları keçir və yarımadanı Avropanın qalan hissəsindən ayırır. Sahəsinə görə (582 860 km²) Avropada ikinci ən böyük yarımadadır.
Pireney yarımadası | |
---|---|
es/Península Ibérica | |
![]() Kosmosdan görünüşü | |
Ümumi məlumatlar | |
Sahəsi | 582 860 km² |
Yerləşməsi | |
40°18′ şm. e. 03°43′ q. u.HGYO | |
Akvatoriya | Biskay körfəzi, Atlantik okeanı, Aralıq dənizi |
Ölkələr | |
![]() |
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. Lütfən, məqaləyə etibarlı mənbələr əlavə edərək onu təkmilləşdirməyə kömək edin. Mənbəsiz məzmun problemlər yarada və silinə bilər. Problemlər həll edilməmiş şablonu məqalədən çıxarmayın. Daha ətraflı məlumat və ya məqalədəki problemlərlə bağlı müzakirə aparmaq üçün məqalənin müzakirə səhifəsinə diqqət yetirə bilərsiniz. |