. Love.az

Portal Tesevvuf - Wikipedia - Love.az

Ana Səhifə - Portal Tesevvuf



Seçilmiş məqalə

Təsəvvüf – (ərəbcə: صوفية) və ya Sufizm — İslamda geniş yayılmış ezoterik dini və fəlsəfi cərəyan. Təsəvvüf İslam dinindəki mənəvi həyatın və əxlaqi dəyərlərin adıdır. Bu fəlsəfi – dini təlimdə insanın nəfsi ilə mücadilə edərək onu islah və tərbiyə etməsi, öz varlığından və dünyadan keçərək, Allaha qovuşması məqsədi izlənilir. Bəzi sufilərə görə, təsəvvüf sülhü olmayan bir savaş, nəfsə qul olmamaq, şeytana alçalmamaq, nəfsin nəsibini tərk edərək Haqqın nəsibini axtarmaq, zahirdən uzaqlaşıb batinə yaxınlaşmaq, əziyyətləri gizləmək, comərdlik, zəriflik və təmizlik olaraq qiymətləndirilir. Bəşəriyyət tarixi ilə düşünülə bilinəcək mövzulardan biri də, özündə ilahi sirr və bilgilərin olduğu mistik düşüncədir. Gizlilik anlamını ehtiva edən latın mənşəli bu kəlmə tədricən fəlsəfi və dini mahiyyət almışdır.

Müəyyən mənada gizlilik əsasında dayanana mistisizmdə maddiliyə qarşı ruhani (zöhd) və seyri-süluk kimi təcrübi bir sıra hallar olduğu görünür. Mistik təcrübənin və mistik anlayışın islam, xristian və iudaizm dünyası, yunan düşüncəsi, brahmanizm, buddizm və manixeizmdə fərqli inikasları olduğu söylənilir. Lakin təsəvvüfə sırf mistisizm kimi baxmaq da düzgün deyil. Təsəvvüf və qeyri-islami mistisizm arasındakı fərqlər qısaca belə izah olunur: Qeyri-islami mistisizmdə metodsuzluq və passivlik hakimdir. Burada şeyxə bağlanma kimi bir vəziyyət nəzərdə tutulmur. Şeyx olmadığı üçün mürşidlər silsiləsi kimi bir ənənə də mövcud deyil. Müəyyən zamanlarda edilən vird və zikrlər olmamaqda və insanlar öz bacarıqlarına görə mistisizmdə yerlərini tuturlar. Hər hansı bir ierarxiya yoxdur və son çatıla biləcək nöqtə elmül-yəqin dərəcəsidir. Məqaləni oxu...

Əvvəlki məqalələr: … …

Seçilmiş bioqrafiya

Şihabəddin Yəhya Sührəvərdi (fars. شهاب‌الدین سهروردی‎) — tam adı Şihabəddin Əbülfütuh Yəhya ibn Həbəş ibn Əmirək Sührəvərdi olan XII əsr Azərbaycanvə İran filosofu, sufi, İşraqilik fəlsəfi məktəbinin banisidir. İslam mistisizminin ən mühüm nümayəndələrindən biri olan Sührəvərdi eyni zamanda "Şeyx əl-Məqtul" və "Şeyx əl-İşraq" ləqəbləriylə də tanınmışdır.

Şihabəddin Yəhya Sührəvərdinin onlarla əsərinin müxtəlif tarixdə köçürülmüş yüzə yaxın əlyazma nüsxəsi dünyanın otuzdan çox kitabxanası, əlyazmaları fondunda saxlanılır. Onların əksəriyyəti AMEA Əlyazmalar İnstitutunda, Sankt-Peterburqda Şərqşünaslıq İnstitutunda, Türkiyədə Sultan Fateh, Yusif Ağa, Əsəd Əfəndi, Saray III Əhməd, Raqib, Rza Paşa, Aşir, Cərullah, Aya Sofiya Muzeyi, İstanbul universiteti, Laləli, Nuri Osmaniyyə, Emniyyə, Şəhid Əli Paşa kitabxanalarında, İranda Astan-qüds Rzəvi, Səltənət, Milli ,Şura Məclisi, Tehran Universiteti, Sepəhsalar ali mədrəsəsi, Firdovsi milli kitabxanalarında, Suriyada Zahiriyyə, Misirdə Xidiviyyə, Dar əl-kütub, Bələdiyyə kitabxanalarında, İraqda Bağdad universiteti kitabxanasında, Hindistanda Bankipur kitabxanasında, İngiltərədə Britaniya muzeyi kitabxanasında və Fransada Paris Milli Kitabxanasında saxlanılır. Məqaləni oxu…

Əvvəlki məqalələr: … …

Təriqət

Xəlvətilik – İslamda ən geniş yayılmış sufi təriqətlərindən biridir. X əsrdə Əbdülqahir Sührəverdidən etibarən təşəkülə başlamış xəlvətilik sufi məktəbinin əsası lənkəranlı İbrahim Gilani və şirvanlı Ömər Xəlvəti tərəfindən qoyulmuşdur.

Azərbaycanda təsəvvüf sahəsində yetişmiş görkəmli şəxsiyyətlərdən biri olan Seyid Yəhya Bakuvi və onun yenidən təsis etdiyi xəlvətilik XV əsrdən etibarən ədəbi, fəlsəfi, ictimai və siyasi sahələrdə böyük təsirə malik olmuş və müsəlman aləmində geniş şəkildə yayılmışdır.

Təsisçilərinin hamısı azərbaycanlı olan xəlvətiliyi S.Y.Bakuvi ətrafa mürşidlər göndərməklə məhəlli bir təriqət olma xarakterindən çıxarıb Şirvan xaricinə yaymışdır. Xəlvətilik hələ S.Yəhya həyatda olarkən Azərbaycanın hər tərəfinə (xüsusilə Şamaxı, Bakı və Təbrizə) ,İranda və Osmanlı dövlətində yayılmışdır. S.Yəhyanın vəfatından təqribən 40 il sonra isə xəlvətilik Azərbaycandan sonra Osmanlı imperiyası torpaqlarının hər tərəfində Balkan, Orta Asiya, Şimali Afrika, Qafqaz və Anadolunun ən böyük təriqəti kimi iyirmiyə yaxın qola, yüzlərlə təkyə və yüz minlələ müridə sahib olmuşdur. Daha sonralar qol və şöbələrinin sayı qırxı keçmişdir. Məqaləni oxu...

Əvvəlki məqalələr: … …


Bilirsinizmi ki...

  • Şihabəddin Yəhya Sührəvərdi İşraqilik fəlsəfi məktəbinin banisidir.


Şablon

⛭
Sufi simvolu    Təsəvvüf    Sufi simvolu
Sufi anlayışlar

Abdal  • Bəqəə  • Dərviş  • Fəqir  • Fəna  • Hal  • Kəramət  • Həqiqət  • Ehsan  • İrfan  • Kəşf  • Lətaif  • Mənzil  • Mərifət  • Nəfs  • Nur  • Qələndər  • Qütb  • Silsilə  • Sufi kosmologiyası  • Sufi metafizikası  • Sufi fəlsəfəsi  • Sufi ədəbiyyatı  • Sufi psixologiyası  • Süluk  • Təzkirə  • Övliya  • And

Sufi fəaliyyəti

Nəşid  • Zikr  • Hədra  • Müraqəbə  • Qəvvali  • Səma  • Ziyarət

Təriqətləri

Əkbərilik  • Ələvilik  • Əşrəfilik  • Əzimilik  • Bələvilik  • Bayramilik  • Bəktaşilik  • Çiştiyyə  • Qalibilik  • Gülşənilik  • Hürufilik  • İdrisiyyə  • Cəlvətilik  • Cərrahilik  • Xalidilik  • Xəlvətilik  • Kübravilik  • Mədarilik  • Məlamətilik  • Mövləvilik  • Müridilik  • Nəqşibəndilik  • Nəqşibəndi-Üveysilik  • Nasuhilik  • Nemətullahiyyə  • Nöqtəvilik  • Qadiriyyə  • Qələndərilik  • Rahmaniyyə  • Rifailik  • Səfəvilik  • Şaziliyyə  • Şəttarilik  • Sührəvərdiyyə  • Sünbulilik  • Ticaniyyə  • Uşşaqilik  • Üveysilik  • Zahidilik

Tanınmış erkən
sufi və mistiklər
Əbdülxaliq Gücdəvani  • Xacə Abdullah Ənsari  • Əbdülqadir Gilani  • Əbusəid Fəzlullah  • Abdulla Dağıstani  • Afaq Xoca  • Əhməd Qəzali  • Əhməd Yəsəvi  • Əhməd Bədəvi  • əl-Qəzali  • Əlaəddin Əli  • Əxi Əmrə  • Əxi Məhəmməd Xəlvəti  • Əxi Evrən  • Mənsur Həllac  • Əlişir Nəvai  • Əbdülhəsən Xərrəqani  • Qasım ibn Məhəmməd  • Davud əl-Qeysəri  • Sədrəddin Qonəvi  • Seyid Əmir Kulal  • Ərdəbili  • İbn Ata Allah  • Fəridəddin Əttar  • Balım Sultan  • Baba Fəxrəddin  • Bəhaiddin Nəqşibənd  • Bənde Navaz  • Baba Kuhi Bakuvi  • Xoca Baqi Billah  • Bəyazid Bistami  • Şah Əbdüllətif Bittai  • Büll Şah  • Şah Qulam Dəhləvi  • İbraim Desuki  • Əsəb Ərbili  • İbrahim Hakkı Ərzurumi  • Fəridəddin Gəncşəkər  • Fudayl ibn İyad  • Fuzûlî  • Qalib  • Muiniddin Çişti  • Xoca Qulam Fərid  • Gül Baba  • Hacı Bayram Vəli  • Cahanşah Həqiqi  • Dədə Ömər Rövşəni  • Hacı Bəktaş Vəli  • Həbib Qaramani  • Hafiz Şirazi  • İzzəddin Həsənoğlu  • Xalid Bağdadi  • İmam əl-Həddad  • Həmədani  • Cəmaləddin Əhməd  • Usman Haruni  • Əbdülhəsən Hacvəri  • İbrahim ibn Adham  • ibn Ərəbi  • İbrahim Gilani  • Fəxrəddin İraqi  • Cabir ibn Həyyan  • Cahangaşt  • Cami  • Cani Canan  • əl-Cauzi  • Cili  • Cüneyd Bağdadi  • Kākī  • Kaliyarī  • Kərxī  • Ömər Xəyyam  • Əmir Xosrov Dəhləvi  • Nemətullah Naxçıvani  • Nəcməddin Kübra  • Mahmud Urməvi  • Mahmud Şəbüstəri  • Məhdumqulu  • Mahmud Hüdayi  • Nəimi  • Əbunnəcib Sührəvərdi  • Nasīmī  • Natar Vəli  • Nemətulla Vəli  • Nizaməddin Auilyyə  • Nurī  • Osman Baba  • Ömər Xəlvəti  • Qütbəddin Əbhəri  • Pir Məhəmməd Ərzincani  • Pir Sultan Abdal  • Qütbəddin Heydər  • Qütbəddin Şirazi  • Rəbbani  • Rəbia Bəsri  • Razī  • Rifai  • Rūmī  • Sarı Saltuk  • Sədi Şirazi  • Sədrəddin Xiyavi  • Səhl-Tustari  • Səlman Farsi  • Sənai  • Seyid Yəhya Bakuvi  • Simnani  • Silistrəvī  • Sultan Vələd  • Surx Buxarī  • Şah Vəliullah  • Şazili  • Şəms Təbrizi  • Şibli  • Şeyx Ədəbalı  • Şeyx İbrahim Gülşəni  • Şeyx Rüknəddin Əbdülfəth  • Şeyx Əhəri  • Şihabəddin Ömər Sührəvərdi  • Şihabəddin Yəhya Sührəvərdi  • Şükrullah Xəlvəti  • Veysəl Qarani  • Yusif Müsküri  • Yunus Əmrə  • Zəkəriyyə  • Zərruq  • Zünnun Misiri  • Tapdıq Əmrə
Tanınmış müasir
sufi və mistiklər

Baba Rexheb  • Abdal Hakim Murad  • Əbdülqdir as-Sufi  • Əhməd Kayhan Dədə  • Abdula ah Nəqşibəndi  • Əhməd Ələvi  • Əbdürrəhman əl-Şaquri  • Aşfaq Əhməd  • Qələndər Baba Auliyə  • Xoca Şəmsəddin Əzimi  • Məhəmməd Muhaiyəddin  • Feysəl Abdul Rauf  • Riaz Əhməd Gövhər Şahi  • Qalib Həsən Quşçuoğlu  • Qulam Mustafa Xan  • Hafiz Qamaruddin Çişti Sabiri  • Hişam Kabbani  • Həzarat Mai Safura Qəiriyyə  • Məhər Əli Şah  • Məhəmməd Ələvi l-Maliki  • Nazim əl-Haqqani  • Seyid Vahid Əşrəf  • Nuh Ha Mim Keller  • Nurəddin Durki  • Ömər Əli Şah  • Osman Nuri Topbaş  • Pir Zülfiqar Əhməd  • Məhəmmd Əbdülqədir Siddiqi Qədri  • Əhməd Rza Xan Bərləvi  • Rəşad Fild  • Sahib Qiblə Fültli  • Səid Əfəndi əl-Çirkaşi  • Qüdrətullah Şəhab  • Sufi Bərkat Əli  • Seyid Şücaət Əli Qədri  • Məhəmməd Tarhir-ül-Qədri  • Tahir Allauddin  • Tacəddin Məhəmməd Bədrəddin  • Varis li Şah  • Vasif Əli Vasif  • Zahin Şah Taci

Sufizm
tədqiqatçıları

İvan Aqueli  • Kurt Almqvist  • Titus Burkhardt  • Uilyam Çittik  • Korbin  • Karl Ernst  • Robert Freycer  • Genon  • Leks Hikson  • Teyc Lindbum  • Linqs  • Hüseyn Nasr  • Annmari Şimmel  • Maykl Sells  • İdris Shah  • Fritof Şuon  • Reynold A. Nikolson  • Zakir Məmmədov

Sufizm mövzuları

Tövhid * Şəriət * Həqiqət * İncəsənət * Tarix * Musiqi * Ədəbiyyat * Ziyarət * Mətnlər

Seçilmiş şəkil

Rifailik məzhəbindən olan dərvişlərin zikr prosesi.
 

Azərbaycanda təsəvvüf

Sührəvərdilik – Azərbaycan təsəvvüf məktəbinə aid olan və dünyada ən geniş yayılmış sufi təriqətlərindən biridir. Qurucusu Şihabəddin Ömər Sührəvərdidir. Şihabəddin Ömər Sührəvərdi Şeyx Əbülqahir Sührəvərdinin qardaşı oğludur. 1144-cü ildə Cənubi Azərbaycanın Zəncan şəhəri yaxınlığındakı Sührəvərddə doğulmuş, 1234-cü ildə sentyabr (məhərrəm) ayında vəfat etmişdir. Əmisi böyük alim Əbunnəcib Əbülqahir Sührəverdi onu təhsil alması üçün Bağdada aparmışdı. Burada bir çox dini elmləri öyrənən Şihabəddin Sührəverdi təsəvvüf elmlərini də əmisindən öyrənmişdir. Şihabəddin Sührəverdi fəqih, fazil, sufi, vəra sahibi, zahid, arif, həqiqət elmində zamanın şeyxi idi. Məqaləni oxu...

Əvvəlki məqalələr: … …

Sufi

Seyid Yəhya Bakuvi — Mənşəcə Azərbaycan türklərindən tanınmış filosof alim və şairlərindən biri, xəlvətilik təriqətinin ikinci qurucusudur. Bakuvi eyni zamanda xəlvətiliyin virdi olan Virdü-Səttarın müəllifidir. Azərbaycan təsəvvüf məktəbində yetişən mütəfəkkir alim Seyid Yəhya Bakuvi və onun inkişaf etdirərək yenidən təsis etdiyi xəlvətilik təriqəti XV əsrdən etibarən müsəlman aləmində böyük təsirə malik olmuş və geniş yayılmışdır. S.Yəhya zəngin üç dilli (türk, ərəb, fars) təsəvvüfi-fəlsəfi və ədəbi əsərləri ilə dünyanın bir çox ölkələrinin fəlsəfi fikir tarixinə təsir etmişdir.

Müəllif haqqında ən doğru bilgiləri, şübhəsiz ki, öz əsərləri verə bilər. Ancaq müsəlman müəlliflər, adətən əsərlərində özləri barədə az məlumat verirlər. Bəzən adlarını da yazmamaları, görünür təvazökarlıqdan irəli gəlmişdir. S.Yəhya da əsərlərində özündən çox bəhs etmir. Lakin yenə də onun həyatı ilə bağlı bir sıra məlumatlara rast gəlmək mümkündür. Belə ki, o, Şifaül-əsrar əsərində müəllimlərini, Kəşfül-qülub əsərində Şirvanşah I Xəlilullahı yad edir. Bəzi şerlərində də həyatı və çilləri barədə məlumata rast gəlinir. Məqaləni oxu...

Əvvəlki məqalələr: … …

Kateqoriyalar

Təsəvvüf
Dərvişlər
Əbhərilik
Əxilik
Hürufilik
Xanəgahlar
Xəlvətilik
Mövləvilik
Nəqşibəndilik
Səfəvilik
Sufi təriqətləri
Sufilər
Sührəvərdilik
Zahidilik

Əlaqəli portallar


Fəlsəfə İslam


Təsəvvüf Vikixəbərdə  Təsəvvüf Vikisitatda  Təsəvvüf Vikikitabda  Təsəvvüf Vikimənbədə  Təsəvvüf Vikilüğətdə  Təsəvvüf Vikiversitetdə  Təsəvvüf Vikianbarda
Xəbərlər Sitatlar Dərsliklər və təlimat kitabçaları Mətnlər Sözlər Dərs resursları Mediafayllar
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Portal:Təsəvvüf&oldid=6065472"
LOVE.AZ