Bu məqalə və ya bölmə reklam xarakteri daşıyır. Mətnin yazı üslubunu dəyişərək layihəyə kömək edə bilərsiniz. |
Bu məqalənin ensiklopedik tələblərə cavab vermədiyinə dair şübhələr var. Lütfən, ensiklopedikliyi təsdiq etmək üçün məqalənin mövzusuna uyğun tərəfsiz, etibarlı mənbələr əlavə edin. Əgər belə mənbələr göstərilməzsə, məqalə birləşdirilə, köçürülə, yönləndirilə və ya silinə bilər. |
Ləman Məmmədova | |
---|---|
![]() | |
Doğum tarixi | (46 yaş) |
Doğum yeri | Naxçıvan şəhəri, Naxçıvan MSSR, Azərbaycan SSR, SSRİ |
Milliyyəti | Azərbaycanlı |
Vətəndaşlığı |
![]() ![]() |
Fəaliyyəti | Rəssam, Sənətşünas |
Təhsili | Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti |
Janrlar | Natürmort, Peyzaj, Tarixi abidələr |
Üzvlüyü | Azərbaycan Rəssamlar İttifaqı |
Ləman Aslan qızı Məmmədova (16 iyun 1978 Naxçıvan şəhəri) — Azərbaycan rəssamı, sənətşünas.
Ləman Aslan qızı Məmmədova 1978-ci il 16 iyunda Naxçıvan şəhərində anadan olmuşdur. Orta təhsilini Naxçıvan şəhər 3 saylı orta məktəbdə almışdır. 1995–1999-cu illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin bakalavr pilləsini və 1999–2001-ci illərdə həmin universitetin magistr pilləsini fərqlənmə diplomu ilə bitirmişdir.[1]
2001–2021-ci illərdə Naxçıvan Dövlət Universitetinin Təsviri incəsənət kafedrasında müxtəlif vəzifələrdə (müəllim, baş müəllim) çalışmışdır. 2021-ci ildən Naxçıvan Müəllimlər İnstitutunun İncəsənət kafedrasında dosent vəzifəsində çalışır. Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin (2017) və Azərbaycan Rəssamlar İttifaqının (2023) üzvüdür.
80-dən çox elmi əsərin, monoqrafiya, dərs vəsaiti və proqramların, elmi məqalələrin və tədris metodik vəsaitlərin müəllifidir. Dövri mətbuatda publisistik məqalələri ilə də çıxış etmişdir.[2][3] Məqalələri Türkiyə, Amerika Birləşmiş Ştatları, Rusiya, İngiltərə, Almaniya və s. ölkələrin nüfuzlu jurnallarında dərc olunmuşdur.[4] [5][6][7][8][9]
Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin “Milli dəyərlərimizin təbliğat sahəsindəki səmərəli xidmətlərinə görə” diplom ilə təltif olunmuşdur (2017). Naxçıvan MR Rəssamlar Birliyində keçirilən qarışıq sərgilərin fəal iştirakçısıdır. 2017-ci ildə "Rənglər Dünyası", 2020-ci ildə isə "Elm və Sənətin sintezi" adlı fərdi sərgisi keçirilmişdir. Əsərləri Bakı və Naxçıvan şəhərlərində şəxsi kolleksiyalarda qorunub saxlanılır. Azərbaycan rəssamlıq sənətinin görkəmli nümayəndəsi Bəhruz Kəngərlinin nəslindəndir.